Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:54 - 18.06.2018  
Səməd Seyidovu AŞPA-da kim əvəzləyəcək
Tarix: 25-05-2018, 09:36 | Bölmə: Xəbərlər » Siyasət

Fazil Mustafa: "Həmməruzəçinin mütləq nümayəndə heyətinin sədri olması şərti yoxdur”

Səməd Seyidovu AŞPA-da kim əvəzləyəcəkAŞ PA-nın iyun ayında keçiriləcək yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

S.Şennak bildirib ki, AŞ PA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: "Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmməruzəçi seçməliyik”.

Qeyd edək ki, AŞ PA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞ PA üzvləri Pedro Aqramunt, Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı sanksiyalar tətbiq edib. Sanksiya Pedro Aqramunta qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.

Qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş "Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.

O, müvəqqəti olaraq assambleyanın mandatından məhrum edilib.

Seyidov isə ittihamları tamamilə rədd edərək, bu sanksiyanın Azərbaycanı AS PA-dan uzaqlaşdırmağa xidmət etdiyini deyib: "Sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür. Bu qərarının heç bir əsası yoxdur, başdan-ayağa qərəzlidir. Azərbaycanın AŞ PA-da fəaliyyəti daha da yüksək formada təşkil ediləcək”.

Avropa Şurası Parlament Assambleyası komitəsinin "rüşvət qalmaqalı” məsələsini ortaya atıb Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiya tətbiq etməsinin Azərbaycanla Avropa Şurası arasında münasibətlərin kəsilməsinə gətirəcəyi gözlənilmir. Bunu Azərbaycan hakimiyyətinin təmsilçilərinin açıqlamalarına, Milli Məclisdə ötən həftə keçirilən müzakirələrdəki çıxışlara əsaslanmaqla söyləyə bilərik.

Səməd Seyidovun həmməruzəçi kimi fəaliyyətinin dayandırılması və yerinə seçki keçirilməsi isə sözügedən sanksiyadan sonra zərurətə çevrilib. Bəs AŞ PA-da Seyidovu kim əvəzləyə bilər? Habelə, Seyidovun Serbiya üzrə həmməruzəçi yerinə Azərbaycan nümayəndə heyətinin üzvünün seçilməsi şərtdirmi?

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, Səməd Seyidovun Serbiya üzrə həmməruzəçi yerinə məhz Azərbaycandan olan deputatın olması kimi qayda, tələb yoxdur: "AŞ PA-nın istənilən ölkədən olan deputatı həmməruzəçi seçilə bilər.

Azərbaycan nümayəndə heyətinin üzvlərindən də kiminsə həmməruzəçi seçilməsi mümkündür. Əgər həmin şəxs həmməruzəçi seçilmək üçün standartlara cavab verən adamdırsa, seçilə bilər. Həmməruzəçinin mütləq nümayəndə heyəti sədri olması şərti yoxdur".

"Avropa Şurasının sanksiya tətbiq olunan deputatın, o cümlədən Səməd Seyidovun, ümumiyyətlə nümayəndə heyətinin tərkibindən çıxarılması, başqası ilə əvəz olunması tələbini irəli sürməsi mümkündürmü?” sualına Fazil Mustafa belə cavab verdi: "Bəli, bu ola bilər”.

Xəbər 3622 dəfə oxunub






Oxşar xəbərlər

Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı
Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - nonsens
Ərdoğan Putinə "S-500"-lərin birgə istehsalı təklif edib
Azərbaycanda 5 günlük Ramazan tətili başlayır
Əhalimiz pulunu bunlara xərcləyir – Siyahı
Prezidentdən yeni - Təyinatlar
Ramazanın sonuncu günüdür: dua, imsak və..
Gürcüstanda hökumət böhranı - Baş nazir istefa verdi
“Bu da cəhənnəmə - 15 iyun nə deməkdir?” – Aqil Abbas
BMT Baş Assambleyası Fələstini müdafiə edib - QƏTNAMƏ
DÇ-2018 başladı - Təqvimi
Bu gün “Son zəng”dir
Ağcabədidə tank əleyhinə minanın partladıcısı tapılıb
FED uçot dərəcəsini artırıb
Xoşqədəm Hidayətqızının şairəyə atdığı "BUMERANQ" özünə qayıtdı - ŞOK VİDEOMÜRACİƏT
Uşaq zorakılığına görə tutulan tərbiyəçi: “Çox peşmanam”
Qafqazın Şeyxi Ramazan təbriki yaydı - MƏTN
Sabiq müdafiə naziri istintaqa çağırılıb - Ermənistanda
Tramp prezident İlham Əliyevə məktubu göndərib
Dövlət borcumuz 17 MİLYARDI keçdi
İlham Əliyevdən Ramazan bayramı TƏBRİKİ
6 minə yaxın müəllim işlədiyi yeri dəyişmək istəyir
Həddini bil Xoşqədəm - Nazilə Səfərli XƏBƏRDARLIQ edir -Video
Həmsədrlər Paşinyanla görüşüb
İlham Əliyev "rus canavar"la futbol oynadı - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10292] initstartout [0.00015] initstartin [0.00060] calstart [0.00733] calend [0.00043] topnewsend [0.00319] rsssend [0.00000] ehgend [0.00958] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08112]