Demokratik TV
Xəbər lenti
Tramp prezident İlham Əliyevə məktubu göndərib
- 13 iyun 2018, 18:51
ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Demokratik.Az-ın APA-ya istinadən məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Ramazan bayramı münasibətilə Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına təbriklərimizi çatdırırıq.Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz qonşulara yardım etmə və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmə kimi İslam dininin ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni yad edirik. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini xatırladır.
Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.
Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram.
Ramazan bayramınız mübarək olsun!”
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Tramp Azərbaycan prezidentinə məktub göndərib
Obama İlham Əliyevə məktub göndərib
İlham Əliyevdən Belçika kralına təbrik məktubu
İlham Əliyevə Fransadan təbrik məktubu gəldi
İlham Əliyevdən Ramazan bayramı TƏBRİKİ
İlham Əliyev Donald Trampa məktub göndərib
İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti