Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:37 - 17.11.2019  
Prezidentin ən böyük uğuru - balanslaşdırılmış siyasi kurs
Tarix: 28-08-2018, 09:16 | Bölmə: Xəbərlər » Siyasət

Zahid Oruc: "Dövlət başçısının yürütdüyü xarici siyasət strategiyası Azərbaycana qəti tələb kimi məsələlərin qarşısını alır”

Prezidentin ən böyük uğuru - balanslaşdırılmış siyasi kursAzərbaycanın yerləşdiyi bölgə və onun ətrafında geosiyasi mübarizə artıq xeyli vaxtdır kəskin fazaya keçib. ABŞ-İran qarşıdurması, ABŞ-Rusiya münasibətlərindəki gərginlik, Türkiyə-Amerika münasibətləri bölgəni dünyanın siyasi müharibə gedən bölgəsinə çevirib. Bir çox siyasətçilər hələ bu prosesin ilk vaxtlarında həyəcanlı şəkildə bildirirdilər ki, Azərbaycana seçim etmək şərti qəti şəkildə qoyulacaq-məsələn, Rusiya Azərbaycan qarşısında qəti tələb qoyacaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi Birliyinə qoşulsun. Yaxud da ABŞ Azərbaycandan İrana qarşı proseslərdə aktiv iştirak tələbini edəcək və sair. Sevindiricidir ki, hələ bu proqnozlar reallaşmayıb-Azərbaycan qarşısında qəti tələb qoyulduğu müşahidə edilmir. Azərbaycan bütün tərəflərlə normal münasibətlərdədir. Bəs, Azərbaycan prezidenti bölgədəki bu qədər gərgin geosiyasi münasibətlərin hökm sürdüyü bir vəziyyətdə buna necə nail ola bilib?   

Deputat Zahid Oruc "Yeni Müsavat”a bildirdi ki, bu gün bizim yerləşdiyimiz məkana Türkiyə-Amerika münasibətlərindən, İran-Amerika münasibətlərindən, Rusiya ilə Qərb arasındakı savaşdan və yaxud da postsovet məkanındakı qarşıdurmalardan böyük təhlükələr ixrac olunur. Bunu görməmək mümkün deyil: "Təbii ki, Moskva da istəyərdi biz onun səngərində Qərbə doğru atəş açaq, iqtisadi partnyorluğumuzu   yalnız Kreml periferiyasında quraq, onun hərbi, siyasi birliklərində yer alaq. Türkiyə də oxşar istəklərdə bulunardı və öz arqumentlərinə görə haqlı olardı, tarixi səbəblər, milli və digər amillərdən çıxış edərək böyük bir türk qovşağının yaradılması üzərində addımlar atıla bilərdi. Eləcə də İran müxtəlif tarixi səbəblərdən Azərbaycanı öz cəbhəsində görməyə çalışardı və yəqin ki, bu yöndə də bağlı qapılar arxasında dövlət rəhbərinə təkliflər, müraciətlər edilməkdədir. Lakin İlham Əliyevi bir dövlət başçısı kimi, ondan da bir az irəli bölgədəki prosesləri diqqət mərkəzində saxlayan lider kimi xarakterizə edən başlıca keyfiyyətlər ondan ibarətdir ki, o, həmişə çalışıb ki, münasibətlərdə etibarlılığı əsas götürsün, müxtəlif ittifaqlara və bloklara qoşulmadan Azərbaycanın maraqlarını sürdürsün. Burdan başqa bir nəticə də doğa bilərdi ki, biz əgər həqiqətən də yalnız bir qütbə yuvarlanmış olsaq, məsələn, hətta hamının arzuladığı Türkiyə ilə vahid ittifaq qurulsa biz bölgədəki daşları necə yerindən tərpətdiyimizin fərqində olmalıyıq. Ona görə də obrazlı şəkildə mən belə deyərdim ki, Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb, Rusiya-Ermənistan münasibətləri heç vaxt indiki qədər pis olmayıb. Türkiyə-Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb. İran-Azərbaycan münasibətləri heç vaxt indiki qədər normallaşma səviyyəsinə gəlib çatmayıb. Bütün bunlar İlham Əliyevin xarici siyasət uğurlarıdır. Bütün bunlarla yanaşı bizim Qərblə də münasibətlərimiz inkişaf eləməkdədir. Almaniya kansleri Angela Merkelin İlham Əliyevin prezidentliyinin dördüncü dönəmində Cənubi Qafqaza səfərində Azərbaycanı Almaniyanın ən mühüm iqtisadi tərəfdaşı adlandırması da üzərində xüsusi vurğu ediləcək bir bəyanatdır”.

Deputat qeyd etdi ki, bizə təzyiqlər, tələblər hər gün edilir. Ancaq Azərbaycan dövlətinin başçısının tutduğu xətt, yürütdüyü xarici siyasət strategiyası Azərbaycana münasibətdə qəti tələb kimi məsələlərin ortaya qoyulmasının qarşısını alır: "Bizim ölkəmizi satellit kimi təsəvvür eləmək mümkün deyil. Azərbaycan hər hansı bir dövlətin forpostuna çevrilməyi ağlına gətirmir. Azərbaycan öz mənafeləri üçün yarada bildiyi qövsü əldə hər zaman qoruyub saxlamalıdır. Hazırda İlham Əliyevdən başqa heç bir siyasi qüvvənin imkanları yoxdur ki, bu şəraiti təmin edə bilsin. 1993-cü ilə qədərki hakimiyyətlərin nümayəndələri tez-tez qeyd edirlər ki, onlara qarşı xaricdən təxribatlar, geopolitik seçim təzyiqləri mövcud idi və hətta bu təzyiqləri hərbi formada da həyata keçirirdilər, bu üzdən onların iqtidarları uzunömürlü olmadı. Burada sualı olunur ki, bəs 1993-cü ildən sonrakı dönəmlərdə hərbi çevriliş cəhdləri, təxribatlar dayanmışdı məgər? Cavab bundan ibarətdir ki, şübhəsiz hər bir hakimiyyətin gücü həm də regional maraqların beynəlxalq siyasi axınlarla uzlaşmasını tapmaqdır. Başqa tərəfdən də əgər müxtəlif dövlətlər arasında qlobal savaş gedirsə, burada impulsları dəqiq əldə saxlamağı bacarmaqdır. O cəhətdən cənab İlham Əliyev sözün həqiqi mənasında böyük bir regional liderdir. Ən azı həm də ona görə ki, bu bölgədən sabitlik digər məkanlara transformasiya olunur”. /Y.M/

Xəbər 1483 dəfə oxunub






Oxşar xəbərlər

17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31830] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.00922] calend [0.00051] topnewsend [0.00425] rsssend [0.00000] ehgend [0.01569] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00002] weathend [0.00000] end [0.28691]