Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:47 - 22.02.2019  
“Sanksiyalar Azərbaycana təsir etməyəcək”-politoloq
Tarix: 21-08-2018, 09:40 | Bölmə: Xəbərlər » Siyasət

Qabil Hüseynli: "Dünya düzənini yenidən yaratmağa çalışan qüvvələr var”

“Sanksiyalar Azərbaycana təsir etməyəcək”-politoloqABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırlaması ilə bağlı məlumatlar yayılıb. Belə ki, məlumatlara görə, ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bildirilir ki, hələlik Vaşinqtonda yekun qərar verməyiblər. 2017-ci ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin üstü açılandan sonra Konqres prezident Trampa ”Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə və şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi səlahiyyətini verib.

Tramp isə qaz kəməri layihəsini əngəlləmək üçün bu səlahiyyətlərdən istifadə etməyə hazırlaşır. "The Wall Street Journal”ın yazdığına görə, sanksiyalar qaz kəmərinin tikintisini dayandırmağa hesablanıb, çünki ABŞ-da hesab edirlər ki, bu kəmər Avropanın Rusiya qazından asılılığını artıracaq.

Məlumat üçün qeyd edək ki,  "Şimal axını-2" kəmərinə əsasən  Rusiyadan Almaniyaya Baltik dənizinin dibindən ümumi tutumu ildə 55 milyard kubmetr olmaqla iki kəmər qolunun çəkilməsi nəzərdə tutulur. Layihənin dəyəri 10 milyard avroya yaxındır.

ABŞ və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır. Birləşmiş Ştatlar Rusiya qazına alternativ kimi Azərbaycanın "Şahdəniz” yatağının qazını Avropaya nəql etməli olan Cənub Qaz Dəhlizinə güclü dəstək verir.

"Yeni Müsavat”a danışan politoloq  Qabil Hüseynli bildirib ki, bütün bu sanksiyalar Azərbaycana heç bir təsir etməyəcək: "Bu sanksiyaların tətbiqinin müəyyən bir əsası olduğunun fikrindəyəm. Çünki Putinin Merkellə görüşündə hələ geniş yayılmasa da belə bir fikir var ki, Amerikanın təkidlərinə baxmayaraq, Almaniya Baltik dənizinin dibindən ikinci qaz kəmərinin çəkilişinə razılıq verir. Bu isə Amerikanın sanksiyalar siyasətinin ciddi surətdə sarsıdılması demək olacaqdı. Yəqin razılıq verilib ki, Amerika tərəfi də ciddi şəkildə əl-ayağa düşüb və Rusiyanın qaz kəmərinin çəkilişinə qarşı sanksiyalar tətbiq edir. Burada bir qanunauyğunluq da axtarmaq mümkündür. Məsələn, Rusiya Xəzərin dibindən türkmən qazının Cənub Qaz Dəhlizi layihəsinə birləşdirilməsinə uzun müddətdir ki, müqavimət göstərir. Hətta təhdid dilində danışıq. Xəzərin statusu ilə bağlı konvensiyadan sonra da göstərir ki, ekoloji  faktorları nəzərə alaraq  Transxəzər qaz kəmərinin çəkilməsi üçün təkcə Türkmənistan və Azərbaycanın deyil, 5 dövlətin razılığı olmalıdır. Bu da  yeni bir əngəldir. Rusiyanın özü isə Qara dənizin dibindən Türkiyəyə ”Mavi axın" layihəsini çəkib. İndi də ikinci bir xətti də Qara dənizin dibindən çəkib, Türkiyə ərazisindən keçirərək Avropaya aparmaq niyyətindədir. Bundan başqa da Baltik dənizindən ikinci qaz kəmərini də çəkməyə hazırlaşır. Bütün bu işləri görən zaman nə Qara dəniz, nə də Baltik dənizinin statusu, ekologiyası ilə bağlı qayğı çəkənlər ortaya çıxmayıb. Rusiya özünü bütün dənizlərin sahibi kimi aparır və heç kimə də məhəl qoymur".

Politoloq bildirib ki, dünya artıq supergüclərin rəqabət meydanına çevrilib:

"Dünya düzənini pozub, onu yenidən yaratmağa çalışan qüvvələr var. Bu qüvvələr içərisində əlbəttə ki, Amerikanın da adını çəkmək olar. Amerika indiki dünya düzəninin banisidir. Ancaq yeni dünya düzənini pozmağa çalışan Çin, Rusiya kimi dövlətlər mövcuddur. Bu dövlətlər kifayət qədər imperialist ədaları ilə çıxış edirlər. Amerika da nəticədə bu kimi dövlətlərə qarşı söylədiyimiz sanksiyaları tətbiq edir. Demək olar ki, bu dövlətlər dünyaya dəyər gətirmək, ümumbəşəri dəyərlər əsasında dünya düzənini dəyişmək yox, sadəcə olaraq, imperialist istəklərə söykənən, ”Gücün varsa, hakimiyyətin də var" kimi şüarlardan çıxış etməyə çalışırlar. Bu isə dünyanı xaosa apara bilər. Trampın bəzi məsələlərdə ifratçılığını qəbul etmirəm. Ancaq bununla yanaşı, Amerikanın dünyaya dəyər gətirmək baxımından müəyyən rol oynaması qənaətindəyəm. Rusiya və Çin isə dünyaya heç bir dəyər gətirmək gücündə deyillər. Söykəndikləri ideoloji millətçilik bəzi yerlərdə şovinizmə qədər gedib çıxır. Başqa xalqa təkəbbürlü, lovğa münasibət göstərirlər. Kiçik xalqları öz təsir zonalarında  saxlamaq və onların ərazilərindən özlərinin strateji niyyətlərini reallaşdırmaq üçün istifadə edirlər. Bu, 21-ci əsrin məntiqinə uyğun deyil. Baş verənlər 20-ci əsrin əvvəllərində dünyanı yenidən bölüşdürmək uğrunda dövlətlər arasındakı mübarizəyə bənzəyir".

Xəbər 878 dəfə oxunub






Oxşar xəbərlər

"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10559] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00649] calend [0.00037] topnewsend [0.00262] rsssend [0.00000] ehgend [0.00479] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09022]