Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:47 - 26.05.2019  
Heydər Əliyev və Koçaryan görüşündən YENİ DETALLAR - Qarabağ qayıdacaqdı
Tarix: 1-07-2018, 22:52 | Bölmə: Xəbərlər » Siyasət

Ermənistan mediası Robert Koçaryanın prezident olduğu dövrdə Heydər Əliyevlə Qarabağ razılaşmasının detallarını yenidən gündəmə gətirib.
Heydər Əliyev və Koçaryan görüşündən YENİ DETALLAR - Qarabağ qayıdacaqdı"Qarabağ klanı”nın hakimiyyətdən getməsindən sonra Ermənistan mediasında da bu klanın üzvlərinə qarşı hücumlar başlayıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan 10 illik hakimiyyəti dövründə təkcə soyğunçuluq və siyasi qətllər həyata keçirmirdi, o həm də Qarabağ münaqişənin nizama salınması prosesində Azərbaycanın şərtlərini qəbul etmişdi.
"1998-ci ildə Ermənistanın prezidenti olan Robert Koçaryan Qarabağ münaqişəsində danışıqlar aparmaq hüququnu qazandı. Daha sonra "öz müqəddəratını təyin etmə” prinsipi ikinci plana keçdi, hansı ki, bu, Azərbaycanın diplomatik uğuru idi. Koçaryanın prezidentliyinin ilk illərində Mehrinin Azərbaycana verilməsi variantı ortaya çıxdı. Mehri məsələsi 1999-cu ilin 27 oktyabrında parlamentdə silahlı hücumdan sonra gündəmə gəldi. Hakimiyyət bu məsələni təkzib etsə də, belə variant mövcud idi. Vazqen Sarkisyan bu haqda yazırdı: "Bu bizim yox, onların variantıdır”. Karen Demirçiyan da buna qarşı idi. 2000-ci ilin 16 noyabrında Dtepan Demirçiyan (Karen Demirçiyanın oğlu) Ermənistanın milli televiziyasında yayımlanan "Bu gün” proqramında bildirirdi ki, "oktyabrın ortasında atam mənimlə Mehri variantı haqqında danışırdı, o çox narahat idi və bildirirdi ki, sonuna kimi buna qarşı çıxacaq”. 1999-cu ilin 27 oktyabr hadisəsindən sonra baş nazir postunda qardaşı Vazqen Sarkisyanı əvəz edən Aram Sarkisyan 6 aylıq vəzifəsi dövründə Mehri planına qarşı çıxdı. 2001-ci ildə o, "Çorord İnknişxanutyan” qəzetinə danışırdı ki, "mən Mehri variantının reallaşmasına mane oldum və bunu 1 nömrəli nailiyyətim hesab edirəm”. Robert Koçaryan və xarici işlər naziri Vardan Oskanyan isə Mehri variantını təkzib edirdilər. Lakin Vardan Oskanyan 25 aprel 2000-ci ildə Kaliforniyanın Qlendeyl şəhərində erməni icması ilə görüşündə açıq şəkildə bildirdi ki, "Mehri Azərbaycana verilir, Laçın isə Ermənistanda qalır. Ermənistan Mehridən İranla kommunikasiya qurmaq üçün istifadə edə biləcək”. Robert Koçaryan Mehri planı ilə razılaşmışdı. Mümkündür ki, Vazqen Sarkisyan və Karen Demirçiyan bu varianta qarşı çıxdıqları üçün öldürülüblər”, – deyə erməni şərhçi iddia edir.
Qeyd edək ki, söhbət 90-cı illərdə ABŞ dövlət katibinin xüsusi müşaviri olaraq çalışmış, məşhur amerikalı politoloq Pol Qobl tərəfindən təklif olunan və sonradan tarixə "Qobl planı” olaraq düşən variantdan gedir. Bu varianta görə, Ermənistan Naxçıvanla quru əlaqəsi yaratması üçün Mehrini Azərbaycana verir, Laçın dəhlizi və Qarabağ Ermənistanda qalır. İşğal altındakı digər ərazilər də azad olunmalı idi. 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında ABŞ-ın o vaxtı dövlət katibi Kolin Pauellinin vasitəçiliyi ilə keçirilən Ki-Uest görüşündə bu məsələ ilə bağlı razılıq olub. Lakin sonradan razılaşma pozulub. Həmin görüşdə iştirak edən Pol Qobl hesab edir ki, razılaşma Rusiyanın Ermənistana təzyiqi ilə baş tutmayıb.(publika.az)
Xəbər 1854 dəfə oxunub






Oxşar xəbərlər

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
Bakıda yararsız estakadadan yıxılan balıqçı xilas edilib
“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21570] initstartout [0.00017] initstartin [0.00076] calstart [0.01100] calend [0.00066] topnewsend [0.00508] rsssend [0.00000] ehgend [0.00805] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18918]