Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:34 - 20.11.2018  
Bir ay əvvəl Vaşinqtondan gəlmiş xəbərdarlıq: "Rusiya "Gəncə keçidi"ndə..."
Tarix: 11-07-2018, 22:58 | Bölmə: Xəbərlər » Siyasət

Son günlər Gəncədə baş verən hadisələr ictimai diqqəti bütünlüklə Azərbaycanın ikinci böyük şəhərinə yönəldib. 1993-cü ilin hərbi qiyamından bəri, Gəncə oxşar hadisələrin episentrinə çevrilməmişdi. Buna görə də, milli yaddaşda 100 illiyini bu il qeyd etdiyimiz Cümhuriyyətin ilk paytaxtı kimi qalmış şəhərin bir daha dövlətçiliyə zidd hərəkətlərlə gündəmə gəlməsi üzücüdür.

Bir ay əvvəl Vaşinqtondan gəlmiş xəbərdarlıq: "Rusiya "Gəncə keçidi"ndə..."Gəncənin və ətraf bölgənin Azərbaycanın geosiyasi coğrafiyasında müstəsna yeri var. Bu müstəsnalıq ölkədən kənarda da tam şəkildə qavranılır.

ABŞ-ın "Foreign Policy” dərgisində dərc olunmuş (28 may, 2018) "Azərbaycan Qərbə niyə lazımdır?” başlıqlı məqalə Gəncənin həmin önəmini daha əyani şəkildə çatdırır.

Məqalədə toxunulan məsələlərin hazırkı məqamda aktuallığını nəzərə alaraq, Strateq.az bir daha həmin yazını oxucuların ixtiyarına verir. 
..........................................
 
Lyuk Koffi, Əfqan Nifti

"Foreign Policy”

 

Asiya və Avropa arasında enerji və ticarət üçün üç yol var: İran, Rusiya və Azərbaycan. Moskva və Tehranla tikanlı əlaqələrə görə yüz milyard dollarlıq ticarətdən ötrü Qərbə yalnız bir həyat qabiliyyətli marşrut qalır: Xəzər dənizi sahilindəki kiçik Azərbaycan dövləti.

Ermənistanın Azərbaycan ərazisinin, demək olar ki, beşdə birini işğal etməsi faktını nəzərə aldıqda, ticarət cəmi 60 mil uzunluğunda bir zolağa möhtac qalır. Biz bu ticarət zolağını "Ganja Gap” ("Gəncə Keçidi”) adlandırırıq – Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə uzanan dar keçid.

İndi Rusiya Azərbaycanın rəqib qonşusu Ermənistanın 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində baş verən qanlı Dağlıq Qarabağ münaqişəsini diriltməkdən ötrü İrəvana kifayət qədər təsir edir – "Keçid”i təhdid etməsi üçün ermənilərə təhlükəli bir fürsət verirlər.

Avropanın Rusiya neft və qazından asılılığı azaldıqca, Vaşinqton güclənir. Avropanın enerji təchizatı üçün Moskvadan asılılığını artıracaq, Almaniyanın təklif etdiyi "Nord Stream-2” ("Şimal Axını-2”) qaz kəməri gerçək olmağa yaxınlaşdığı bir dövrdə bu məsələ xeyli aktualdır.

Avropa Rusiyanın təbii qazı ilə ehtiyaclarının 40 faizini ödəyir. Ümumilikdə, Avropa istehsalının azalması və tələbatın artması səbəbindən hər il Rusiyadan təxminən 200 milyard kubmetr təbii qaz idxal olunur.

Rusiyanın enerji istifadəsindən təcavüz vasitəsi kimi istifadə etmək təcrübəsi var və Avropanın Azərbaycan, Qazaxıstan və ya Türkmənistandan ala biləcəyi hər bir barel neft və kubmetr qaz onun Rusiyadan asılılığını azaldır.

Hazırda regionda Rusiya və İrandan yan keçən və "Ganja Gap”dan uzanan (60 mil) üç böyük neft və qaz boru kəməri var:

– Bakıdan Gürcüstana və Türkiyəyə, Aralıq dənizi vasitəsilə xarici dünyaya çıxışı olan Bakı-Tbilisi-Ceyhan boru kəməri;

– Xəzər dənizindən Qara dənizə, sonra isə xarici dünyaya neft çatdıran Bakı-Supsa boru kəməri;

– Cənubi Qafqaz boru kəməri – Azərbaycandan Türkiyəyə keçən və yaxın zamanda təklif olunan Cənub Qaz Dəhlizi ilə İtaliya, sonra isə Avropaya qaz tədarük edəcək nəql marşrutu.

Cənub Qaz Dəhlizi Xəzər regionundan "Ganja Gap” vasitəsilə həyati enerji resurslarını nəql edəcək. Bu təchizat Rusiya boru kəmərlərindən, demək olar ki, yüz faiz asılı olan Cənub-Şərqi Avropa üçün bir nemətdir.

Avropanı Asiyanın ürəyi ilə birləşdirən yalnız neft və qaz boru kəmərləri deyil. Qərbi Avropanı Xəzər bölgəsi ilə birləşdirən fiber-optik kabellər də "Ganja Gap”dan keçir. Avropanın ən uzun (Brestlə (Fransa) Atlantik sahillərindən Çin sərhədində yerləşən İrkeştamı (Qırğızıstan) birləşdirən) B606 avtomobil yolu, Avropa-Cənubi Qafqaz – Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Gəncə şəhərindən keçir. Bunlar potensial həyati əlaqələr halına gəlməlidir.

Əfqanıstanda davam edən kampaniya da "Gəncə Keçidi”nin ABŞ və NATO qoşunlarının təchizatı üçün nə qədər vacib olduğunu sübut edib. Müharibənin qızğın çağında ABŞ-ın təchizatının üçdə birindən çoxu (yanacaq, ərzaq və geyim kimi qeyri-rəsmi hərbi təchizat) "Ganja Gap” vasitəsilə ya dənizlə və ya hava yolu ilə çatdırılıb.

Tramp administrasiyasının Əfqanıstan strategiyasındakı əsas elementi "Taliban” və əlaqəli qruplara dəstək vermək üçün Pakistana təzyiqdir. İslamabada qarşı bu yanaşmanın nəticəsi bu ola bilər ki, ABŞ-ın Əfqanıstandakı tədarükünün əksəriyyətinin Pakistan ərazisindəki mövcud quru və hava yolları ilə çatdırılması tamamilə kəsilə və ya dayandırıla bilər.

İslamabad əvvəllər bir dəfə bu malların keçidini səkkiz ay blokadaya alıb: 2011-ci ildə "Taliban”çılarla atışmada ABŞ qüvvələri Əfqanıstan sərhədi boyunca 28 pakistanlı əsgəri səhvən öldürdüyü zaman. "Ganja Gap” vasitəsilə Gürcüstan və Azərbaycandan keçən tranzit marşrutun genişləndirilməsi hərbi resursların hərəkətində Vaşinqtonun Moskva və İslamabaddan asılılığını azaldır.

Bütün bunlar o deməkdir ki, Rusiya Qərbin "Ganja Gap”dan istifadəsini çətinləşdirə biləcək hər şeyi edə bilər.

Rusiyanın Cənubi Qafqaza təsir yollarından biri Dağlıq Qarabağ bölgəsində dondurulmuş münaqişə ilə bağlıdır. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. O zaman Ermənistan, Azərbaycanın da daxil olduğu, əksərən etnik ermənilərlə məskunlaşmış bölgəyə ərazi iddiaları irəli sürüb. Tezliklə qanlı bir müharibəyə gətirib çıxaran münaqişədə təxminən 30 min adam öldürülüb, yüz minlərlə məcburi köçkün var.

1992-ci ildən etibarən erməni qüvvələri və Ermənistanın dəstəklədiyi milislər beynəlxalq birliyin Azərbaycanın bir hissəsi kimi tanıdığı ərazinin – Dağlıq Qarabağ və digər yeddi ətraf əyalətin hamısını, ümumi ərazinin təxminən 20 faizini işğal ediblər.

"Ganja Gap”dan keçən və Xəzər enerjisini Avropaya daşımaqla məşğul olan əsas neft və qaz boru kəmərlərinin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi və iki tərəf qoşunlarının tez-tez toqquşduğu təmas xəttinə çox yaxındır. Moskva şiddətin hər hansı bir başlanğıcının bu boru kəmərlərinin canlılığını təhdid edəcəyini bilir. Rusiyanın Ermənistana təsirini nəzərə alaraq, yeni döyüşləri başlatmaq çox vaxt aparmayacaq.

Qərbin Ermənistana təsiri nisbətən məhduddur. Keçən ay sabiq prezident Serj Sarkisyanın prezidentlik dövründən sonra ikinci dəfə baş nazir qismində hakimiyyətə yiyələnməsinə istiqamətli mübahisəli təşəbbüsü müxalifət lideri Nikol Paşinyanın iqtidara yetişməsinə gətirib çıxaran kütləvi etirazlara səbəb olub. Ancaq dəyişikliyə baxmayaraq, Ermənistan iqtisadiyyatı və təhlükəsizlik aparatı Rusiyanın çətiri altında qalır. Paşinyan, bütün populist ifadələrinə baxmayaraq, İrəvanın Moskva ilə güclü ittifaq öhdəliyini təsdiqləyib.

Ermənistanda yaşanan son hadisələr 2003-cü ildə Gürcüstanda və ya 2014-cü ildə Ukraynada olduğu kimi, "rəngli inqilab” deyil. Təsadüf deyil ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı yüksəlişi münasibəti ilə təbrik edən ilk dünya lideri arasındadır.

Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəfə silah satsa da, Moskvanın rəğbəti Ermənistanadır. Beləliklə, heç kim Ermənistanın Qərbə doğru əsaslı dəyişiklik etməsini gözləməməlidir.

Həqiqətən, Moskvanın İrəvanla əlaqələri gücləndikcə, Birləşmiş Ştatlar və Avropa Avrasiya məkanında Şərq və Qərb arasında mühüm ticarət, enerji və iqtisadi əlaqələrində Bakı ilə münasibətlərə prioritet verməlidir. Qərb Ermənistanla səmimi münasibətlər yaratmağa çalışmalıdır, amma Birləşmiş Ştatlar regionda strateji prioritetləri müəyyən edərkən diqqətli və realist olmalıdır. Ermənistan böyük ölçüdə məğlub durumdadır; Azərbaycan, hətta bütün çatışmazlıqları ilə, daha yaxşı seçimdir.

"Ganja Gap”a girişin saxlanması – 2017-ci ildə ABŞ Milli Təhlükəsizlik Strategiyasının ilk səhifəsində göstərilən "prinsipial realizm”in mahiyyətidir.

Azərbaycan həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkədir. Ölkənin suverenliyini qorumağa çalışarkən, Tehran, Moskva və Vaşinqton arasında balansın saxlanması çox vaxt Azərbaycan rəhbərləri üçün çətin bir vəzifədir.

ABŞ-Ermənistan əlaqələrindən fərqli olaraq, 1990-cı illərin əvvəllərindən etibarən ABŞ-Azərbaycan münasibətləri bir sıra sahələrdə, xüsusilə enerji əməkdaşlığında və 11 sentyabr 2001-ci ildən etibarən terrorla mübarizədə inkişaf edib. Azərbaycan bu yaxınlarda Əfqanıstandakı kadr potensialına töhfəsini artırıb. Əfqanıstanda Azərbaycanın 120 hərbi qulluqçusu NATO-nun bəzi üzvlərinə, o cümlədən İspaniya (8), Hollandiya (100) və Norveçlə (54) nisbətdə daha çoxdur.

Doğrudur, ABŞ-Azərbaycan əlaqələrində hələ də mübahisəli nöqtələr var. İnsan hüquqları ilə bağlı məsələlər davamlı bir problem olub və son illərdə mətbuat azadlığı ilə bağlı narahatlıqlar bir sıra tanınmış jurnalistlərin həbsi ilə bağlıdır. Vaşinqtonun insan hüquqlarının inkişafına təkidlə bərabər, ABŞ siyasətçiləri bir məsələyə görə Birləşmiş Ştatların bölgədə daha geniş mənafeyini pozan xarici siyasətin yaranmasına imkan vermirlər. Birləşmiş Ştatlar dünyada ən qlobal qüdrətdir ki, fasiləsiz və təhlükəsiz beynəlxalq ticarətin axınını təmin edir. ABŞ ixracatı daxil olmaqla, qlobal ticarətin sərbəst axını yalnız qlobal iqtisadiyyata deyil, son nəticədə, ABŞ iqtisadiyyatına böyük fayda gətirir. ABŞ-ın geostrateji prioritetlərinə gəldikdə, "Ganja Gap” üst mövqeyə yaxın olmalıdır.

Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyası sabit ittifaqlarla yaxşı münasibətlər qurmağın vacibliyini vurğulayır. Bu, xüsusilə Cənubi Qafqazda mühümdür. Bölgədəki gərginliyin azalması həyati enerji, kommunikasiya və ticarət dəhlizlərini təmin edəcək.

Gəncənin tarixi, bir zamanlar ticarət mənbəyi kimi, Avrasiya ilə keçən İpək Yolu ilə bağlıdır. Hətta bu gün də, Rusiyanın dirçəldən, İranı möhkəmləndirən və iqtisadi cəhətdən Çini genişləndirən istənilən möhtəşəm strategiya bu 60 millik zolaqla hesablanmalıdır.

Tərcümə STRATEQ.AZ-a məxsusdur
Xəbər 3836 dəfə oxunub






Oxşar xəbərlər

Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Sabahın hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12775] initstartout [0.00016] initstartin [0.00091] calstart [0.00999] calend [0.00061] topnewsend [0.00458] rsssend [0.00000] ehgend [0.00855] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10220]