Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:52 - 26.03.2019  
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Tarix: 13-07-2018, 12:48 | Bölmə: Xəbərlər » Siyasət

11 iyul Azərbaycanın xarici siyasət maraqları baxımından əlamətdar tarixi gün sayıla bilər. Nəhayət, regional risklər və Ermənistanı Rusiyadan qoparmaq planlarına aludə olan avroçinovniklər postsovet məkanına vahid standartla yanaşmaya dair razılaşmaya gəldilər. Prezident İlham Əliyevin İttifaq Şurasının rəhbəri Donald Tuskla çiyin-çiyinə dayanaraq, razılıq hissiylə müşayiət etdikləri "Əməkdaşlıq prioritetləri” sənədində Qarabağla bağlı bundan sonra heç bir hüquqi spekulyasiyalara yer qoymayan müddəalar öz əksini tapdı.

NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...Cəmi 5 il qabaq Moldova və Gürcüstana açıq dəstəyin, Ukraynanın bütövlüyü uğrunda az qala silahlı mübarizənin səngərində keşik çəkən qoca qitənin strateqləri Cənubi Qafqazdakı daşların yerini düzgün müəyyənləşdirmədən qonşuluq siyasətinin bəhrə verməyəcəyinə əmin oldular.

Ermənistanın xarici işlər naziri inqilabdan sonra yeni ampulada qəbul olunan Paşinyan hökumətinə NATO və İttifaq salonlarında əlahiddə bir simpatiyanın olduğunu zənn edib, son deklarasiyalarda kəskin formulaların olmağacağını düşünürdü. Hətta açıq təhdid diliylə danışaraq, onların maraqlarını tanımayacaqları təqdirdə zirvə görüşünə getməyəcəklərini bəyan etmişdilər. Lakin olmadı. Necə deylərlər, məxməri dəyişikliyə görə arzulanan mükafatı Qarabağdan çıxarmaq ideyası iflasa uğradı. Yəqin ki, Mnatsakanyanın İrəvanda verəcəyi şərhlər Sərkisyan rejiminin təmsilçilərindən elə də fərqlənməyəcək. Yəni, "Qərb Azərbaycanın nəhəng enerji ehtiyatlarından vaz keçməmək üçün Bakının torpaq bütünlüyü ilə bağlı tələblərinə boyun əyir”. Halbuki belə iddiaların əsassız olduğu Nalbəndyanın sələfinə yaxşı bəllidir. Belə ki, Avropada və Atlantik dünyasında siyasi, hərbi elitaya karbohidrogen ehtiyaları ilə təsir göstərmək mümkün olsaydı, Rusiya və İrandan güclüsünü tapmaq çətin olardı. Gördüyünüz kimi, hər iki regional güc son illər məhz təbii sərvətlərinin əli ilə vurulur.

NATO və Avropa Birliyinin Qarabağı mübahisəli ərazilər kimi tanıması, tərəddüdlü mövqe sərgiləməsi Ermənistanın azğınlığını daha da artırırdı. Səhv etmirəmsə, Bolqarıstanın prezidenti son sammitdə demişdi ki, Amerika liderinin hərbi xərcləri artırması tələbi başadüşüləndir, lakin təhlükəsizliyi satın almaq mümkün deyil. Doğru fikir deyil. Bizim regionda uzun onillər ərzində Ermənistan müstəqilliyi itirməsi bahasına məhz özünə hərbi müdafiə istehkamı düzəldib, sərhədlərinin qorunmasını rus ordularına tapşırıb və 2-ci dövlət qurmaq planını da məhz suverenlikdən imtina hesabına əldə edib. İndi NATO-da yaxşı yer qazanamq istəyən Paşinyan dərk etmir ki, Brüsseldə ona təqdim olunan çələngin qarşılığı Kreml tərəfindən mütləq veriləcəkdir.

Doğrudur, Gürcüstanı hələ öz çətiri altına almağa nail olmayan bir hərbi-siyasi təşkilat Qarabağa qoşunlarını yeridəsi deyil. Lakin Azərbaycanı gah Moskva ilə münasibətlərinə, gah da Tehranla əlaqələrini pisləşdirmədiyinə görə cəzalandırmaq siyasətindən imtina edilməsi aksiomaya çevrilib.

Cənubi Qafqazın geopolitikası Brüsssel tərəfindən təktərəfli qaydada dəyişilə bilməsə də, son hadisələr sübut edir ki, strateji planda bir intensivləşmə və hərəkətlənmə var. Obamanın gəlişi ilə Birləşmiş Ştatların bölgədə aktivliyi ən aşağı həddə düşmüşdü. İndi yenidən Vaşinqton və Brüsselin emissarları məxfi qovluqları dövriyyəyə qayatararaq, Bakıya yola düşməyə hazırlaşırlar.

4 günlük aprel döyüşlərindən sonra beynəlxalq məkanda qazanılan ən böyük diplomatik uğur NATO və Avropa İttifaqından gəldi. İndi Tramp və Putin arasında keçirilən tarixi görüşün nəticələrindən asılı olaraq, Cəbuni Qafqazın siyasi "yol xəritəsi” köklü dəyişikliyə məruz qala bilər. Gəncədəki ayaq səsləri də böyük oyunların tərkib hissədir. Səhnə hələ tam açılmayıb.

Növbəti qısaqapanmadan sonra gerçək oyunçuların sifəti daha aydın görünəcək. Ona görə də bir günlük qaranlıqlar təhlükəli deyil, əsas beyinlərdəki və zəkalardakı işığı hər zaman qoruyub saxlamaq gərəkdir!

Xəbər 924 dəfə oxunub






Oxşar xəbərlər

ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI
"Xəzər" Universitetinin təsisçisi ittihamlara cavab verdi - sabiq müəllimini əxlaqsızlıqda ittiham etdi
“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13548] initstartout [0.00013] initstartin [0.00060] calstart [0.00776] calend [0.00066] topnewsend [0.00418] rsssend [0.00000] ehgend [0.01817] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10328]