Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:08 - 23.05.2019  
Elçibəydən sonra unudulan Bütöv Azərbaycan məsələsi
Tarix: 9-06-2018, 09:27 | Bölmə: Xəbərlər » Siyasət

Parçalanmış millətlərin və dövlətlərin birləşməsindən Azərbaycan xalqına da pay düşəcəkmi; ekspertlərdən nikbin olanı da var, bədbini də; "Bizim durum fərqlidir, biz ayrılmış dövlətlər kateqoriyasına aid deyilik”

Elçibəydən sonra unudulan Bütöv Azərbaycan məsələsiMilli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin dünyasını dəyişməsindən sonra onun ətrafındakı təşkilat və şəxslərin pərən-pərən düşməsi zaman-zaman müzakirə mövzusu olub. Elçibəyin liderliyini qəbul edən əksər müxalifət partiyaları nəinki bir-birinə zidd mövqelərdə dayanmağa başladılar, hətta hərəkat liderinin ölümündən sonra onun sədri olduğu partiya da param-parça oldu.

Lakin Elçibəyin yoxluğu təkcə bu düşərgəyə zərbə vurmadı. Eyni zamanda Əbülfəz bəyin ideya müəllifi olduğu bir sıra layihələr, həmçinin Güney Azərbaycan mövzusu da arxa plana keçdi. Ə.Elçibəy Kələkidən Bakıya dönəndən sonra Bütöv Azərbaycan Birliyinin sədri kimi Güneylə Quzeyin birləşməsi mövzusunu hər zaman gündəmdə saxlayırdı, təşkilatın həftəlik toplantılarında Güney məsələsinə saatlarla vaxt ayrılırdı, Arazın o tayında yaşayan on milyonlarla soydaşımızın durumundan bəhs olunurdu. Əslində Bakıdakı bu müzakirələr səbəbindən Güney Azərbaycanda milli hərəkat xeyli genişlənmişdi. Son illərdə Güney Azərbaycanın özündə də qəribə bir səssizlik var. Dünyada parçalanmış xalqların birləşməsi ilə bağlı nümunələr var və bu istiqamətdə indiki dönəmdə də səylər davam edir. 1990-cı ildə Qərbi və Şərqi Almaniya birləşib vahid dövlətə çevrildi. Bu günlərdə isə Cənubi Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında yaxınlaşma meyllərini müşahidə etməkdəyik. 19-cu əsrdə Rusiya və İran arasında bölüşdürülmüş Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirilməsi ilə bağlı mövzu isə təəssüf ki, aktual sayılmır. Vaxtilə "Qarabağa yol Təbrizdən keçir” deyən Elçibəyin yoxluğu halında Güney problemi ilə məşğul olanları ara-sıra müşahidə etmişik. Məsələn, bir ara AMİP lideri Etibar Məmmədov fəaliyyətində Güney məsələsini prioritet elan etsə də, bu, ötəri oldu və mövzu unuduldu. Ekspertlərimizin bu məsələ ilə bağlı maraqlı fikirləri var.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Yeni Müsavat”a dedi ki, Elçibəy Güney Azərbaycan mövzusunu və Bütöv Azərbaycan idealını türk dünyası və dünyanın diqqətinə çatdırmaqla bütövlük idealının siyasi gündəmimizə daxil olmasının əsasını qoydu: "Xarizmatik liderlərin yoxluğundan sonra boşluğun yaranması təbiidir. Artıq bütövlük siyasi və ictimai həyatımızın tərkib elementinə çevrilməklə milli ideala çevrilib. Odur ki, bu prosesi durdurmaq mümkünsüzdür. Güney Azərbaycan milli hərəkatı kifayət qədər yol qət edib və yaxın zamanlarda ciddi uğurlar gözləniləndir. Təəssüf doğuran isə Şimali Azərbaycanın siyasi və digər resurslarının bu ideala səfərbər olunmağa həvəssiz münasibətidir. Amma bütün hallarda o taylı-bu taylı millətimizin bu ideala sahiblənməsi ən böyük nəticədir. Bütöv Azərbaycanın qurulması mütləq məsələdir”.

Z.Məmmədlinin fikrincə, ölkəmizdə milli məsələlərə yönəlik siyasətin qüsurluluğu təsirsiz ötüşmür: "Siyasi sistem tarazlığı, optimallığı tapmadıqca bu məsələdə problemlər yaşanacaq. Hakimiyyət psevdobütövçülər, milliyyətçilər, dinçilər yaradıb bu xətlərə dəstək verərək əsl mahiyyətini gizlətməyə önəm verir. Düşünürəm ki, bu gün də bütövlük idealı ilə silahlanmış, mümkün olanları etməyə çalışan siyasilərimiz var. Lideri isə mütləqdir ki, xalq, proses yetişdirəcək. Güney Azərbaycan bu məsələdə daha parlaq görünür. Növbəti mərhələnin qəhrəmanının Güney Azərbaycan, liderinin də güneyli olacağına daha çöz inanıram”.

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə hesab edir ki, bu məsələ bütün Azərbaycan siyasətçilərinin son 70 ildə düşüncəsində hakim olan məsələdir: "Dünyada birləşmə və ya yaxınlaşma prosesi ayrılmış dövlətlər üzərində baş verir. Necə ki, hər iki Almaniya idarəçilik forması fərqli olan dövlətlər idi və bu birləşmə baş tutdu. Koreyalar da eləcə, ayrıca dövlətlərdir. Bizim durum isə fərqlidir, biz ayrılmış dövlətlər kateqoriyasına aid deyilik. Etnik kimlik olaraq isə bir dövlətdən qopmuş deyilik. İndi Albaniya ilə Kosovonun, Rumıniya ilə Moldovanın birləşmə perspektivi bizdən daha çoxdur. Çünki onlar da ayrı-ayrı dövlət quruluşları olan bir etnik kökə malik topluluqlardır. Demək ki, bizim ilk hədəfimiz Bütöv Azərbaycan deyil, İranın tərkibində muxtariyyət qazanmış Azərbaycan olmalıdır”. F.Mustafaya görə, artıq Elçibəyin siyasi şüar olaraq inkişaf etdirdiyi Bütöv Azərbaycan ideyası bu günün reallığında bir mədəniyyət bütünləşməsini özündə ehtiva edə bilər: "Siyasi bütövləşmə üçün isə həmin muxtariyyətin siyasi müstəqilliyə çevrilib-çevrilməyəcəyi yol aça bilər. Bu səbəbdən də siyasi çağırışlarda Bütöv Azərbaycan ideyasını millət üçün bir macəraçılıq faktoruna çevirmək olmaz. Bizim əsas işimiz Güney Azərbaycan türklərinin milli haqlarının əldə edilməsinə və muxtariyyət statusu qazanmasına yardım etmək olmalıdır. Həm də bunu qonşu İran dövləti ilə münasibətləri gərginləşdirmədən etməliyik. Bir də əsas insan haqları kontekstində beynəlxalq birliyin diqqətini soydaşlarımızın durumuna yönəltməklə problemi beynəlmiləl səviyyəyə qaldırmalıyıq. Güneylə bağlı bizə milli ideologiya deyil, strateji yol xəritəsi daha vacibdir. Çünki kağız üzərində yazdıqlarımız dünya reallığına uyğun gəlməzsə, əvvəlki fəlakətləri millətimiz təkrar yaşaya bilər”. Deputatın sözlərinə görə, liderlik məsələsi daha çox problemin mahiyyətini doğru-dürüst anlamaq məsuliyyəti ilə bağlıdır: "Bu mövzuda siyasi divident götürməyə çalışmaq yanlışdır, milləti doğru hədəfə yönləndirmək üçün realist və sağlam fikirlər cəmiyyətdə müzakirə olunmalıdır və hər iki topluluğun aydınları bu müzakirəyə qatılmalıdır. Bu şərtlər özlüyündə hərəkatın liderini də yetişdirə biləcək”.

Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbər isə əmindir ki, Azərbaycan türkləri gec-tez birləşərək Qacarlar dövlətinin devrilməsilə qəsb olunmuş haqlarını geri alacaqlar: "Bütöv Azərbaycan Ocaqları Rəsulzadə-Elçibəy yolunu davam etdirən bir təşkilatdır. Mən BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini kimi də deyirəm ki, biz bir an olsun Azərbaycan türklərinin birləşməsi məsələsindən geri çəkilməmişik. Əksinə, bu yolun daha da inkişafına təkan verən hadisələr ərəfəsindəyik”.

Ancaq F.Ələkbər də hesab edir ki, Azərbaycan türklərinin birləşməsi mövzusu ilə digər millətlərin birləşməsi arasında fərqlər var: "Azərbaycanın bir hissəsi Qacarlar dövründə qoruna bilmədi və çar Rusiyası tərəfindən işğal edildi. Bizim üçün Tehran da bir Azərbaycan şəhəri və türk torpağıdır. Azərbaycan türklərinin birləşməsi bu bölgədə çox şeyləri dəyişəcək. Ona görə də Azərbaycan türklərinin birləşməsi digər məsələlərdən çox fərqlidir. Bu birləşmə öz iradəmizlə baş verməlidir. Yəni bunu ”ABŞ, ya Avropa layihəsi" adında verib başqa mənalara yozanlar var ki, bu da yol verilməzdir. Bir sözlə, Azərbaycan türklərinin birləşməsi yalnız bölgənin deyil, dünyanın maraqlı olduğu bir məsələdir. Hərə öz maraqlarını burada əks etdirmək istəyir. Biz burada Azərbaycan və türklük marağını önə çəkərək işimizi görməliyik".

F.Ələkbər Bütöv Azərbaycan məsələsində lider yoxluğunun önə çəkilməsini doğru saymır: "Məncə, məsələni bu şəkildə qoymaq doğru deyil. Liderlər var. Amma bir gün əsas məqamda əsil lider ortaya çıxacaq. Necə ki, zamanında Rəsulzadə və Elçibəy ortaya çıxdılar. İndi də əsil məqamda elə olacaq. Bu birləşmənin baş verməsi ərəfəsində bir lider ortaya çıxacaq. Yəni Azərbaycan türklərinin yüzdə-on hissəsi birləşmək üçün ayağa qalxanda onlarla tanınmış simalardan biri hərəkatın başında dayanacaq, mən buna qətiyyən şübhə etmirəm. İndi düşmənlərimiz çalışırlar ki, önə çıxanları bir-birilərinə qarşı qoysunlar, gözdən salsınlar. Bununla da bu birliyi əngəlləmək istəyirlər, ancaq bacara bilməyəcəklər”.

Güney və Quzey Azərbaycan arasında körpülərin atılması baxımından hansı işlərin görülməsindən danışarkən F.Ələkbər konkret təkliflər səsləndirdi: "İlk növbədə hər iki Azərbaycan- türk ziyalıları birgə konfranslar verməlidir. Yəni ortaq yolumuzla bağlı Azərbaycan Respublikasında, Türkiyə, Avropa ölkələrində və digər yerlərdə birgə konfranslar verərək ideyalarımızı xalqımıza, 40-50 milyon hesab olunan Azərbaycan türklərinə çatdırmalıyıq. Bu konfranslarda hər iki Azərbaycandan ziyalılar iştirak etməlidir. Yəni Azərbaycan türkləri vətənin Güney-Quzeyi demədən bir yerdə milli birlik uğrunda mücadilə verməlidirlər. Bizim üçün ilk növbədə Azərbaycan türklərinin birliyi prioritet təşkil etməlidir. Eyni zamanda Azərbaycan türklərinin birləşməsi yönündə mədəni maarifləndirmə işləri gücləndirilməlidir. Həmçinin Azərbaycan türklərinin tarixi və mədəniyyəti ilə bağlı yeni kitablar yazılmalıdır. Bayramlarımızı birgə şəkildə keçirməyə diqqət etməliyik. İqtisadi əlaqələri gücləndirmək lazımdır. Bir sözlə, Azərbaycanın güneyinin quzeysiz, quzeyinin isə güneysiz ola bilməyəcəyi fikrini bütün sahələrdə ortaya qoymalıyıq. Yəni bizim keçmişimiz bir olduğu kimi, gələcəyimiz də bir olmalıdır. Azərbaycan türklərinin 5-6 min illik tarixi ənənəsini davam etdirməliyik. Bizim bu birliyimiz yalnız Azərbaycan türkləri üçün deyil, digər türk elləri, o cümlədən Xorasanımız, Həmədanımız, Qaşqayımız, hətta türk olmayan etnoslar üçün də önəmlidir. Çünki bizlər bu bölgədə sülh və sabitliyin bərqərar olmasının əsas nüvəsiyik. Ona görə də əsas məsələlərdən biri də odur ki, bu davanın yalnız Azərbaycan türklərinə, türk olmayan xalqlara da ədalət və hürriyyət gətirəcəyi fikrini ortaya qoymalıyıq. Mən zərrə qədər də şübhə etmirəm ki, bu bölgənin, o cümlədən Azərbaycanın gələcəyi türk və bəşəri ruhlu Azərbaycan ideyasından sarılmağımızdır. Şüurumuza yeridilmiş Sovet Azərbaycanı və İran Azərbaycanı ideyalarından qurtulmalıyıq”.

Cavid TURAN,
"Yeni Müsavat”

Xəbər 2582 dəfə oxunub






Oxşar xəbərlər

Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16724] initstartout [0.00014] initstartin [0.00062] calstart [0.00818] calend [0.00047] topnewsend [0.00357] rsssend [0.00000] ehgend [0.00602] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14769]