MERKEL TBİLİSİYƏ GƏLDİ

  • 23 avq 2018, 16:41

Almaniya kansleri Angela Merkelin Gürcüstana rəsmi səfəri başlayıb.

 

Almaniya hökuməti başçısının təyyarəsi bir az öncə, vaxtından 15 dəqiqə əvvəl Tbilisinin Şota Rustaveli adına beynəlxalq aeroportunda eniş edib.

 

Markel aeroportdan Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşə yola düşüb.

Merkel və Baxtadze danışıqlardan sonra mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

Sonra alman hökumətinin başçısı Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili ilə görüşəcək.

Xatırladaq ki, Qafqaz turnesi çərçivəsində Merkel həmçinin Yerevan və Bakıya da səfər edəcək.

Oxşar xəbərlər