"Qusqa"-nın “satdığı” AXCP üzvü azadlıqda…

  • 23 may 2018, 08:05

Mayın 9-da həbs edilən AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Mirfeyzulla Seyidov azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, mayın 22-də axşam saatlarında Nərimanov rayon məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Mirfeyzulla Seyidov hazırda öz evindədir. Bu barədə onun vəkil Cavad Cavadov məlumat verib.

Qeyd edək ki, Mirfeyzulla Seyidov barəsində mayın 10-da Nərimanov Rayon Məhkəməsi 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi. AXCP üzvü Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

O, səhhətinin ağır olması ilə əlaqədar azadlığa buraxılıb. Həbs edildiyi ilk gündən M.Seyidovun bir ay öncə Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən "Quska” ləqəbli biznesmen, keçmiş deputat Hüseyn Abdullayevin ifadəsi əsasında barəsində cinayət işi açıldığı iddiaları səslənir. Hətta "Quska”nın istintaqda onun ölkədən kənardan AXCP lideri Əli Kərimliyə gələn maliyyə vəsaitlərinə nəzarət etdiyini bildirdiyi deyilir.

Demokratik.Az

Oxşar xəbərlər