Paşinyan İlham Əliyevlə tanış oldu

  • 15 iyun 2018, 11:00
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya prezidenti Vladimir Putin onu Azərbaycanın dövlət başçısı İlham Əliyevlə tanış edib.

Demokratik.Az xəbər verir ki, onun sözlərinə görə, Putin Dünya çempionatı-2018 çərçivəsində baş tutan Rusiya-Səudiyyə Ərəbistanı matçından sonra MDB-nin dövlət başçıları üçün kiçik qəbul təşkil edib. Orada Azərbaycan Prezidenti İlham Əliyev də olub.

"Və Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə və ya söhbət və təmas olmadı", - deyə Paşinyan əlavə edib.
Oxşar xəbərlər