Əliyev və Paşinyan görüşəcək

  • 31 may 2018, 14:23

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "Armenia” telekanalına bildirib.

"Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən aylar deyil, həftələri nəzərdə tuturam”, – deyə o qeyd edib.

Oxşar xəbərlər