XİN naziri həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib

  • 11 iyul 2018, 19:42

Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, görüş Brüsseldə NATO-nun sammiti çərçivəsində baş tutub.

Oxşar xəbərlər