Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:09 - 23.07.2019  
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Tarix: 17-08-2018, 09:29 | Bölmə: Xəbərlər » Siyasət

"Azərbaycan "Rus NATO-su”na üzv ola bilər”; politoloq: "Bunun bizə nə qazandıracağına baxmalıyıq...”

"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏRAzərbaycan parlamentinin üzvü və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli haqqın.az saytına bildirib ki, Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü də ola bilər.

"Ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTM-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.

Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar".

"Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, əslində məsələ kifayət qədər ciddidir:

"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR"Müasir dünya düzəni xaos içərisindədir. Bəzi ekspertlər hesab edirlər ki, ”Soyuq müharibə"dən sonra bərqərar olmuş qüvvələr nisbəti pozulur və dövlətlərin yenidən formalaşması, qruplaşması prosesi gedir. Əlbəttə ki, bu proses kiçik dövlətlərin də hansı tərəfdə olmasına təsir göstərəcək. Biz postsovet məkanına daxil olan və torpaq itkisi, etnik təmizləmə ilə üzləşmiş ölkə kimi hər addımımızı yüz dəfə ölçməliyik. Yəni atacağımız addımın bizə nə qazandıracağına baxmalıyıq. Əvvəla, bu məsələdə şəffaflıq və açıqlıq olmalıdır. Heç kimə sirr deyil ki, Rusiya postsovet məkanında hegemon mövqelərə malikdir və bu mövqeləri qorumağa və möhkəmləndirməyə can atır. Bu gün Rusiya üçün Azərbaycan strateji əhəmiyyətə malik olan dövlətlərdən biridir. Azərbaycanın Rusiya qurumlarına cəlb edilməsi bu ölkə üçün böyük uduş ola bilər. KTMT-yə daxil olan Azərbaycan bu təşkilatın gücünü artıracaq. Eləcə də digər təşkilatlara yanaşmada bu, belədir. Yəni Azərbaycan nə Gürcüstandır, nə də Ermənistan. Ölkəmiz dünyada öz hərbi və iqtisadi potensialı ilə seçilir. Rusiya da bu sarıdan həm geopolitik mövqeyinə, həm də dünya siyasətində qazandığı nüfuza görə Azərbaycanla hesablaşır. Lakin burada qazandığımıza və itirdiyimizə baxmalıyıq".

Politoloq bildirib ki, Azərbaycan bu təşkilata üzvlük müqabilində mütləq 7 rayonun qaytarılması məsələsini gündəliyə gətirməlidir: "Artıq 5 rayon məsələsi öz aktuallığını itirib. Bu rayonların mərhələ-mərhələ geri qaytarılması dünya ictimaiyyətində yanlış təsəvvürlər yarada bilər. Bu baxımdan söhbət siyasi alış-verişdən gedirsə, Azərbaycanın istəkləri açıq şəkildə bildirilməlidir. Birinci mərhələdə qeyri-şərtsiz Azərbaycanın 7 rayonu geri qaytarılmalıdır. Çünki bu rayonlar Dağlıq Qarabağın hüdudlarında zor gücü ilə işğal edilmiş torpaqlarımızdır. Bu ərazilərdə etnik təmizləmə baş verib və Azərbaycana ən azı 350 milyard dollar dəyərində ziyan dəyib. Azərbaycan bunların hamısını masanın üstünə yatırmalıdır. Bütün bunları təsdiq edən BMT Təhlükəsizlik Şurasının 4 sənədi də var. Bunların hamısı Ermənistanın cinayətkar, işğalçı dövlət olduğunu ortaya qoyur. Bizə deyilməməlidir ki, KTMT-yə daxil olun, sonra filan şeyləri həll edərik. Xeyr, əvvəl 7 rayon məsələsi həll edilir, sonra biz üzv oluruq. Dağlıq Qarabağın statusu məsələsi də sonrakı mərhələdə müzakirə olunmalıdır. Azərbaycan bir şeyi də diqqət mərkəzində saxlayır ki, münaqişə tam çözülənə qədər istər sülhməramlı qüvvələr adı altında, istərsə də KTMT-nin üzvü kimi bölgəyə rus əsgəri gətirilməyəcək. Çünki Azərbaycan bölgədə müstəqil respublikadır. Rusiya ilə strateji müttəfiqliyimiz olsa da, münaqişənin bütün nəticələri aradan qaldırılmadan rus əsgərinin ayağı Azərbaycan torpaqlarına dəyməməlidir. İrəli sürdüyümüz şərtləri müstəqil dövlətin öz suverenliyini qorumaq üçün irəli sürdüyü şərt kimi qəbul etməlidirlər. Lazım gələrsə, hətta bu məsələ ilə bağlı referendum məsələsi də gündəmə gətirilə bilər”.

"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏRPolitoloq Elxan Şahinoğlu isə hesab edir ki,  Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaq: "Bunu bizdən Moskva tələb edəcək, haqlı da olacaq, bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmış xarici siyasət yürütməməlidir.

Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaradır. Ancaq bu bizə eyforiyaya qapılmaq və "Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək” kimi tələsik qərarlar qəbul etmək üçün əsas vermir. Rusiya sabah asanlıqla Ermənistanda narazı qaldığı baş nazir Nikol Paşinyanı öz tərəfdarı ilə əvəz edə bilər. Moskva bunu əvvəllər də Ermənistanda edib, indi də bunu etmək üçün bu ölkədə kifayət qədər resursu var". /Y.M/

Xəbər 1042 dəfə oxunub






Oxşar xəbərlər

Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10811] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00653] calend [0.00037] topnewsend [0.00259] rsssend [0.00000] ehgend [0.00497] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09252]