Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:00 - 18.02.2019  
Putinin emissarının Əliyevə gətirdiyi mesaj – İrəvan niyə təlaşlanıb?
Tarix: 28-06-2018, 10:19 | Bölmə: Xəbərlər » Siyasət

Nikol Paşinyanın Qarabağ xofu – İrəvan Azərbaycan prezidentinin qarşına kimi çıxaracağını bilmir; baş nazir prezidentin dalında gizlənir – iki səbəb; erməni nəşri: "Parad göstərdi ki, Bakı Rusiya, ABŞ və İsrailin dəstəyini alıb...”

Putinin emissarının Əliyevə gətirdiyi mesaj – İrəvan niyə təlaşlanıb?İrəvanda Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ mövzusunda ən yüksək səviyyəli görüşə kimi - baş naziri, yoxsa prezidenti çıxarmaqla bağlı hələ də qəti qərarlılıq yoxdur. Yeni siyasi sistemə görə, bu şəxs baş nazir Nikol Paşinyan olmalıdır. Amma Paşinyanın daxili məsələlərə və Qarabağ xaric, bəzi xarici siyasət məsələlərinə daha çox köklənməsi müşahidə edilir.

Müşahidə edilən həm də onun Qarabağ danışıqlarını aparmaq üçün yetərli siyasi baqaja, informasiya və səriştəyə malik olmamasıdır. Bu üzdən, o, hələ də sülh prosesinə yalnız ziyan viran populist, təhlükəli bəyanatlar verməklə məşğuldur. Belə qənaət var ki, məhz bu yolla o, Qarabağ məsələsində özünün qeyri-kompetentliyini kompensasiya eləməyə çalışır və faktiki Azərbaycan prezidenti İlham Əliyevlə birbaşa təmasdan çəkinir, bunu arzulamır.   

*****

"Yeni Müsavat” xatırladır ki, az öncə Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara cəlb oluna biləcəyini istisna etməmişdi. "Gün gələcək və ola bilsin Serj Səkisyan Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndə olacaq? Kim bilir? Mən onu deyərəm ki, Sərkisyanın dövlət maraqları ilə bağlı olan hansısa məsələdə iştirakı istisna deyil. Əgər birdən ictimai konsensus yaransa və görsək ki, bu adam hansısa məsələdə gərəklidir”, - deyə o bildirmişdi.

Xaratyan əlavə eləmişdi ki, Ermənistanda Qarabağa dair danışıqlar prosesini tam bilən adam çox azdır: "Keçmiş diplomatlar yoxdur”. O, Sərkisyanın Paşinyanı Qarabağa dair hansısa görüşdə müşayiət edə biləcəyi haqda isə belə demişdi: "Heç kim bilmir, bir ay sonra, bir il, beş il sonra nə olacaq”. Xaratyan onu da bildirmişdi ki, hazırda Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılmır.

"Qraparak” qəzeti isə dünənki məqaləsində Ermənistan tərəfdən prezident İlham Əliyevlə məhz prezident Armen Sərkisyanın görüşə biləcəyini istisna etməyib. "Yeni Müsavat”ın məlumatına görə, bu günlər Ermənistan prezidentinin böyük beynəlxalq turne həyata keçirdiyini xatırladan nəşr yazıb. "Armen Sərkisyan öz ad gününü  doğma Britaniyasında keçirib - harada ki, onun şahzadə ailəsi ilə görüşü də planlaşdırılırdı (Sərkisyanın Britaniya vətəndaşlığı da daşıdığı bildirilir - red.) Sonra Fransada olacaq, ardınca ABŞ-a yollanacaq. Onun yaxın ətrafının qəzetə söylədiyinə görə, əsas hədəf - Ermənistana sərmayə cəlb eləməkdir. Onun Rusiyaya da getməsi nəzərdə tutulur. Bunu da istisna eləmək olmaz ki, İlham Əliyev yəqin ki, Rusiyaya işarə edib ki, Armen Sərkisyanla danışıqlar aparmağa hazırdır. Həmsədr ölkələr də yəqin ki, buna etiraz etməyəcək - bizim mənbəmiz deyib” - nəşr qeyd edib.

*****

Buradaca yada salaq ki, bir qədər öncə erməni mənbələr Armen Sərkisyanın İlham Əliyevi tanıdığını yazmışdı. O vaxt Sərkisyan "Ermənistandakı hadisələrdən Bakı öz xeyrinə istifadə edə bilərmi” sualına belə cavab vermişdi: "Bunu heç cür şərh edə bilmərəm. Çünki İlham Əliyevi şəxsən tanıyıram. Kifayət qədər yaxşı. Lakin vəziyyət və siyasət elədir ki, an çox həssasdır. Yəni Dağlıq Qarabağda gərginliyin artması ehtimalını heç bir halda istisna etmək olmaz. Bu isə o anlama gəlir ki, ilk iş günündən etibarın yeni hökumət sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır”.

Yəni əslində o, Azərbaycan dövlət başçısının xarakterinə, güzəştsiz mövqe tutduğuna əmin və bələd olan adam kimi, Bakının yeni lokal hərbi əməliyyatlara gedə biləcəyindən açıq narahatlıq ifadə eləmişdi. Başqa yandan, əslində indi Paşinyan Ermənistan hökumət başçısı kimi tam legitim şəxs də deyil. Tam legitimlik yalnız yeni parlament formalaşandan sonra olacaq. Bu isə növbədənkənar seçkilərdın sonra mümkündür. Bu da Paşinyanı Əliyevlə görüşdən çəkindirən ikinci mühüm səbəb.

Məsələ həmçinin ondadır ki, yeni parlament başqa, daha səriştəli bir şəxsi də baş nazir seçə, yaxud Paşinyan özü könüllü şəkildə kənara da çəkilə bilər. Çünki o zaman üçün o, islahatları və xalqa verdiyi vədləri tutmağın nə qədər qəliz olduğuna əminlik hasil edəcək. Qarabağ məsələsindəki mürəkkəb durumun doğurduğu imperativ də öz yerində. Belədə Paşinyan niyə də "burnu girməyən yerə başını soxub” özünü yandırsın ki?    

*****

Bu arada Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Bakıya son səfəri çərçivəsində verdiyi açıqlama İrəvanda Qarabağla bağlı narahatlığı artırıb. "Yeni Müsavat”ın xəbər verir ki, bununla bağlı qərbyönlü armeionarepiort.com portalı sanki SOS siqnalı verirmiş kimi yazıb: "Spiker Yyaçeslav Volodin Bakıya baş çəkib və burada mühüm bəyanatlar verib. Onun bəyanatlarına isə qulaq verməyə dəyər. Çünki bu adamın uzun müddət Rusiyanın baş naziri təyin ediləcəyi deyilirdi. Onun baş nazir təyinatı alınmadı. Bununla belə, Volodin Kremldə olduqca ciddi fiqur olaraq qalır. Odur ki, onun istənilən sözünü, nitqini Putinin hansısa mesajı kimi qəbul eləmək lazımdır”.

Daha sonra nəşr spikerin Bakıda Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatı xatırladıb. Volodin azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşdə demişdi: "Bilirsiniz ki, Rusiya konfliktin dinc həllinin tərəfdarı kimi çıxış edir. Kimlər ki, əlaqələrin kəskinləşməsinin tərəfdarıdır, kim ki, xalqın dinc yaşamaq istəyini və sözünü eşitmir, onlar gərginlik yolu ilə gedirlər. Biz hər şey etməliyik ki, bunun qarşısını alaq. Azərbaycan Dağlıq Qarabağ məsələsində həmişə doğru və konstruktiv mövqe tutub”.

Məqalədə bu açıqlama belə şərh edilib: "Rusiyanın ”RİA-Novosti"nin yaydığı bu xəbər təkzib olunmadı. Demək, Volodin həqiqətən belə şey söyləyib. Aydın məsələdir ki, o, bunu öz təşəbbüsü ilə eləməyib. Kremldə həmişə, əsrlər boyu bu səviyyədə təşəbbüskarlıq cəzalandırılır. Demək ki, Volodini Bakiya elə ona görə göndəriblər ki, belə bir bəyanat versin. Bütün bunların fonunda ən təşviş doğuranı isə odur ki, Bakı, deyəsən, təkcə Rusiyanın yox, ABŞ və İsrailin də dəstəyini alıb. Hər necə olmasa, Bakıda keçirilən son hərbi parad da bu düşüncəni gücləndirir - hansı paradda ki, qədərindən çox İsrail istehsallı silahlar var idi..."

Əlavə edək ki, V.Volodin gerçəkdən də Putinin yaxın adamlarından və Kreml "mətbəxi”nə bələd olan ciddi simalardan biridir. Odur ki, Putinin emissarının Bakı mesajından düşmən tərəfinin təlaşlanmasına əsas var...

Siyasət şöbəsi, /Y.M/

Xəbər 1077 dəfə oxunub






Oxşar xəbərlər

İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Məxfi Qarabağ danışıqları: ABŞ və Rusiyanın planı?
Əfv Komissiyası daha bir iclas keçirdi
"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Azərbaycanda korrupsiya daha çox tikinti sahəsindədir?
Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ
ABŞ və Çin liderləri görüşüə bilər
“Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir”
İsgəndər Həmidov Qarabağ komitəsindən NİYƏ istefa verdi?
Ən yüksək qazanclı basketbolçular onlardır
Avropa İttifaqı Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır
Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
Qarabağ mitinqinə icazə verilmədi - Sonrası
DTX-nin həbs etdiyi casus - hansı məqsədlə istifadə ediləcəkdi?
Türkiyədə "Xocalı Parkı" AÇILDI
Abel Məhərrəmov Almaniyaya aparıla bilər
Məşhur modeldən iddialı pozlar – Fotolar
Makedoniyanın adı dəyişdi - RƏSMİ
Belçikada tətilə görə bütün hava limanları bağlanıb
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” - Deputat
"Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır"
Azərbaycan Prezidenti mediaya xoş münasibətini ifadə edib
Əli Həsənov könüllülər hərəkatından yazdı
Söyün Sadıqov həbs olundu
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsi - TAM VİDEO
AB Aşqabada kredit vermədi-Xəzər üçün
QOROSKOP - 12 fevral
Tramp İranı fars dilində təndiq etdi
ÇAQQAL DƏRİSİ VƏ CANAVAR SƏSİ... (yuxulu hekayə)
Prezident kimlərə GENERAL rütbəsi verdi- FOTO
Koreyalı taksi sürücüsü özünə od vurdu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16556] initstartout [0.00017] initstartin [0.00080] calstart [0.00879] calend [0.00060] topnewsend [0.00465] rsssend [0.00000] ehgend [0.00697] tagsstart [0.00059] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14296]