Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:46 - 16.07.2018  
Putinin Lələtəpədən verdiyi mesaj İrəvanı dağladı
Tarix: 3-07-2018, 09:46 | Bölmə: Xəbərlər » Siyasət

"Kremlin bizə qarşı planı var, Ermənistan hakimiyyətini müharibə ilə hədələyir”- erməni KİV-indən SOS; Rusiyanın nüfuzlu nəşri də Çocuq Mərcanlı konfransından yazdı: "Paşinyanı və komandasını "tərbiyələndirmək” üçün...”  

Putinin Lələtəpədən verdiyi mesaj İrəvanı dağladıRusiyalı tanınmış ictimai-siyasi xadimlərin Cocuq Mərcanlıya səfəri ötən həftənin ən yadda qalan siyasi akkordlarından sayıla bilər. "Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransa qatılan rusiyalı qonaqların Qarabağ mövzusunda açıqlamaları, Lələtəpədə əsgərlərimizlə görüşüb onlara "ruh verməsi” xüsusilə diqqət çəkdi.

Gözlənildiyi kimi, səfər və keçirilən tədbir erməni tərəfdə təlaşı artırıb. Bakıdakı möhtəşəm hərbi parad, ardınca Azərbaycan ordusunun dünən başlanan genişmiqyaslı təlimləri və bu təlimlərdən bir gün öncə Rusiya ictimai rəyinə təsiri olan nüfuzlu xadimlərin, siyasətçilərin, Putinə yaxın şəxslərin Cocuq Mərcanlıya təşrif buyurması düşmən ölkədə əndişəni bir az da artırıb. Bunu hətta işğalçı ölkəyə qarşı Kreml və Bakının hansısa ortaq planı, son müharibə hazırlıqları kimi qəbul ediblər.            

*****

Putinin Lələtəpədən verdiyi mesaj İrəvanı dağladı"Kreml Gürcüstan və Ukrayna kimi Ermənistana qarşı da nəsə hazırlayır. Bu, əvvəl də aydın idi, ancaq indi planı o, heç gizlətmir də. Cocuq Mərcanlıya bir dəstə Kreml desantlarının göndərilməsi buna sübutdur. Onlar ”Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir" adlı şouya qatılıblar".

"Yeni Müsavat”ın məlumatına görə, aremnianreport.com saytındakı məqalədə belə deyilir. Daha sonra tədbirin Rusiyadan olan iştirakçılarına və onların sərgilədiyi mövqeyə diqqət çəkən müəllif yazır: "Onların hamısı Bakı publikasına xoş gələn açıqlamalar verdilər. Savelyev (Dumanın deputatı - red.) isə lap uzağa gedib. ”Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır" deyib. Ən çox qəzəb doğuran isə Duqin oldu - hansından ki, bizim KİV-lər sitatlar gətirməyi, müsahibə götürməyi sevir. "Bu, çox rəmzidir ki, biz bu görüşü Qarabağda keçiririk. Bu, bir daha göstərir ki, Azərbaycan Rusiyanın strateji müttəfiqidir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa görə də belədir. Mən ilk dəfə Qarabağda səfərdəyəm. Bu, həm də Rusiya ziyalı təbəqəsinin Qarabağ probleminə yanaşmasının təzahürüdür” - Duqin deyib. Hələ Şevçenko kimi ayrı "oratorların” da çıxışları olub. Amma fikrimcə, Duqinin söylədiklərindən sonra hər şey olduqca aydındır: Kreml bizim hakimiyyətə qarşı təzyiqə keçib. Moskva İrəvandan Putinlə Sərkisyanın vaxtilə razılaşdırdığı "azad edilmiş ərazilər”lə bağlı (dırnaqlar bizimdir - "YM”) satqın plana razılıq istəyir. Əks halda, bizi müharibə ilə hədələyir".

Qeyd edək ki, Cocuq Mərcanlıda 5 rayon söhbəti də olub. "Rusiya və Azərbaycan qardaş və müttəfiq ölkələrdir. Biz birlikdə, bir yerdə, ittifaqda olmalıyıq”. Bunu öz çıxışında hakim "Vahid Rusiya” partiyasından deputat Aleksey Yezubov bildirib. "Putin, Sərkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş 5 rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”. Bu da onun sözüdür. Deputat daha sonra "Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyib.

*****

Cocuq Mərcanlı tədbirinə Rusiya KİV-i də diqqət çəkib və bunu İrəvana xəbərdarlıq mesajı kimi təqdim edib. "Yeni Müsavat” xəbər verir ki, rosbalt.ru nəşri bununla bağlı yazıb: "Azərbaycan ordusunun təlimlərin lap başlanma ərəfəsində, iki il öncə ”4 günlük müharibə" zamanı azad edilən Cocuq Mərcanlıda "Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir” olduqca çoxmənalı ad daşıyan konfrans keçirilib. Rusiyalı tanınmış siyasətçilər, ictimai xadimlər, ekspertlər də daxil, çıxış edənlər çox olub. O sırada Rusiya Dövlət Dumasının "Vahid Rusiya” fraksiyasından deputat Aleksey Yezubov Rusiya prezidentinin Qarabağ konflikti ilə bağlı mövqeyini səsləndirib. "Ermənistan Putin, Əliyev və Sərkisyanın birgə razılaşdırdığı yol xəritəsinə əsasən, Azərbaycanın  işğal altındakı 5 rayonunu qaytarmalıdır” deyib".

Rosbalt.ru ardınca qeyd edir: "Regionda qüvvələr balansı artıq açıq-aşkar Azərbaycanın xeyrinə dəyişib. Ermənistan isə Rusiyadan Su-30 SM qırıcıları almağa ümid edir. Söhbət ümumi məbləği 300 milyon dollar olan 12 qırıcıdan gedir. Doğrudur, hələ aydın deyil ki, belə ”dəbdəbə" üçün pul haradan tapılacaq. Bu anlaşma müstəsna olaraq Rusiya silahları hesabına, oradan "gülməli qiymət”ə verilən silahlar hesabına ayaqda duran Ermənistanın döyüş qabiliyyətini əhəmiyyətli şəkildə qaldıra bilərdi. Ya da kredit. Bu yaxşılıq Ermənistanda qərbyönlü hakimiyyətin gəlişindən sonra da davam edəcəkmi, söyləmək çətindir. Moskva üçün məntiqli olardı ki, ermənilərə silah verilməsi məsələsində taym-aut götürsün. Necə deyərlər, "cəza kimi” və ya Paşinyanı və komandasını "tərbiyələndirmək” üçün - Azərbaycanla mümkün müharibədə özünün "neytrallığı” ilə İrəvanı şantaj edərək. Axı tam mümkündür ki, təlimlər hərbi əməliyyatlara da çevrilə bilər".

*****

Təlimlər də daxil, bütün bunlar şübhəsiz ki, işğalçı tərəfdə narahatlıq doğuracaqdı və doğurdu da. Ələlxüsus Cocuq Mərcanlıda Putinə yaxın deputat və ekspertlərdən Azərbaycanın mövqeyi ilə səsləşən yanaşmaların sərgilənməsi düşmən tərəfdə təlaş yaradıb.

"Yeni Müsavat” bu yerdə xatırladır ki, Rusiya dövlət Dumasının spikeri, Putinin silahdaşlarından sayılan Vyaçeslav Volodin az öncə Bakıya etdiyi səfər zamanı Azərbaycanın Qarabağ məsələsində həmişə ədalətli və konstruktiv mövqe tutduğunu demişdi. Bu fikir də İrəvanda təlaşla qarşılanmışdı. Çünki Bakının mövqeyi çoxdan məlumdur. 

Belə görünür ki, Kreml ermənilərin özlərinin də söylədiyi kimi artıq "düyməyə” basıb. Qərbyönlü baş nazir Nikol Paşinyan ayağını "qırmızı cizgi”dən kənara qoyan kimi Bakı ilə müştərək plan işə düşəcək. Paşinyan isə NATO sammitinə qatılmaq üçün Brüsselə səfərə hazırlaşır...

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 1053 dəfə oxunub






Oxşar xəbərlər

Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə
Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT
Nikol Paşinyan sərsəmlədi - Azərbaycan XİN cavabladı
İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü
Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri Şəmkirdə məhv edildi - RƏSMİ
“Bu prosesdə gizli və güclü bir əl var” - KXCP sədri
Türkiyənin Harun Yəhyası kimdir? - HAQQINDA
İlin ikinci Günəş tutulması hadisəsi başladı
Çavuşoğlu Paşinyanı təbrik edib - erməni etirafı
“DÇ-2018-in ən yaxşısı Modriçdi” - Baş məşqçi dedi
Yunis Səfərov niyə məhz 3 güllə atıb? - ƏN ÖNƏMLİ FAKT
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Deputat
Səhiyyə Nazirliyi "GENERATOR OVU"na başladı - pul büdcədən silinir?
Lotu Qulinin yeni - Fotosu
Baş prokuror və güc nazirləri Gəncəyə gəldi - OLAYLAR NƏZARƏTDƏ
Gəncədə yaralanan polis danışdı: "Hər şey.." - VİDEO
Adnan Oktarın müridi: "O qızlarla cinsi əlaqədə ola bilmirdi”
Kəlbəcərli girovlardan yeni xəbər
“Bu təxribat dövlətə qarşı terrordur” – DİNİ bəyanat
Prezident bu icra başçılarını və şirkətləri HƏDƏLƏDİ
“Total” şirkəti İranda fəaliyyətini dayandırıb
Aytən Səfərova: "Başqasının ərinə "podxod" etməməlidir"
Oktarın evindən xeyli silah çıxarıldı - FOTO
Gəncəyə 8 il rəhbərlik etmiş icra başçısı danışdı: - Müsahibə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12064] initstartout [0.00016] initstartin [0.00090] calstart [0.01021] calend [0.00057] topnewsend [0.00438] rsssend [0.00000] ehgend [0.00821] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09550]