Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:48 - 24.10.2018  
Azərbaycan prezidenti ABŞ-a gedir - GƏLİŞMƏ
Tarix: 4-06-2018, 15:28 | Bölmə: Xəbərlər » Siyasət

"Tramp Ağ Evə birinci kimi dəvət edəcək” sualı aktuallaşır; Qarabağ məsələsi yeni müstəviyə keçir; rusiyalı tanınmış politoloq: "Moskva Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə bilər...”

Azərbaycan prezidenti ABŞ-a gedirAzərbaycanın yerləşdiyi bölgə və onun ətrafında ziddiyyətli, eyni zamanda, milli maraqlarımıza təsirsiz ötüşməyəcək proseslər gedir. Cənub qonşumuz İran ətrafında yaşanan kritik olaylar, İsrail-Fələstin münaqişəsinin daha qəliz fazaya keçməsi ilə strateji tərəfdaşımız İsraillə münasibətlərə yeni təhdidlərin yaranması bu qəbildən sayıla bilər. Bu fonda işğalçı qonşumuz Ermənistan Nikol Paşinyanın baş nazir olmasından sonra Qərblə (ABŞ-la) Rusiya arasında hiyləgər oyuna başlayıb.

"Yeni Müsavat” ötən saylarının birində yazdığı kimi, Ermənistanın yeni rəhbərliyi hazırda dəridən-qabıqdan çıxır ki, yeni situasiyada işğalçı ölkənin bir əlindən Rusiya, digərindən də ABŞ tutsun. Yəni həm "demokratiya adacığı” kimi özünü Qərbə sırıyıb ondan böyük maliyyə-siyasi dəstək almaq, həm də Kremlin bölgədə yeganə hərbi qalası və vassalı kimi qalaraq Moskvadan silahlar almaq niyyətindədir.

*****

Şübhəsiz ki, Vaşinqtona belə ikiüzlü "müttəfiqlik” sərf edə bilməz. Amerikanın gərgin münasibətlərdə olduğu, sanksiya və embarqolar tətbiq elədiyi Rusiyanın ən yaxın müttəfiqi və forpostu sayılan Ermənistanla müttəfiq olması mümkünsüz görünür. Məntiq diktə edir ki, Ağ Ev günün birində "amerikapərəst” Paşinyandan konkret seçim tələb edəcək.

Bu xüsusda balanslı xarici siyasət yürüdən Azərbaycan qat-qat uğurlu durumda görünür və ABŞ-la daha yüksək səviyyədə əməkdaşlıq qurmaq üçün üstün potensiala malikdir. Bunu deyəsən, tanınmış erməni təhlilçiləri də görməyə və təlaşlanmağa başlayıblar.           

"Qarşıdakı Qarabağ danışıqlarında bəzi sürprizlərin olması gözləniləndir, Ermənistan bu sürprizlərə hazır olmalıdır”. Bu barədə 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, politoloq David Şahnazaryan deyib (Publika.az). Onun sözlərinə görə, son vaxtlar Azərbaycan əhəmiyyətli diplomatik fəallıq göstərir.

"Xarici İşlər naziri Məmmədyarov Vaşinqton, Berlin, Brüssel, Paris kimi siyasi mərkəzlərə ard-arda səfərlər edir. Bununla yanaşı, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, prezident İlham Əliyevin tezliklə Vaşinqtona səfəri gözlənilir və bu səfər çərçivəsində Qarabağla bağlı mühüm danışıqlar ola bilər”, - deyə o qeyd edib. Erməni diplomat həmçinin hesab edir ki, Bakı münaqişənin həlli üçün tələsir və bu istiqamətdə real diplomatik addımlar atır.

*****

Əslində ermənilərin təlaşı əsaslıdır. Məsələn, ABŞ prezidenti Donald Tramp son günlər Azərbaycan prezidenti İlham Əliyevə ard-arda üç məktub göndərib. Məktubların birində o, "qarşıdakı aylarda Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar yaranacağı”nı  xüsusi vurğulayır ki, bu da Ermənistanda narahatlığa səbəb olub. Erməni KİV-lər, yerli ekspertlər bu ifadəni açmağa çalışırlar. 

Məsələ ondadır ki, Serj Sərkisyan dövründə Ermənistanın əsas dayağı Rusiya hesab olunurdu. Lakin komandasını müstəsna olaraq Rusiyaya nifrət bəsləyən kadrlardan formalaşdıran Paşinyan dövründə Moskva artıq İrəvanın "göz yaşlarına inanmır”, Paşinyana şübhəli nəzərlə baxır. Bundan əlavə, işğalçı ölkənin söykənmək istədiyi Vaşinqton Bakı istiqamətində "körpü” tikir.

Dəqiq informasiya olmasa da, bu proseslər fonunda Azərbaycan prezidentinin Vaşinqtona səfər edəcəyi gözləniləndir. Və bu, Trampın da dediyi kimi, Qarabağ münaqişəsinin həllində mühüm ola bilər...

*****

Xatırladaq ki, qərbyönlü erməni KİV-lərində bir müddətdir ki, "məxməri inqilab” lideri Paşinyanın ABŞ-a dəvət edilməsinin "vacibliyi” haqda yazılar gedir. Erməni yazarlardan biri hətta Ağ Ev başçısına minnət qoyub ki, "bu səfər Trampın şərəfinə şərəf qatardı”. Guya ki, Paşinyan gerçək demokrat, dinc "demokratik inqilab”ın rəhbəri olaraq bunu artıq haqq edib. Bu yöndə Amerika erməni lobbisi də, təbii ki, ciddi cəhdlə çalışır.

Lakin Nikol Paşinyanın baş nazir olan kimi Qarabağa ilk qanunsuz səfər edərək orada verdiyi təxribatçı açıqlamalar, o sırada oğlu Aşotu hərbi xidmət üçün Qarabağa göndərəcəyini söyləməsi, bütövlükdə bu mövzuda Qərbi də təlaşlandıran bəyanatları onun demokrat yox, avantürist siyasətçi olduğunu və bölgədə sülhü deyil, müharibəni yaxınlaşdırdığına şübhə saxlamadı.

Paşinyanın bu davakar ritorikası isə regionda müharibə arzulamayan Amerikanın da sözsüz ki, diqqətini çəkib. Əksinə, ötən həftə Azərbaycanda ABŞ-ın əsas siyasi sponsoru olduğu Cənub Qaz Dəhlizinin (CQD) açılışı göstərdi ki, Azərbaycan bölgədə qurucu bir mövqe tutur və regionun Avropaya, dünyaya inteqrasiyası yolunda, təhlükəsizliyi və rifahı yolunda real addımlar atır - Avropanın, Qərbin özü ilə birgə. Bu xüsusda Azərbaycan liderinin ABŞ-a birinci dəvət edilməsi tamamilə məntiq qanunları çərçivəsindədir...

*****

Bu mövzuda tanınmış rusiyalı ekspertlərin də şərhləri maraq doğurur. Məsələn, politoloq Oleq Kuznetsov hesab edir ki, bu gün  Ermənistan Rusiya və ABŞ-ın geostrateji maraqlarının toqquşduğu arenadır. Bunu o, Pravda.ru saytına açıqlamasında deyib (Axar.az).

"Əgər Paşinyan Saakaşvili kimi Rusiyanın Ermənistan ərazisindəki hərbi mövcudluğuna son qoysa, bu, Vaşinqtonun Ön Asiyadakı geosiyasi təsirini itirməsinə kompensasiya olacaq. Rusiyanın Ermənistandakı təsirini itirməsinin Moskva üçün iki ciddi nəticəsi var: birincisi, Rusiyanın daxili siyasi proseslərində erməni lobbisinin təsiri zəifləyəcək. Bu da hakimiyyətdə iki əsas erməni lobbisti olan Rusiya xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun vəzifədən getməsi ilə nəticələnəcək. İkincisi isə Azərbaycan Qafqazda Rusiya ilə münasibətləri xoş olan yeganə ölkə olacaq və nəticədə Kremlin Cənubi Qafqazda seçim etmək şansı qalmayacaq. Ermənistan-Azərbaycan qarşıdurması bundan sonra daha da artacaq”, - deyə o bildirib.

Analitikə görə, Rusiyanın Ermənistandan çəkilməsi Moskvanın Qarabağın azad edilməsi üçün Bakıya "yaşıl işıq” yandıracağı ehtimalını artıracaq: "Moskva işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə və regionda Rusiya-Azərbaycan-Türkiyə təhlükəsizlik üçbucağının qurulması reallaşa bilər”.

*****

Əlbəttə ki, bunlar siyasi şərh və proqnozlardır. Bir şeyi dəqiqliklə qeyd eləmək olar ki, Ermənistandakı məlum olaylardan sonra öncəliklə işğalçı ölkənin yeni rəhbərliyi, ardınca isə Rusiyanın özü seçim eləməli olacaq. Bakı üçün hər iki hal fürsətlər yarada bilər... 

Xəbər 2238 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11640] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00688] calend [0.00039] topnewsend [0.00267] rsssend [0.00000] ehgend [0.00536] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09991]