Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir

  • 19 iyun 2018, 16:16
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Dövlət Dumasından məlumat verilib. Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq.  
Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti və Milli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.
Oxşar xəbərlər