Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:11 - 22.03.2019  
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Tarix: 19-07-2018, 09:44 | Bölmə: Xəbərlər » Siyasət

Hümbətovun İrəvana və Qarabağa səfərini təşkil eləmiş erməni alim: "O, mənə guya talış hərəkatı üçün bir siyahı verdi və 260 min avro istədi...”

Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdiAzərbaycan dövləti və xalqına qarşı xəyanətkar mövqeyinə görə ölkədən qovulan, qondarma "TMR” başçısı Ələkrəm Hümbətovun gerçək siması son Gəncə hadisələrində bir daha özünü göstərdi. Azərbaycan dövlətini, daxili sabitliyi hədəf alan və qarışıqlıq yaratmaq niyyəti güdən həmin hadisələrin əsas fiquru – terrorçu Yunis Səfərovu "el qəhrəmanı” edənlərdən biri də məhz o oldu. Bununla bir daha Gəncə hadisələrində "xarici iz” özünü göstərmiş oldu. 

Özünü talış xalqının lideri  sayan, lakin talış olmayan, daha çox Azərbaycanın cənubunda uğursuz separatçı hərəkatın lideri və uzun müddət xaricdə bu hərəkatın təbliğatçısı kimi tanınan Hümbətov bu azmış kimi, sonralar Ermənistanın və Dağlıq Qarabağdakı erməni separatçılarının müdafiəçisi rolunda çıxış eləməyə başladı. 2013-cü ildə hətta erməni şərqşünas-alim, İrəvandakı Rusiya-erməni (slavyan) Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Qarnik Asatryanın dəvəti ilə İrəvanda və Xankəndində oldu, Azərbaycan əleyhinə bəyanatlar səsləndirdi. Ölkəmiz əleyhinə ermənilərlə birgə hansısa planlarda iştiraka cəhd elədi.

Ancaq bunlar əbəs cəhdlər idi və boşuna getdi. Əsas da ona görə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda yüzlərlə şəhid vermiş, xalqımızın yerdə qalan hissəsi ilə ət-dırnaq kimi olan talış xalqı, onun ziyalı kəsimi nə Hollandiyada sığınacaq tapmış Ə.Hümbətovu, nə də Moskvada gizlənən digər avantürist-separatçı Fəxrəddin Aboszadəni  öz lideri, özününkü kimi qəbul eləmədi, onları rədd və çıxdaş elədi , onlara öz layiqli yerlərini göstərdi, Azərbaycan dövlətinə sadiqliyini bir daha nümayiş etdirdi.

Belə görünür ki, artıq erməni tərəfi də Hümbətovdan məsafə saxlamağa çalışır. "Talış milli televiziyası” təxribatçı ada malik tv-də 2018-ci il iyulun 4-də getmiş material və həmin materialda yer alan fikirlərlə bağlı "Qolos Armenii” nəşrinə müsahibə verən Qarnik Asatryanın söylədikləri hər halda, belə qənaət yaradır.

Verilişdə Ələkrəm Hümbətovdan incik şəkildə iddia olunur ki, daha o, əvvəlki Hümbətov deyil, talış xalqının maraqlarına arxa çevirib və guya artıq Azərbaycanın ərazi bütövlüyü və bu ərazi bütövlüyü çərçivəsində yalnız Talış Mədəni Muxtariyyətin tərəfdarı kimi çıxış edir, sırf öz şəxsi maraqları naminə yaşamağa başlayıb, hətta müəyyən siyasi gedişlər hesabına onun Azərbaycan hakimiyyətindən umacağı var və s.

Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi

Bu fonda onun 2013-cü ildəki İrəvan və Xankəndinə səfərləri və o zaman verdiyi bəyanatlara, etdiyi jestlərə, verdiyi mesajlara bir daha diqqət yönəldilir. Qeyd olunur ki, "Azərbaycandan qovulandan sonra Hollandiyada yaşayan Ələkrəm Hümbətov öz xalqının hüququ uğrunda mübarizədən tamamilə kənara, sanki kölgəyə çəkilib, talış məsələsi isə onu artıq az maraqlandırır”.

"Lakin son aylar bir çoxu üçün o gözlənilməz şəkildə fəallaşıb, ancaq talış xadimi statusunda yox, sanki Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olaraq”, - deyə materialda iddia olunur və bu xüsusda bəzi detallara toxunulur. Bu detallar isə onun Azərbaycan dövlətinə gerçək münasibətini ortaya qoyur. 

Məsələn, Hümbətovun 2013-cü ildəki səfərindən danışan Asatryan müsahibəsində deyir: "O vaxt Hümbətov özü mənimlə əlaqəyə çıxdı və Ermənistana gəlmək istədiyini dedi. Yəni bu, erməni tərəfinin yox, onun şəxsi təşəbbüsü olub. Siz təsəvvür edə bilmərsiniz ki, 3 nəfərin - Hümbətov, onun oğlu Tural və Hollandiyadan olan kuratorunun səfəri və burada bir həftə qalması üçün sadiq dostlarım hesabına böyük bir məbləği toplamaq üçün mən hansı əziyyətlərdən keçdim. Doğrudur, Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun üçün sanballı mühafizə ayırdı... Onun səfəri Azərbaycanda talış etnik faktorunu qəti olaraq markalamış oldu. Talışlar əmin oldular ki, biz ermənilər talışlara necə münasibət bəsləyirik. Hümbətov bəlkə özü də istəmədən "talış hərəkatı”nın (dırnaqlar bizimdir – "YM”) inkişafına böyük töhfə verdi. Ancaq bu səfərin guya Azərbaycanın layihəsi olması haqda verilişdə irəli sürülən iddia haqda heç nə deyə bilmərəm. Bilmirəm. Yalnız bunu deyə bilərəm ki, ola bilsin həmin səfərlə o, sonradan Azərbaycan hakimiyyətindən hansısa dividentlər almağa çalışıb. Lakin onun xüsusən də səfərin ilk günlərində necə qorxması və nə dərəcədə ehtiyatlı olmasından çətin ki, Azərbaycan üçün "faydalı” olmaq istəməsi görünürdü”.

Erməni alimin iddiasına görə, "talış işləri” Hümbətovu xüsusi maraqlandırmayıb: "O, daha çox ondan danışırdı ki, biz Azərbaycanda hakimiyyəti dəyişdirməliyik. Hətta gülməli şeylər iddia edirdi. Məsələn, deyirdi ki, talış mafiyası Azərbaycanda çox güclüdür və çalışmaq lazımdır bu mafiyanın köməyi ilə talışlar parlamentə nüfuz eləsin və orada  çoxluqda olsun. O, hətta talış mafioz qruplaşmasından birinin Azərbaycan prezidenti seçilməsini mümkün sayırdı. Deyirdi ki, yalnız o halda "talış problemi” (dırnaqlar bizimdir – "YM”) həllini tapa bilər. Bilmirəm, onun özü buna inanırdımı? Ola bilsin, bu yaxınlarda öldürülən kriminal avtoritet Rövşən Lənkəranskinin şəxsiyyəti onda belə ümidlər yaratmışdı... Mənə elə gəlir, bu adam hələ də 90-cə illərin ab-havası ilə yaşayır və özünü Xalq Cəbhəsinin fəalı kimi hiss edir. Onun düşüncəsində "Talışıstan” müstəsna olaraq Azərbaycanda müəyyən şəxsi hədəflərə çatmaq üçün bir rıçaqdır”.

Lakin Astryan Hümbətovun Xankəndidəki çıxışını təqdir edərək bildirir: "Orada o, yaxşı çıxış elədi. Dedi ki, Arsax (Dağlıq Qarabağ - red.) xalqının uğurlarından riqqətə gəlib. Bildirdi ki, Artsax (Dağlıq Qarabağ - red.) xalqın çiçəklənib tərəqqi eləməsi üçün müstəqil olmasının parlaq nümunəsidir və istərdi ki, onun xalqı da "arsaxlılar” kimi öz azad ölkəsində yaşasın. Bu zaman o, iddia edirdi ki, talışların birinci Qarabağ müharibəsində ermənilərə qarşı iştirakı türk-azərbaycanlıların məqsədyönlü siyasətindən qaynaqlanan faciəvi tarixi anlaşılmazlıqdır və təntənəli şəkildə vəd elədi ki, belə bir şey daha təkrarlanmayacaq. Hümbətov pafoslu tərzdə "Talışlar heç vaxt ermənilərin əleyhinə getməyəcək, mən sizə söz verirəm!”, dedi.

"Həmin verilişdə Ələkrəm Hümbətovun erməni tərəfinə hansısa hərəkət sxemi təqdim elədiyi və "talış hərəkatını”nın maliyyələşməsi üçün pul istədiyi bildirilir. Siz bunu təsdiqləyirsinizmi”, - sualına erməni şərqşünas belə cavab verib: "Açığı, bu suala cavab verməkdə tərəddüd edirəm. Yalnız onu deyə bilərəm ki, onun Bakıda guya talış hərəkatı üçün mühüm addım olacaq Talış Mədəni Mərkəzi yaratmaq layihəsindən savayı heç bir hərəkət planlı yox idi... Səfərin son günü o, mənə guya talış hərəkatı üçün maddələrdən ibarət bir siyahı verdi və 260 min avro istədi”.

Qeyd edək ki, az öncə Ələkrəm Hümbətov "mühacir talış hökuməti”ni yaratdığını bəyan edib və sədr kimi təyin elədiyi Şahin Mirzəyevə (Bir neçə il öncə Ermənistana qaçan xain – "YM”) "kabineti” formalaşdırmağı tapşırıb. Astryan bununla bağlı bildirib: "Bu, onun mahiyyətinə xasdır. Siz yəqin bilirsiniz ki, bu – Talışıstan hökuməti deyil, Azərbaycan tərkibində talış muxtariyyət hökumətidir. Yəni dünya təcrübəsində görünməmiş bir şey! Çünki mühacir hökumətlər sonradan muxtar qurum yox, müstəqil dövlət elan olunmaq üçün yaradılır. Bu başabəla hökumətin üzvləri haqda hələ ki heç nə məlum deyil. Ancaq onun sədri Şahin Mirzəyev hətta heç talış da deyil, türkdür və talışca bilmir. Bütün bunlar Bakının təhriki ilə növbəti layihə olduğunu göstərir”.

Müsahibınin sonunda Astryan Ə.Hümbətovla bağlı xəyal qırıqlığına uğradığını etiraf edir. "Ələkrəm Ələkbəroviç dəyişməyib. O, həmişə belə düşünüb, belə olub. Sadəcə, mənə elə gəlir ki, o, Ermənistanda olmasından birincisi, Azərbaycandan divident almaq üçün istifadəyə cəhd edib; ikincisi, bu alınmayanda ermənilərdən guya talış hərəkatının ehtiyacı üçün hansısa kömək almağa çalışıb – hansı kömək ki, mən əminəm, onun şəxsi ehtiyaclarına yönələcəkdi. Ancaq görəndə ki, heç nə çıxmadı, o saat öz adi təbiətinə, əsl simasına tapındı və özünü həyatda indiyədək necə aparmışdısa, elə apardı – Azərbaycanın əsl patriotu kimi... Deyilənlərə görə, Hümbətov azərbaycanlılara xoş gəlmək üçün Hollandiyanın harasındasa qoyulmuş Xocalı genosidi abidəsinə vaxtaşırı baş çəkir və hər yerdə deyir ki, ermənilər Xocalı soyqırımını törədiblər”, - deyə erməni başabəla şərqşünas sonda həyasızcasına iddia edib...

Siyasət şöbəsi,
"Yeni Müsavat”

Xəbər 2143 dəfə oxunub






Oxşar xəbərlər

Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16749] initstartout [0.00013] initstartin [0.00054] calstart [0.00645] calend [0.00038] topnewsend [0.00284] rsssend [0.00000] ehgend [0.04158] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11510]