Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:34 - 25.05.2018  
Paşinyanı Şuşaya gətirən vertolyot niyə vurulmadı?
Tarix: 10-05-2018, 09:58 | Bölmə: Xəbərlər » Siyasət

Nikol Paşinyan baş nazir seçiləndən yarım gün sonra özü ilə bağlı Azərbaycandakı gözləntilərin üstündən qara xətt çəkdi – Qarabağa qanunsuz soxulmaqla.

Paşinyanı Şuşaya gətirən vertolyot niyə vurulmadı?Bu gəlişi ilə də bir gün əvvəl "Azərbaycanla danışıqlara hazıram” bəyanatının boş söz olduğunu, fəaliyyəti boyu sadəcə status-kvonun saxlanmasına çalışacağını namayiş etdirdi.

Ötən bir ay ərzində Ermənistanın "qəhrəmanı”na çevrilən Nikol Paşinyan vertolyotla Qarabağa uşdu, Xankəndidə keçirilən bayram mərasiminə qatıldı, Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı... Erməni mediasının yaydığı videokadrları izlədim, ürək ağrısı ilə... Kaftar Zori Balayan da daxil idi Ermənistandan gələn heyətə. Xocalıda türk uşaqların necə qətlə yetirildiyini yazıb, nəşr etdirən, Qarabağda separatçılığı alovlandıran "Ocağ”ın şərəfsiz müəllifi.


Daha sonra Ermənistanın baş naziri Qarabağın baş separatçısı Bako Saakyanla görüşdü. Erməni mətbuatı yazıb ki, Paşinyan "Qarabağ xalqı”nın (?) danışıqlarda iştirakını vacib sayıb.

Bu da Ermənistan hökumət başçısının Serj Sərkisyandan fərqli mövqe ortaya qoymayacağını bir daha təsdiq edən münasibətdir. Ermənistan 1994-cü ildən danışıqlar masasında Qarabağın tərəf kimi iştirakına çalışır, amma Bakı buna imkan vermir. İndi Nikol bu mövqeyi ilə nəyəsə nail olmağa çalışacağını zənn edir. Təbii ki, alınmayacaq. Bəlkə elə özü də bunu anlayır, sadəcə mənasız danışıqları daha 5-10 il uzatmağa çalışır. Məqsəd birdir: nə yolla olursa-olsun Qarabağla bağlı "nə hərb, nə sülh” vəziyyəti davam eləsin, təki nəsillər dəyişsin, sonda Azərbaycan Brayzanın vaxtilə təklif etdiyi kimi, "reallıqla barışsın".

"Bundan sonra daha 30 il gözləmək ona gətirib çıxaracaq ki, 60 il "müstəqil” yaşamış bir qurumu - hətta o, qondarma olsa da belə - biz heç vaxt yenidən Azərbaycanın tərkibinə qaytara bilməyəcəyik. Çünki dünya da bunu qəbul etməyəcək və biz Qarabağı həmişəlik itirəcəyik. Necə ki, indi Zəngəzurdan, İrəvan şəhərindən danışırıq, Qarabağdan da o cür danışacağıq. Ona görə də borcumuzdur ki, biz daha cəsarətli, düşünülmüş və ağıllı bir qərar qəbul edək…”


Paşinyanı Şuşaya gətirən vertolyot niyə vurulmadı?

 



Bu fikirləri deputat Qüdrət Həsənquliyev "Yeni Müsavat”a deyib. Kifayət qədər ciddi xəbərdarlıqdır. Kaş ki, deputatın əmək haqqı ilə bağlı təklifləri qədər də onun Qarabağ təklifləri, Milli Məclisdə Qarabağla bağlı xüsusi müzakirənin keçirilməsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə hərəkətə keçilməsi barədə təklifləri geniş ictimai müzakirəyə çıxarılaydı. Axı, deyirik Qarabağ bizim ən böyük dərdimizdir. Millət vəkili statusunda olan şəxs son 30 il ərzində ilk dəfə Qarabağı azad etmək üçün unikal şansın yarandığını deyib. Lakin reaksiya yoxdur... 

Təkcə bu da deyil. Nikol Paşinyan Xankəndinə, oradan da Şuşaya gəlib, Azərbaycana diktə etməyə çalışıb, buna cəmiyyət olaraq təpkimiz hiss olunmur. Amma televiziyanın xanım aparıcısı çaşıb "torpaqlarımızı azad edəcəyik” əvəzinə, "torpaqlarımızı işğal edəcəyik” deyib və tökülüşmüşük onun üstünə. Belə olmamalıdır! Özümüz(ünkülər)ə qarşı çox qəddarıq. Düşmənin cinayətini görməzdən gəlirik, soydaşımızın səhvini bağışlamırıq.


Nə isə...Əslində Paşinyan Qarabağa gəlməyə peşman olmalıydı. Necə ki, son bir ay ərzində Ermənistan rəsmiləri Azərbaycan ordusunun Qarabağ istiqamətində fəallaşdığı barədə xəbərlər, videokadrlar yayırdılar, gərək onların bu xəbərlərini gerçək edəydik. 

Heç rəsmi qurumların bu xəbərləri təkzibinə də ehtiyac yox idi. Mən öz torpağımı azad etmək istiqamətində cəhdimi niyə gizlətməliyəm ki? Paşinyanı gətirən vertolyot, lap elə onun endiyi ərazi hədəfə alınmalı idi, xəbərdarlıqdan sonra. Paşinyan baş nazir seçiləndən dərhal sonra "sabah Qarabağa gedəcəyəm” dedi. Biz susduq, rəsmi dairələr hərəkətə keçmədi, həmsədr ölkələrə, bizə nağıl danışan beynəlxalq təşkilatlara müraciətlər edilmədi, "Paşinyanın vertolyotunu vuracağıq” xəbərdarlığı edilmədi. 

Görəsən, niyə? Bəlkə Paşinyan rəsmi şəxsdir, ona görə vertolyotu vurulmadı? Bəs, 1991-ci ilin 20 noyabrdında məhv edilən bizim dövlət xadimlərimiz kimlər idi?!

Paşinyanı Şuşaya gətirən vertolyot niyə vurulmadı?


Xatırlayırsınız, aprel döyüşlərində Azərbaycanın müdafiə naziri Xankəndinin hədəfə alına biləcəyi barədə xəbərdarlıq etmişdi, düşmən və havadarları necə təşvişə düşmüşdülər. Yaxud Serj Sərkisyan demişdi ki, Xocalı aeroportuna uşan təyyarənin ilk sərnişini olacaq. Arzusu gözündə qaldı, çünki Bakı "vurulacaq” xəbərdarlığını etdi. Beynəlxalq qurumlar da hərəkətə keçib Ermənistan hakimiyyətini qandırdılar ki, bunun axırı yaxşı olmaz.

Nikol Paşinyanın Şuşada İrevan küçələrindəki kimi sərbəst dolaşmasına izn verilməməliydi! Bununla da onun gözünün odunu almaq, İrevanı danışıqlarda ölçülü-biçili davranmağa vadar etmək olardı. 

Rəsmi Bakı Paşinyana "Qarabağa gəlsən, danışıqlardan birtərəfli qaydada imtina edəcəyik” xəbərdarlığını etməli idi. Təəssüf ki, bu, baş vermədi. Əvəzində Azərbaycan XİN-ə müraciət edən əcnəbi jurnalistlərə Qarabağa getmək izni verilib. Düzdür, Bakı ərazi bütövlüyünə hörmət edilməsini tövsiyə edib, jurnalistləri işğal altındakı ətraf Rayonlara da getməyə, həqiqətləri yazmağa çağırıb. Bəlkə də həqiqətlərimizin yayılması baxımından, ya Bakıdan icazə aldıqlarına görə bu qərara normal yanaşmaq olar. Amma fakt budur ki, jurnalistlər Paşinyanın brifinqində iştirak üçün Bakıdan icazə istəyiblər.

Paşinyanı Şuşaya gətirən vertolyot niyə vurulmadı?


Bakı bəyan etməliydi ki, bu "baş” Nikol gedib jurnalistləri öz xarabasında başına yığsın, nə qədər istəyir çərənləsin, daha Qarabağda nə ölümü var?! Paşinyan bütün davranışları ilə Azərbaycanı savaşa çəkdi - may döyüşünə...Kəsəsi, aprel döyüşünü xatırlatmaq üçün Azərbaycana şans verdi. Biz sussaq, dünya yanlış anlayacaq. Bizim sərt qərarımız olsa, indi həmsədrlər ən azı yerbəyerdən "vəziyyətdən narahatıq” deyəcəkdilər. Amma indi bizə baxıb, onlar da susur...

Xəbər 3161 dəfə oxunub






Oxşar xəbərlər

“AST Telman”ın obyektləri hərraca çıxarıldı
Hadi Rəcəbli sayıqladı: “Mənim toxunulmazlıq hüququm var”
Azərbaycanda yeni xidmət yaradıldı - Sərəncam
Neftçalanın polis rəisi özünə yeni balıq vətəgəsi alıb
Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi
Ermənilər 3 min yəhudini qətlə yetirib - İsrailli ekspert
Braziliya millisinin düşərgəsinə dron buraxılıb
Azərbaycanda investisiya fondu yaradıla bilər
Fransanın XİN naziri Azərbaycana gələcək
"Bakı gözəli 2018"də dava: Saçyoldu (VİDEO)
Oqtay Əsədov sabah Gürcüstana səfər edəcək
Əfv sərəncamı ilə 8 qadın azadlığa buraxılıb
Atatürk hava limanı park olacaq
Qızını fahişə roluna çəkən ustad: Türkan Şoray
Həbs edilmiş icra başçısı təcridxanada ölüb? - AÇIQLAMA
MİLYONLARINI KAZİNOLARDA “YUYAN” AZƏRBAYCAN MƏMURLARI - Şok faktlar
Səməd Seyidovu AŞPA-da kim əvəzləyəcək
“Rusiyanın ən varlı varisi” Vahid Ələkbərovun oğludur
Gənc sahibkarlara pul veriləcək
Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılır
Əfv sərəncamının icrasına başlanılıb
Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə
Gəncədə avtomobil piyadanı vurub
3500 illik tarixi olan məzarı açdılar və… – FOTOLAR
Ronaldinyo eyni vaxtda iki qadınla evlənir – FOTO
ULDUZ FALI – 25 may
Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı
Sabirabadda “Belarus“ markalı traktor yanıb
Bakıda keçiriləcək oyunların tarixi bilindi - Avro-2020
"Jurnalisti yerə yıxıb, üstündə oturub..." - CİNAYƏT İŞİ
Azərbaycan Putindən də təbrik aldı
İlham Əliyevi sevməmək üçün səbəblər…
200 manatlığa ehtiyac var idimi? Ekspert açıqladı
Prezident əfv imzaladı - 634 nəfər azadlığa - TAM SİYAHI
Tramp Azərbaycan Prezidentinə təbrik yazdı
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş
Məhşur futbolçu 9 milyon avro cərimələnib
Ailələrin dağılmasında facebook-un günahı...
İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...
FALINIZA BAXIN! - 24 may
Zöhrə Abdullayevanın oğlu vəfat etdi – FOTO
2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
İlahiyyat İnstitutuna bina ayrıldı
Elladadan cəsarətli və seksual paylaşım – FOTO
Ronaldo sevgilisi ilə belə dincəlir – Foto
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14234] initstartout [0.00016] initstartin [0.00098] calstart [0.01200] calend [0.00064] topnewsend [0.00374] rsssend [0.00000] ehgend [0.03292] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09114]