Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:54 - 21.10.2018  
Azərbaycana göndərilən "qiyam ianələri" - Milyonlar kimlərin ciblərinə axıb?
Tarix: 7-06-2018, 14:30 | Bölmə: Xəbərlər » Siyasət

Olmasın fəhmin, əqlin, idrakın,

Var nə qəm, ta ki, vardır əmlakın

Atəşi-xanə suzi-millət ikən

Hər kəsin sacdəgahıdır xakın...

Mirzə Ələkbər 1902-ci ildə bu şeiri yazanda heç də "Adəmi adəm eyləyən parədir" demək istəməmişdi. Əksinə, para eşqinin, pul hərisliyinin insanı adamlıqdan çıxardığını və çıxaracağını yazırdı.

Səd heyf ki, siyasətlə məşğul olduqlarını düşünənlər siyasətin onlarla muşqulat etmələrinin fərqinə vara bilmirlər. Nadir hallarda, handan hana nə isə qananda isə özlərini heç o yerə qoymur, yalan danışmağa başlayır, ətrafdakıları qanmaz sanırlar.

Eynən AXCP sədri Əli Kərimli və onun "müxalifət məhəlləsi"nin "saqqallı uşağı" Cəmil Həsənli kimi.

Cəmil Həsənlinin kimliyi bəlli: o, Azərbaycan müxalifətinə sosial şəbəkələrdə canlı yayımlar, Skype vasitəsilə müsahibələr və müraciətlər zamanı kitab rəflərinin qarşısında oturub müdrikanə sifətlə, aramla danışmaq dəbini gətirdi.

Sonra iş o yerə çatdı ki, Gültəkin Hacıbəyli belə, "rəfli anturaj"ı seçdi. Fəqət, Cəmil Həsənli heç olmasa, kompilyasiyalar da olsa, öz kitablarını rəfə düzürdüsə, Arif Hacılı, Əli Kərimli, Gültəkin Hacıbəyli və sairlər və bir də ilaxırlar həmin rəflərə başqalarının kitablarını düzmək məcburiyyətində qalırdılar.

Siyasi meydanda kitablarının bloknot halına düşərək bağlanma halında olduqlarından duyuq düşənlərin belə simvolizmə can atmaları Kazimir Maleviçlə Jan Moreasın, bir də Huqo Simberqin ruhlarını şad edib əlbət.

Sonra Cəmil Həsənli və Əli Kərimli qabaq ətraflarını aşağı ətraflarının diz hisssinə vuraraq dad etdilər ki, ey bidad, hakimiyyət nəinki onların mitinq keçirmələrinə, "Məhsul" stadionuna müxalifəti-şüaranı yığmalarına maneçilik edir - həmçinin AXCP ilə "Milli Şura"nın maliyyə imkanlarını tamamən məhv edib.

Əli Kərimli hətta sabiq spiker Rəsul Quliyevin PR menecerinə çevrilmiş Sevinc Osmanqızının suallarını Facebook-da cavablayanda ağ-qala ağlamsınmışdı: "Nə qərargahımız var, nə möhürümüz, pulumuz da yoxdur - axı bizdən nə istəyirsiniz?!"

Ritorik sualdır.

Hakimiyyət Əli Kərimlinin AXCP sədri qismində fəaliyyətini istəyir - müxalifət lideri qismində qeyri-ənənəvi müxalifətdən bəhrələnmək təki provokasiyalarını yox.

Normaldır, çünki bütün ölkələrdə hakimiyyətlə müxalifətin qarşıdurması var.

Hakimiyyət həmişə müxalifəti zəif salmaq istəyir, müxalifət də iqtidardakı komandanı uzaqlaşdırıb hakimiyyət olmağa can atır.

Bu prosesin bir yolu var: seçkilər.

Yerdə qalan bütün vasitələr, formatlar, üsullar və istiqamətlər cəmiyyət üçün təhlükəlidir.

İnqilabın qiyama, qiyamın üsyana, üsyanın da başıpozuqluğa və iğtişaşlara çevrilmək riski həddən ziyadədir.

Əli Kərimlinin tərəfdarları onu az qala Çe Gevara sayırlar. Halbuki...

Çe və Çenin övladları

La Nigueara.... Boliviyanın Valyeqrande əyalətində, Santa-Krus departamentində kiçik bir kənddir. Pukara şəhərciyindən dağla yuxarı, yamacların ətrafına köndələn dolanan, cığıra dənzəyən dar yolla təxminən bir saatdan sonra bu kəndə çatmışdım.

Dəniz səviyyəsindən 1950 metr yüksəklikdəki bu kənddə cəmi 120 nəfər yaşasa da, La Higuera dünyaca məşhur məkandır.

Çünki Çe Gevara burada qətlə yetirilib.

Milyonların, yüz milyonların "Komandante Çe" kimi tanıdıqları Ernesto Rafael Gevara de la Serna. 1928-ci ildə Argentinanın Rosario şəhərində, zadəgan ailəsində doğulan, 1967-ci ilin oktyabrın 9-da Boliviya meşəliyində güllənən əfsanəvi siyasətçi, inqilabçı və dövlət xadimi.

Yerli quaranilərin dediklərinə görə, Çe son nəfəsində gözlərini açıb və onu öldürməyə hazırlaşan boliviyalı əsgərlərlə amerikalı komandoslara deyib: "Çalışın tamahın qurbanı olmayın! İnsanı tamah budaq kimi əyir"

Kuba inqilabının iki lideri vardı: Fidel Kastro Rus və Çe Gevara. Hər ikisi sadə, təvazökar həyat yaşamış, sadəcə, siqara aludə olan insanlardı.

Nə Kastronun, nə Çenin milyonları, milyardları olmadı.

Nə Kastro, nə də Çe yaratdıqları təşkilat üçün yığılan pulların bir sentavosuna tamah salmadılar.

Və nə Kastro, nə də Çe barədə bir insan "onlar bizdən istifadə edib özlərinə həyat qurdular" deyə bilmədi.

Kastronun həyatına yüz dəfələrlə sui-qəsd etmək istədilər, hər dəfə də ona fanatikcəsinə sadiq insanlar Komandanteni qorudular.

Çeni hər an, hər gün məhv etmək istədilər - bacarmadılar.

1957-ci ildə kubalı inqilabçılar Syerra-Maestre dağında düşərgə quranda Kuba ilə bahəm, Mərkəzi və Latın Amerikasının müxtəlif ölkələrindən on minlərlə insan diktator Batistanı devirmək istəyənlər üçün pullar yığır, Kastronun düşərgəsinə yollayırdılar.

Pulların, yəni "inqilabi ianələr"in toplanmısına və xərclənməsinə Çe Gevara nəzarət edirdi.

Külli miqdarda pulun xəzinədarı olan Çe Gevara 1958-ci ilin martında, Las-Vilyas əyalətində olanda acından iki dəfə huşunu  itirmişdi. Onun əynində nimdaş, köhnə, xaki rəngində hərbi forma vardı.

Gündəlik qidası da səhər bir fincan ucuz qəhvə, günorta - bir banan və mais, axşam isə bir ovuc düyü ilə bir tikə qarğıdalı çörəyindən ibarətdi.

Həmin vaxtlar Çe Gevaranın nəzarətində yüz minlərlə dollar vardı...

Çe Gevara Kubanın Mərkəzi Bankının rəhbəri olanda pulsuzdu və Fidel Kastronun kiçik qardaşı Rauldan borc alırdı.

1962-c ildə Kubada ərzaq qıtlığı səbəbindən "qida kartları" dövriyyəyə düşəndə Çe Gevara təkid etdi ki, ona ayrılan gündəlik qida norması ölkədə ən adi vətəndaş üçnü nəzərdə tutulan normadan artıq olmasın.

Həmin ərzağa "layiq" olduğunu göstərmək üçün Çe Gevara şəkər qamışı plantasiyasında fəhlə, dəniz limanında yükdaşıyan, inşaatda sürücü işləmişdi. 1964-cü ilin avqustunda isə o, yaşadığı məhəllənin küçələrinin süpürülməsi və təmiz saxlanması ilə bağlı "işlər"də 240 saat çalışdığı üçün "Kommunist əməyi zərbəçisi" diplomunu almışdı.

Çe Gevaranın övladları da sadədən sadə həyat yaşayıblar. İlda Beatris həkim oldu, Aleyda siyasətçi, Kamilo Març - Kubanın Balıq Sənayesi Nazirliyində adi məmur, Seliya - baytar həkim, Ernesto Març isə - vəkil.

Onların heç biri bahalı kolleclərdə, universitetlərdə oxumadılar, yüz minlərlə dollarlıq evlərdə yaşamadılar, lüks avtomobillər sürmədilər.

Onların heç biri ABŞ Konqresində ölkəsinə həsr olunmuş "dinləmə"lərdə çıxış edib Kubanı pisləmədilər, Fidel Kastronu "diktator" adlandırmadılar.

Çünki onlar şərəfli atanın şərəfli övladlarıdır.

Tamah və ambisiyalar kölgəsində məhv olan Əli

Mayın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yaydılar. Məlumat məmur üslubundadır, dili ağırdır, amma bəzi məqamları olduğu kimi təqdim edirik:

"Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb".

Daha sonra vurğulanmışdı: "Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib".

Yəni məğz budur ki, Rusiyadan hər ay AXCP sədri Əli Kərimliyə 30 min dollar göndərilib. "Milli Şura" və AXCP-nin fəaliyyəti üçün ümumilikdə 412 min dollar Moskvadan Bakıya yollanıb.

Bəs hanı o pullar və sıravi cəbhəçilərlə "Milli Şura" adlı idefiksə hələ də inanan sadəlövhlərin həmin məbləğdən xəbərləri varmı?!

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!

Əhlinə şah olduğun dövlət həlal olsun sənə!

Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Azərbaycanda müxalifət olmalıdır. Özü də güclü, nüfuzlu, hadisələrə təsir edərək proseslərin məcrasını belə, dəyişmək imkanlarına malik, parlamentdə təmsil olunan, qərargahlara və rayonlarda təşkilatlara malik bir müxalifət.

Demokratik cəmiyyətdə məhz hakimiyyətlə müxalifətin mübarizəsi inkişafa təkan verir, vətəndaşların haqq və hüquqların tam təminatını reallaşdırır.

Ölkəmizdə AXCP də güclənməlidir, Müsavat da, digər müxalif strukturlar və təşkilatlar da.

Amma demokratik cəmiyyətin demokratiyadan danışıb sinə vuranlar və demokratiya uğrunda mübarizə apardıqlarını deyənlər qarşısında qoyduğu bir şərt var: hər şey demokratik olmalıdır.

Açması çox sadədi - Əli Kərimli və Cəmil Həsənli üçün yazıram: əgər siz demokrat olduğunuzu deyirsinizsə, hakimiyyətdən sizə məhz demokrat kimi yanaşmanı tələb edirsinizsə, elə demokrat da olmalısınız.

Sözdə yox, işdə.

Demokratik cəmiyyətdəki siyasi təşkilatların fəaliyyətinin təməl, baza prinsipi var: hakimiyyət uğrunda mübarizə aparan istənilən (!) struktur maliyyə mənbələrini gizli tutmalıdır.

İqtidardan transparentlik, büdcə xərclərinin şəffaflığını tələb edənlər aldıqları pulların mənbəyini və mənşəyini gizlədirlərsə, belələrinin misaki-milli bağındakı meyvə balqabağa çevrilir, tərəvəzlər də əyri bitir.

AXCP sədri Əli Kərimli patetik çıxışlarında, iqtidarın ünvanına nifrin və qarğışlarla dolu olan statuslarında divergensiya ilə konfergensiyanı səhv sala bilər, amma lütfən, sintezlə analizi qarışdırmasın.

Azərbaycana göndərilən "qiyam ianələri" - Milyonlar kimlərin ciblərinə axıb?

 

"Milli Şura"nın şəksiz və bilmərrə olaraq Rusiyanın layihəsi olması, kinodramaturq Rüstəm İbrahimbəyovun da "Milyarderlər İttifaqı" tərəfindən Yusif Sərrac qismində bu marionet quruma sədr təyin olunması, həmin təyinatın da Bakıda İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov triosu tərəfindən çox bəsit mizan-səhnəli vodevil nəticəsində "seçki" kimi qələmə verilməsi də faktdır.

"Milli Şura"ya ayrılan pulların Eldar Namazovun idarəçiliyində "müəmmalı" şəkildə yoxa çıxmasının necə qalmaqal yaratmasını nə tez unutdunuz, bəylər?!

İndi də Əli Kərimlinin Rusiyadan ianələr qismində ayda 30 min dollar aldığı aşkarlanıb.

Anlamayanlara bir daha anladaq: siyasi partiyanın ianələr almasında qəbahət yoxdur. Lakin həmin pulları o partiyanın fəaliyyət göstərdiyi ölkənin vətəndaşları elə həmin ölkə ərazisində ödəməlidir.

Məsələn, Fransada 49 yaşlı Marin Le Penin sədr olduğu "Front National" ("Milli Cəbhə") kimi ifrat sağçı, irqçi və ultramühafizəkar partiyanın ötən prezident seçkilərində qələbə şansı yüksək idi. Marin Le Pen seçkilərdə Emmanuel Makronun əsas rəqibi idi.

Le Pen uduzdu, çünki "Milli Cəbhə"nin Rusiyanın sosial şəbəkələrdəki trollarından dəstək alması, habelə İspaniya, Monako, ABŞ, Britaniya, Kanada, Almaniya və Portuqaliyada yaşayan fransızlardan ianələri qəbul etməsi aşkarlandı.

Böyük qalmaqal qopdu, Le Pen xaricdən maliyyələşməkdə suçlandı və uduzdu.

Britaniyadakı parlament seçkilərində də Leyboristlər Partiyasının favorit mövqe tutmasına rəğmən, "tori"lər qarşısında məğlubiyyətə düçar olmasını məhz xaricdən gələn ianələrlə və dəstəklə bağlı qalmaqal şərtləndirdi. 

Yəni Avropa bu baxımdan çox sərt davranır: heç bir partiya xaricdən - hətta xarici ölkələrdə yaşayan ölkə vətəndaşlarından belə - maliyyə dəstəyi və ianələr almamalıdır, ala bilməz.

Əksi cinayətdir.

"Milli Şura"nın zavallı sədri Cəmil Həsənli bunu anlamaya bilər: nə də olsa, yaşının ahıllığına və professorluğuna rəğmən, siyasətin, "real politick"in nə olduğunu hələ də dərk etməyib.

Əli Kərimli kimi konyukturaçı, intriqalar qrossmeysteri, kölgə savaşları ustası və yalanlar ustası ki, bunları bilir.

Bilir, amma həmişəki ampluasına sadiq qalaraq "Rusiyada yaşayan azərbaycanlıların AXCP üçün pul yığması qəbahətdirmi?! Azərbaycan nə zamandan öz qanunlarını Rusiya ərazisində tətbiq edir?!" tipli primitiv şüarcıqlarla çıxış edir.

Daha konkret olub təfərrüatlara varsaq, Gədəbəy rayonunun sabiq İH başçısı Saleh Rüstəmov Rusiyada Əli Kərimli üçün pulları yığır, ona Eltac Əlisoy adlı birisi yardım edrmiş. 2016-cı ilin mart ayından etibarən Saleh Rüstəmov hər ay Əli Kərimliyə 30 min dollar yollayırmış.

Pullar Bakıya AXCP mənsubları Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə çatdırılıb S.Rüstəmovun qohumu Vidadi Rüstəmliyə verilib. O da həmin pulları AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli və AXCP-nin Nərimanov rayon təşkilatının sədri Babək Həsənova təhvil veriblər.

...Rusiyada yaşayan həmvətənlərimiz və vətəndaşlarımız Azərbaycana pul yollayıblar, yollayırlar və ölkədə on minlərlə ailə məhz bu maliyyə dəstəyindən yararlanır.

Normal, qəbahət heç nə yoxdur, çünki adi pul köçürmələridir, hər şey qanun çərçivəsindədir.

Ancaq ölkə xaricində yaşayan soydaşlarımız və ya vətəndaşlarımız Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatları ianələr, bağışlamalar, hədiyyələr və s. hesabına maliyyələşdirə bilməzlər.

Sosial şəbəkələrdə Əli Kərimlinin və onun trollarının, habelə Cəmil Həsənlinin "vaveyla, qoymayın, bizi yenə sıxırlar, böhtan atırlar, şər qurbanıyıq" tipli psevdoemosional müraciətləri səngimir.

Halbuki, "Siyasi partiyalar haqqında" qanunun 17-ci maddəsinin 2-ci bəndində birmənalı olaraq yazılıb: "Siyasi partiyaların aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:

17.2.1. bu Qanunun 17-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanları və digər dövlət qurumları;

17.2.2. bələdiyyə orqanları və onların tabeliyində olan qurumlar;

17.2.3. xarici dövlətlər və xarici hüquqi şəxslər;

17.2.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

17.2.5. yetkinlik yaşına çatmamış şəxslər;

17.2.6. soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər;

17.2.7. hərbi hissələr;

17.2.8. ictimai birliklər və fondlar, dini qurumlar;

17.2.9. hüquqi şəxslər."

Beləliklə, gəlin, situasiyaya baxaq.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Rusiyada AXCP və "Milli  Şura" üçün pul toplayarkən heç bir sənədləşdirmə aparmayıblar, pul köçürülmələrinin qanuniliyini təmin etməyiblər.

Yaxşı, fərz edək ki, onlar sadalananan əməlləri ediblər.

AXCP sədri Əli Kərimliyə sualımız var: o "ianə"ləri verənlərin şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlərinin seriyaları, nömrələri sizdə varmı?!

Varsa, aldığınız pulların həcmi barədə AXCP-nin Rəyasət Heyətinin və Ali Məclisinin üzvlərinə məlumat verilibmi?!

AXCP funksionerləri o pullardan xəbərdardır?!

İnanmırıq və bu inamsızlığımızın konkret, real səbəbləri var.

Əvvəla, Rəyasət Heyəti və Ali Məclis üzvləri AXCP-nin maliyyə mənbələri barədə məlumatsızdır.

"Milli Şura" üzvləri də pulların kimlər tərəfindən, nə zaman verildiyini bilmirlər.

Belədirsə, dəyirmanın suyunun haradan gəldiyini Əli Kərimlinin ən yaxın "silahdaş"larından, ona inananlardan da gizlətdiyi aydın məsələdir.

AXCP ilə "Milli Şura"nın dolayı nəzarətlərindəki insanlar və qurumlar vasitəsilə, habelə o insanlara verilən "mükafat"lar formasında xarici ölkələrdən və təşkilatlardan aldıqları külli miqdarda pulları, habelə Gürcüstan-Azərbaycan marşrutu ilə Tiflisdəki "hami"lərdən alınıb daşınan pulların da məbləğini nəzərə alsaq, Əli Kərimli və Cəmil Həsənlinin, əslində, tək siyasi fəaliyyət yox, həm də banal "pul yuma" mexanizmi işlətməklə məşğul olduqları da aydınlaşır.

Qayıdaq demokratik cəmiyyətə və demokratik dəyərlərə.

Həmin dəyərlərdən biri də vətəndaşların ifadə və sərbəst toplaşmaq azadlıqlarıdır.

Xaricdən ən müxtəlif, istisnasız olaraq hamısı qanunsuz yollarla alınan pulların böyük məbləğinin müqabilində AXCP və "Milli Şura"nın siyasi mübarizəsi "Məhsul" stadionundakı yığnaqlarla, mitinqə parodiyalarla sonuclanırsa, yazıqlar olsun belə müxalifətə.

Bu, müxalifətçilik yox, siyasi mübarizə görüntüsü yaratmaqdır.

Ən yumşaq formada belə səslənir.

Əli Kərimlinin gerçək xislətinin, sadəcə, bir, mimikriya etmiş təzahürü...


Elçin Alıoğlu

 
Aktual.az
Xəbər 3579 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20375] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00678] calend [0.00037] topnewsend [0.00279] rsssend [0.00000] ehgend [0.10476] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08790]