Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:42 - 19.01.2020  
Qarabağ danışıqlarında yeni dönəm: zaman kimə işləyir?
Tarix: 2-05-2018, 10:00 | Bölmə: Xəbərlər » Siyasət

Ermənistandakı siyasi böhranın nəticələri sülh prosesində özünəməxsus izlər qoyacaq; politoloqlardan maraqlı şərhlər...

2018-ci ilin daha bir ayı arxada qaldı. Qarabağ məsələsi isə, hələ ki, Ermənistandakı daxili siyasi durumdan, daha dəqiqi, hakimiyyət böhranından asılı olaraq qalır. Aydın məsələdir ki, işğalçı ölkədə yeni baş nazirin seçilməsi də tezliklə sülh danışıqlarının bərpası anlamına gəlməyəcək. Çünki adətən təzəcə hakimiyyətə gələn siyasilər "problemə girmək”, komanda formalaşdırmaq bəhanəsi ilə müəyyən zaman istəyirlər.

Zaman isə gedir və hər itirilmiş ay, sözsüz ki, sülh anlaşmasını deyil, müharibəni yaxınlaşdırır. Bəs düşmən ölkədə daxili siyasi təlatümlər Qarabağ danışıqlarına müsbət və ya mənfi planda nə vəd edir?

Hələlik suala birmənalı cavab vermək mümkün olmasa da, iki amilin prosesə öz real təsirini saxlayacağını əminliklə söyləmək olar: onlardan biri Rusiya faktorudursa, digəri erməni ictimai şüurunda son hadisələrdən dolayı Dağlıq Qarabağ konflikti ilə bağlı yaşana biləcək dəyişiklikdir.

Ancaq belə görünür ki, ermənilərin yeni hökuməti də Moskvadan möhkəm yapışmaq niyyətindədir. Eyni zamanda düşmən toplumun Qarabağ məsələsinə yanaşmasında ənənəvi maksimalist mövqeyindən uzaqlaşacağı inandırıcı görünmür. Xüsusən də son hadisələrdən sonra erməni cəmiyyətində sanki Qarabağla bağlı da eyforiya artıb. Hərçənd, politoloqların bu xüsusda gözləntiləri elə də üst-üstə düşmür. O sırada erməni təhlilçilər proseslərin bundan sonrakı inkişafını Rusiyasız təsəvvür etməyə ehtiyatlanırlar.      

*****

"Hərbi-strateji planda Ermənistanda heç kim alternativ fikir söyləmir - hamı eyni fikirdədir. İqtisadi planda isə, əlbəttə ki, problemlər var. Ermənistan Avrasiya Birliyi ölkələri ilə əlaqələri inkişaf etdirməyə çalışır. Rusiya ilə ümumi sərhədin olmaması üzündən biz iqtisadiyyatımızı şaxələndirməliyik. Məhz buna görə də keçən il Ermənistan Avropa Birliyi ilı saziş imzaladı. Biz həmçinin hazırda problemlər yaşadığımız qonşularla əlaqələrimizi inkişaf etdirməliyik. Bu bizim ölkəmizin inkişafına kömək edərdi”.

"Yeni Müsavat”ın məlumatına görə, bunu "Vestnik Kavkaza” nəşrinə açıqlamasında erməni iqtisadçısı, Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan işğalçı ölkədəki son hadisələrin səbəb-nəticələrindən danışarkən bildirib. Onun sözlərinə görə, artıq hakimiyyətdən getməkdə olan Sərkisyan rejiminin idarəçiliyi dövründə situasiya acınacaqlı olub. "Hazırda Ermənistan regionda ən kasıb ölkədir. Ermənilər öz tarixləri boyu heç vaxt belə kasıb olmayıblar. Bu adamlar ölkəni gör hansı vəziyyətə gətirdilər”, - deyə o, acı təəssüf hissi ilə əlavə edib.

*****

Ancaq ermənilərin regionda ən kasıb ölkə olmasının tək səbəbi Sərkisyan rejimi deyil. Daha önəmlisi 30 ildir həll olunmayan Qarabağ münaqişəsidir  - hansı ki, yüzdə yüz yeni hökumətin də əsas problemi olaraq qalacaq. Çünki bu problem yoluna qoyulmadan Ermənistan qarşısında duran ağır iqtisadi-sosial problemlər aradan qalxa bilməz. Bunu kim bilməsə də, erməni iqtisadçı-ekspert, keçmiş bankir Asatryan yaxşı bilməlidir. Onu da bilməmiş deyil ki, iki mühüm qonşu - Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafı üçün də Qarabağ ixtilafının çözülməsi şərtdir. Öncə rəsmi İrəvan Ankara və Bakı ilə münasibətləri normala salmaq, sərhədlərin açılması, blokadanın götürülməsi barədə düşünməlidir. Düşünəcəkmi?

"Türkiyə və Ermənistanın əlaqələri əsas etibarilə əvvəlki kimi davam edəcək”. "Yeni Müsavat” xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl axar.az-a açıqlamasında işğalçı ölkənin Türkiyə ilə münasibətlərinin perspektivinə toxunarkən deyib.

Onun sözlərinə görə, Paşinyanın baş nazir seçilməsi ilə Türkiyədə 2009-cu ildə imzalanmış Sürix protokollarının yenidən müzakirəyə çıxarılması Ermənistan tərəfindən imkansızdır: "Çünki Ermənistanın Konstitusiya Məhkəməsi bu protokolların konstitusiyaya uyğun olmadığı üçün maddələrini dəyişib və dolayısı ilə ləğv edib. Yəni bu məsələ ona görə artıq bağlanıb. Ermənistan birtərəfli olaraq protokolların keçərli olmadığını bildirib. Bu protokollar hələ də Türkiyə Böyük Millət Məclisində gündəmdədir. Amma Ermənistan tərəfi ləğv etdiyi üçün bu gün bu, hər hansı əhəmiyyət daşımır. Ona görə də belə bir hadisənin baş verəcəyini düşünmürəm”.

Politoloq Ermənistan tərəfindən aparılan siyasətdə milliyyətçilik əsas aparıcı qüvvə olduğu üçün Paşinyanın Ermənistan siyasətinə yeni nəsə gətirəcəyini düşünmür. "Ermənistanın Konstitusiyasında hələ də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu məsələləri birmənalı şəkildə qeyd etməliyik ki, Ermənistan Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkənə də oxşamır. Digər tərəfdən, İrəvan Qars və Moskva anlaşmalarını da rəsmi olaraq tanıdığını bəyan etməyib. Yəni Türkiyəyə qarşı ərazi iddiaları davam edir. Ermənistan həmçinin bu gün Azərbaycan torpaqlarının 20%-ni işğal edib və atəşkəs rejimi olmasına baxmayaraq, cəbhədə tez-tez gərginlik yaratmaqdan çəkinmir”, - deyə o qeyd edib.

Politoloq yeni dönəmdə Türkiyə və Azərbaycan arasında yaxın vaxtlarda hərbi-strateji müttəfiqliyin gündəmə gələ biləcəyini real sayır: "Əlbəttə ki, Azərbaycan və Türkiyə arasında hərbi sahədə də çox ciddi anlaşma lazımdır. Ermənistan ən yaxın müttəfiqi olan Rusiya ilə çox ciddi hərbi razılaşmalara imza atıb. Eyni zamanda KTMT çərçivəsində o, Rusiya ilə müttəfiqdir. Rusiya ayrıca bir anlaşma imzalayaraq, üçüncü ölkənin Ermənistana hücumu zamanı işbirliyi məsələsini də gündəmə gətirib. Düşünürəm ki, yeni prezidentlik dönəmlərində prezident Ərdoğan və prezident Əliyev bu məsələləri müzakirə edəcəklər”.

Qarabağ danışıqlarında yeni dönəm: zaman kimə işləyir?

*****

"Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh prosesində irəliləyiş üçün imkanlar açır”. Bu fikri isə məşhur alman politoloqu Aleksandr Rar deyib (virtualaz.org). Politoloq daha sonra Qarabağ münaqişəsinin Serj Sərkisyan hakimiyyətinin siyasətinin əsasını təşkil etdiyini xatırladaraq deyib: "Sərkisyanın komandası hakimiyyətə Qarabağ dalğasında gəldi və əhaliyə ”Qarabağ bizimdir" deməkdən başqa heç nə təklif edə bilmədi. Ermənistanın yeni hakimiyyəti Avropa liberal dəyərlərini bu və ya digər dərəcədə irəli çəkməyə məcbur olacaq. Əks təqdirdə inqilabdan sonra Sərkisyanın istefası ilə Ermənistan əhalisinin həyatında, ümumiyyətlə, heç nə dəyişməyəcək. Yeni hakimiyyət xarici siyasət kursunu Qərbə tərəf dəyişdirməyi bacarmayacaq".

Ekspertə görə, Ermənistan bir neçə səbəbdən Rusiyanın hərbi və iqtisadi asılılığından çıxa bilmir: "Amma inqilabdan sonrakı dövrdə erməni xalqına dəyişikliklər lazımdır. Və belə dəyişikliklər daxili siyasətdə ola bilər. Məsələn, məhkəmə islahatı, işlərə müstəqil məhkəmələrdə baxılması təminatı, iqtisadiyyatın liberallaşdırılması və s. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında İrəvanın nisbətən praqmatik yanaşmasına gətirib çıxara bilər”.

Alman politoloq danışıqlar prosesi ilə bağlı proqnozlarında da optimistdir: "Əgər prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin rəhbərliyi ilə görüşündən sonra Qarabağ münaqişəsində sülhün əldə olunması yolunda görünməmiş irəliləyişə nail olunsa, təəccüblənmərəm”.

Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanda daxili siyasi vəziyyəti yeni hökumətin nə qədər möhkəm olacağından asılı olacaq. "Adətən rəngli inqilabların qələbəsindən sonra dünənki müttəfiqlər tezliklə düşmənlərə çevrilirlər və vətəndaş qarşıdurmasının növbəti burulğanı başlayır”, - deyə o sonda vurğulayıb.

*****

Bu, yerli və əcnəbi politoloqların proqnozlarıdır. Ən güclü politoloq isə, əlbəttə ki, zamanın özüdür. Artıq Ermənistanın xeyrinə işləməyən zaman...

Siyasət şöbəsi

Xəbər 5141 dəfə oxunub






Oxşar xəbərlər

Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü
Bakıda Ermənistan konfetləri satılır - FOTO
153 “qəhrəman... - “BANK STANDARD”I müflis edənlərin ŞOK SİYAHISI
35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi
Suares dörd ay futbol oynamayacaq
Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər
Nərminin qatil hadisəni kameraya da çəkib
İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı - Sərt danışdı

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31944] initstartout [0.00017] initstartin [0.00072] calstart [0.00913] calend [0.00062] topnewsend [0.00378] rsssend [0.00000] ehgend [0.03468] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26965]