Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:48 - 19.09.2018  
ATƏT-in iclasında ermənilər özünü itirdi
Tarix: 8-07-2018, 23:27 | Bölmə: Xəbərlər » Siyasət

Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

ATƏT-in iclasında ermənilər özünü itirdiBir sıra deputatların çıxışında qeyd olunub ki, bir dövlətin silahlı qüvvələrlə digər dövlətin ərazisini işğal etməsinə bəraət qazandırmaq üçün işğalçı dövlətlər bəzən "öz müqəddəratını təyin etmə" prinsipini düzgün izah etmirlər. Öz tərəfimizdən xatırladaq ki, Ermənistan da məhz bu cür davranır, öz silahlı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etməsini guya "öz müqəddəratını təyin etməyi" reallaşdıran "xeyirxah" iş kimi qələmə verməyə çalışır.

Demokratik.Az Azərtac-a istinadən xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır. "Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır", - deyən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini buna əyani nümunə kimi göstərib.

Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45-ci hərbi birləşməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb. "Bu, regional təhlükəsizliyə ciddi təhdiddir", - deyə Azay Quliyev vurğulayıb.

Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan bütün məsələlərdə Azərbaycanı ittiham etməklə təqsiri qarşı tərəfə yıxmağa çalışsa da, onun mənasız çıxışı heç kəsdə təsir oyatmayıb. Onun Azərbaycanı hərbi təlimlər keçirməsinə görə ittiham etməsi xüsusilə cəfəng görünüb. Bununla belə xatırlatmayıb ki, Ermənistandan fərqli olaraq Azərbaycan bu təlimləri işğal edilmiş qonşu ərazilərdə deyil, öz suveren ərazisində keçirir və buna tam haqqı var.

Ondan sonra söz alan deputat Elşad Həsənov həm xanım Naqdalyana, həm də iştirak edən bütün həmkarlarına xatırladıb ki, hərbiləşdirmənin beynəlxalq səviyyədə qəbul edilən meyarına görə, ölkənin hərbi xərclərinin onun ÜDM-ə nisbəti hesablanır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında rəqəmlər müvafiq olaraq 3,6 faiz və 4,1 faizdir. Beləliklə, Ermənistan həm Avropada, həm də üçüncü dünyada daha çox hərbiləşdirilmiş ölkədir. "Onsuz da cüzi olan dövlət büdcəsini sosial proqramlara xərcləmək əvəzinə, Ermənistan öz vətəndaşlarını lazımi səhiyyə, təhsil və s. məhrum edir, silahlanmağı davam etdirir", - deyə azərbaycanlı deputat bildirib.

Ondan sonra söz alan Ermənistan deputatı Karen Bekaryan cavab verməyə çalışsa da, lakin onun nitqi tamam qeyri-müəyyən səmtə yönəlib, ümumiyyətlə, sessiyanın ümumi mövzusundan kənara çıxıb. O, hansısa "feyk xəbərlər" və "ksenofobiya" haqqında danışarkən unudub ki, özü bütün ATƏT məkanında ən monoetnik ölkəni təmsil edir və məhz onun ölkəsinin sabiq prezidenti ermənilərin və azərbaycanlıların "etnik cəhətdən bir araya sığmazlığından" danışmışdı.

Beləliklə, Azərbaycan nümayəndə heyəti növbəti dəfə ATƏT PA-nın üzvlərini Ermənistan üçün münasib olmayan və gizlətdiyi faktlar barədə məlumatlandırdığı halda, erməni həmkarlar əks-arqument axtarışında öz köməksizliklərini nümayiş etdirdilər.

Xəbər 868 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi
Elçin Quliyevin oğlu da hərbi xidmətə getdi
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Gürcü kəşfiyyatçı Cənubi Qafqazdakı ABŞ laboratoriyalarının sirrini açıb
İŞİD İraqda dinc sakinlərə hücum edib, ölənlər və yaralananlar var
İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu
AzNəşriyyatda MÜBHƏM QƏZETÇİLİK ruhu dolaşır - ANONS
Moskva Mettisi nüvə zərbəsi ilə hədələyib - Şok
ABŞ-ın ağır hərbi texnikası Litvaya gətirilib
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır
100 il əvvəl - Nuru paşa gəldi, Bakı daşnak-bolşevlərdən təmizləndi
2019-da buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq
İlham Əliyevdən vətəndaşlara XOŞ müraciət
Gürcüstan turizmdən ayda 441 milyon dollar qazanır
Beyləqan Rayonuna yeni Polis rəisi təyin olunub
Azərbaycan - İsrail əməkdaşlıq layihələri müzakirə edilib
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?
15 sentyabr - Azərbaycanda Bilik günüdür
Müxalifət düşərgəsində İlqar Məmmədov qovğası
NURU PAŞAYA AĞIZ BÜZƏNLƏRƏ - "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət"
BÜRCÜNÜZ – 15 sentyabr
Ermənistanda vətəndaş müharibəsi ola bilər
Bu gün Bakıda möhtəşəm parad keçiriləcək
Rza Zərrab niyə türmədə deyil?
Elmar Vəliyev oğlu ilə restoranda – Yeni FOTO
“Elçibəyə dil uzadanlar cavabını alacaq” – Toliki həbs gözləyir
Ağalarovların adı ABŞ-da şübhəli pul köçürmələrində hallandı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10926] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00738] calend [0.00040] topnewsend [0.00323] rsssend [0.00000] ehgend [0.01265] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08441]