Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:18 - 18.09.2019  
12 may Qarabağ mitinqi: Akif Nağı meriyadan narazıdır
Tarix: 2-05-2018, 09:28 | Bölmə: Xəbərlər » Siyasət

QAT sədri: "Axı nə deyib aksiyaya icazə verməyəcəklər?”

12 may Qarabağ mitinqi: Akif Nağı meriyadan narazıdırXəbər verildiyi kimi, Qarabağ Azadlıq Təşkilatı, həmçinin bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri Qarabağ mitinqi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. QAT mətbuat xidmətindən "Yeni Müsavat”a verilən məlumata görə, müraciətdə mitinqin mayın 12-də "İnşaatçılar” metrostansiyası yaxınlığındakı "Məhsul” stadionunda keçirilməsinə şərait yaradılması meriyadan istənilir.

Mitinqdə "Qarabağa azadlıq!”, "Ya Qarabağ, ya ölüm!”, "Ya Qarabağı azad et, ya kənara çəkil!”, "Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, "Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarların səsləndiriləcəyi bildirilib.

Mitinqə hazırlıq gedirmi? Hansı işlər aparılır? Mitinq keçiriləcəyi halda qatılım səviyyəsi necə ola bilər?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Yeni Müsavat”a bildirdi ki, mitinqə bütün istiqamətlərdə hazırlıq davam edir. Sosial şəbəkələrdə, canlı yayımlarda geniş təbliğat aparılır. Təşkilat komitəsinin üzvləri Camal Əhmədov, Vaqif Əlisoy və digər döyüşçülər köşkünlərlə mütəmadi görüşlər keçirir. Mitinqə ciddi maraq var: "Hər yerdən dəstək xəbərləri gəlir. Avropa və Amerikadan həmin gün mitinqin tələblərinə dəstəklə bağlı aksiyalar keçirmək istədiklərini bildiriblər. Hakimiyyətin mitinqə icazə verəcəyinə ümidlərimiz çoxdu. Bir də axı nə deyib verməyəcəklər? Mitinqə icazə verilməməsi Qarabağın taleyinə biganə yanaşıldığı fikrini cəmiyyətdə yarada bilər. Məncə, icazə verməlidirlər və məcburi köçkünlərə, qaçqınlara mane olmamalıdırlar ki, gəlib mitinqdə sərbəst iştirak etsinlər. Mitinqin tələbində hakimiyyətə qarşı heç nə yoxdur. Biz tələb edirik ki, Qarabağı azad edin, qayıdaq öz yurdumuza. Burda hakimiyyət nədən çəkinməlidir? Əksinə, bütün ədalətsiz dünyaya çatdırmalıdır ki, xalq Qarabağı tələb edir”.

A.Nağı qeyd etdi ki, mitinqə qatılacaq adamların sayı ilə bağlı diskussiyalara, bu məsələyə qapanmağa ehtiyac yoxdur:"Çünki bu mitinq məqsəd deyil, məqsədimizə, yəni Qarabağın azadlığına nail olmaq üçün vasitələrdən biridir. Adamlar Qarabağ mitinqinə məncə kifayət qədər çox gələcək, amma az gələcəklərsə, onu da faciəyə çevirməyə ehtiyac yoxdur. Bu mitinq bütün Qarabağsevərlərin mitinqidir. Amma qaçqınlar daha fəal iştirak etməlidirlər. Biz belə hesab edirik ki, Qarabağ hər bir azərbaycanlının yurdudur, ona görə də ”yurdumuza qayıdaq" deyəndə hər bir azərbaycanlının ora qayıtmasını nəzərdə tuturuq".

Mitinqdə siyasi təşkilatların iştirak etməsi məsələsinə gəldikdə, QAT sədri dedi ki, siyasi və digər qüvvələrə mitinqlə bağlı ümumi müraciəti mətbuat vasitəsilə ediblər: "Bir daha müraciət edirik ki, mitinqdə iştirak etsinlər. Bu, ümummilli bir məsələdir, burda hamı dəvətli-dəvətsiz iştirak etməlidir. Xüsusi bir dəvətə ehtiyac yoxdur. Biz Bakı Şəhər İcra Hakimiyyətini qınayırıq ki, Qarabağ mitinqi ilə bağlı müraciətimizə bu günə qədər nə üçün icazə verməyib. Eyni zamanda bütün partiyalardan soruşuruq: nə üçün bu günə qədər mitinqlə bağlı aydın bir mövqe ortaya qoymurlar. Partiyaların rəhbərliyi nə üçün demirlər ki, bütün üzvləri ilə birlikdə mitinqə gələcəklər? Axı bu, Akif Nağının, Camal Əhmədovun mitinqi deyil, hamının mitinqidir”.

Xəbər 5159 dəfə oxunub






Oxşar xəbərlər

TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.69182] initstartout [0.00024] initstartin [0.00140] calstart [0.02925] calend [0.00074] topnewsend [0.00731] rsssend [0.00000] ehgend [0.03552] tagsstart [0.01437] tag-initendin [0.00000] initendout [0.00087] weathend [0.00000] end [0.60204]