Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:23 - 20.05.2019  
Trampın Bakıya şifrəli Qarabağ mesajı
Tarix: 26-05-2018, 08:19 | Bölmə: Xəbərlər » Siyasət

Ağ Ev rəhbəri Qarabağ və Naxçıvan bölgəsində gərginliyin artdığı bir durumda "münaqişənin həlli üçün imkanlar”dan bəhs etdi; səbəb TANAP, yoxsa...

Trampın Bakıya şifrəli Qarabağ mesajı"ABŞ prezidenti cənab Tramp birinci dəfə deyil ki, Azərbaycanı öz tərəfdaşları hesab etdikləri haqda bəyanat verir. ”Əsrin kontraktı" adlanan müqavilənin vaxtının uzadılması ərəfəsində də belə bir bəyanat oldu. Təbii ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan belə bir super gücün rəhbərinin verdiyi bəyanat mühüm məsələdir".

Politoloq Arzu Nağıyev bu fikirləri ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə ünvanlandığı məktubda Qarabağla bağlı nikbin mövqeyini "Yeni Müsavat”a şərh edərkən söylədi. Qeyd edək ki, Ağ Evin başçısı Azərbaycan prezidentinə yazdığı məktubda Qarabağ cəbhəsində situasiyanın gərginliyi barədə hətta ABŞ ekspertlərinin və milli kəşfiyyatının xəbərdarlıqlarını bir kənara qoyaraq, dinc həllin perspektivinə inamını ifadə edib. "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq” - cənab Tramp yazıb. ABŞ lideri ardınca qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün cənab İlham Əliyevlə əməkdaşlığı səmimiyyətlə arzulayır.

Diqqətçəkən budur ki, Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Ermənistana işğalçılıq əməllərinə son qoymaqdan ötrü növbəti xəbərdarlığını etmişdi. Həmçinin o, düşmənin istənilən mövqelərini sıradan çıxartmağa qadir uzaqmənzilli raketlərimizin olduğunu bildirmişdi. Bundan sonra isə düşmən təxribatı nəticəsində Azərbaycan hərbçisi Naxçıvan istiqamətində həlak oldu və rəsmi Bakı buna olduqca sərt reaksiya verəcəyini bildirdi. Hətta araşdırmaçı-ekspert Tomas de Val son açıqlamalarının birində qeyd etmişdi ki, prezident İlham Əliyev təxribatçı bəyanatlar verən baş nazir Nikol Paşinyana reaksiya vermir, lakin bu, Azərbaycanın sonadək susacağı anlamını vermir. Bu mənada mümkündür ki, ABŞ prezidenti Azərbaycan prezidentinə savaş qərarını verməkdən yayınmaqla bağlı mesaj vermək istəyib. Özü də Ermənistanın Naxçıvan istiqamətindən atəşkəsi pozmasının arxasında ABŞ-ın dayandığı haqda rusiyalı ekspertlərin şərhləri də yayılır bu aralar. Tramp isə bu mövqeyi ilə gərginliyə maraqlı olmadığını nümayiş etdirib. O da istisna olunmur ki, ABŞ lideri İran ətrafında gərgin situasiyanın yaranması şəraitində Cənubi Qafqaz bölgəsində sülhüm qorunmasında maraqlıdır, nəinki savaşda.

Politoloq A.Nağıyev də bildirdi ki, Ermənistanda hakimiyyət dəyişdikdən sonra Rusiya ciddi-cəhdlə Paşinyanı öz əlində saxlamağa çalışır: "Buna isə Qərb müxtəlif istiqamətlərdə, istər iqtisadi, istərsə də siyasi cəhətdən mane olur. Rusiya həm də öz nüfuzunu bərpa etməyə çalışır və münaqişənin həll olmasına o qədər də meylli deyil. Çünki münaqişənin müsbət həlli onun regionda nüfuz dairəsinin kiçilməsi deməkdir. ABŞ isə öz növbəsində Azərbaycanla ticarət, terrorizmlə mübarizə, təhlükəsizlik və enerji sahəsində tərəfdaş olduğunu bildirir. Bunun ən pik nöqtəsi də Cənub qaz dəhlizi layihəsində ümumi maraqdan çıxış etməkdir. TANAP layihəsi iyun ayının 12-də rəsmi fəaliyyət bağlayacaq. Məlumdur ki, bu boru vasitəsilə ildə 16 milyarda kubmetr qaz Avropaya və Türkiyəyə çatdırılacaq”. A.Nağıyev digər mühüm məqama da diqqət çəkdi: "Maraqlısı odur ki, bu layihəyə Avropa İranı da qoşmağa çalışır və ABŞ bunun əleyhinədir, Rusiya da təkid edir bu məsələni. Türkmənistan qazının da bu layihə üzrə nəqli məsələsi gündəmdədir. Lakin buna Rusiya razılıq vermir. Əsas məsələ odur ki, Rusiyanın ikinci Şimal layihəsi aktuallığını itirə bilər. Məhz bu problemlər görə Xəzərin statusu məsələsi də sona çatdırılmır. Bunu deməkdə əsas fikri ondan ibarətdir ki, ABŞ bütün bu məsələlərdə ən uğurlu və mühüm partnyor kimi Azərbaycanı görür. Buna görə də regionun, ən əsas da Azərbaycan olan təhlükəsizliyə təhdidin qarşısının alınmasının ən mühüm yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir və bununla Rusiyaya da zərbə vurula bilər”.

"Donald Trampın Azərbaycan prezidentinə yazdıqlarından belə anlaşılır ki, o, Azərbaycanın regionda önəmli ölkə olduğunun fərqindədir və Azərbaycansız ABŞ bu bölgədə öz planlarını həyata keçirmək üçün çətinliklərlə üzləşə bilər”.

Bunu isə ermənişünas-alim Qafar Çaxmaqlı "Yeni Müsavat”a bildirdi. Ekspertin sözlərinə görə, enerji məsələsini qabartması və son günlərdə TANAP layihəsinin işə düşməsi Amerikanı Azərbaycanla əməkdaşlıq etməyə sövq edəcək:"Yəni Amerika buradakı problemlərə daha aktiv yanaşacaqdır. Həm də Azərbaycan İran məsələsinin aktuallaşması fonunda hərbi strateji müttəfiqə belə çevrilə bilər. Burada bizi maraqlandıran Amerikanın Qarabağ məsələsi ilə bağlı sərgiləyəcəyi siyasətdir. ABŞ dəfələrlə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir. Bu istiqamətdə yürüdülən siyasətimizə dəstək ala bilərik. Məsələ hərbi müstəviyə çıxsa həmin prinsip bizim əlimizi gücləndirə bilər. Məncə, Trampın bu məktubu təqdir edilməli və Azərbaycanın xarici siyasətində önəmli vasitə kimi istifadə edilməlidir”.

Yeri gəlmişkən, gələn həftə Bakıda daha bir mühüm beynəlxalq tədbir, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək.

Xəbər 3824 dəfə oxunub






Oxşar xəbərlər

“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18303] initstartout [0.00016] initstartin [0.00070] calstart [0.00871] calend [0.00050] topnewsend [0.00767] rsssend [0.00000] ehgend [0.00588] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15884]