Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:38 - 19.01.2020  
“Lavrov gedir, Qarabağ qayıdır" - Kremlin ssenarisi
Tarix: 27-04-2018, 09:19 | Bölmə: Xəbərlər » Siyasət

Ermənistanla bağlı "həqiqət anı” yaxınlaşır; Ermənistandakı olaylar Rusiyanı iki seçimdən birinə itələməkdədir; Azərbaycan Moskva üçün regionda əvəzedilməz tərəfdaşa çevrilə bilər, əgər...; rusiyalı analitikdən sensasiyalı iddia və proqnozlar...

“Lavrov gedir, Qarabağ qayıdır" - Kremlin ssenarisi

 

Ermənistanda hakim rejimə qarşı kütləvi hərəkat ikinci həftədir ki, fasiləsiz davam edir. Xunta başçısı Serj Sərkisyanın baş nazir postundan istefa verməsi ilə ilkin hədəfinə çatan müxalif hərəkat, gözlənildiyi kimi, artıq onun tam məntiqi sonluğa çatmasına, hərəkat lideri, qərbyönlü siyasətçi hesab edilən Nikol Paşinyanın baş nazir təyin olunmasına və Respublika Partiyasını əsas hakimiyyət rıçaqlarından məhrum edilməsinə çalışır. O üzdən hakim qüvvə də dirəniş göstərir.

 

Ölkədə vəziyyət kritik olaraq qalır. Hər an qan tökülə bilər, çünki prosesləri Rusiya da diqqətlə izləyir və işğalçı ölkənin onun nüfuz və təsir dairəsindən uzaqlaşıb Qərbə sarı getməsində maraqlı deyil.

*****

Bəs, tutaq ki, Paşinyan baş nazir oldu, bundan sonra proseslər necə inkişaf edəcək? Ermənistanın taleyi, Kremlin taktikası necə olacaq, rus-erməni əlaqələrini, ən önəmlisi, Dağlıq Qarabağ məsələsini hansı perspektiv gözləyir?

Rusiyalı tanınmış analitik və tarixçi-alim Oleq Kuznetsov bu xüsusda hadisələrin iki mümkün inkişaf ssenarisinin ola biləciyini düşünür. "Yeni Müsavat”ın məlumatına görə, bu haqda o, rusdilli vesti.az saytındakı məqaləsində yazıb.

"Birinci variant - inqilabi variant. Serj Sərkisyan öz postunu olduqca bacarıqlı təşkil edilmiş və Amerikayönlü müxalifətin idarə elədiyi xalq kütləsinin görünməmiş təzyiqi altında tərk elədi. Mənfi iqtisadi balansa malik bir ölkə üçün belə kütləvi narazılıq tam qanunauyğundur. Odur ki, heç bir kiçik zəmanət belə yoxdur ki, Sərkisyanın istefasından sonra mitinqlər azalmağa üz tutacaq. Etirazların təşkilatçıları və onların arxasında duran xarici sponsorlar indi əllərində effektli və əla təsir göstərən daxili siyasi təzyiq alətinə malikdir”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, mitinq kütləsi  qarşısında artıq bir dəfə sınan iqtidar ikinci dəfə də sına bilər və tələb edilən konkret siyasətçinin baş nazir olması ilə razılaşar: "Bax, onda, necə deyərlər, ”həqiqət anı" başlayacaq və hamı anlayacaq ki, konkret olaraq hansı xarici sponsor Ermənistanda hakimiyyət dəyişikliyini təşkil edib və maliyyələşdirib".

Politoloq ardınca ikinci mümkün ssenaridən yazıb: "İkinci variant - konstitusiya variantıdır, ancaq az ehtimallıdır: həftə sonu üçün mitinq etirazları səngiyir və hazırda dövlət başçısı vəzifələrini yerinə yetirən Karen Karapetyan baş nazir seçilir - hansı ki, bütünlüklə Rusiyanın adamıdır. Onun namizədliyi Rusiyanın, Azərbaycanın və hətta Türkiyənin maraqlarına da cavab verir, nədən ki, hazırkı erməni siyasətçiləri arasında o, ən praqmatik, ən az siyasiləşən biridir, danışıqlara meyillidir və ideoloqlardan azaddır. Karapetyanın hakimiyyət zirvəsində təsdiqlənməsi isə onun hərəkat liderləri ilə nə dərəcədə dil tapmasından asılı olacaq”.

Rusiyalı analitikə görə, hazırda Ermənistan Rusiya və ABŞ-ın geosiyasi, hətta geostrateji maraqlarının toqquşduğu meydandır: "Ermənistanda hakimiyyətə Amerikayönlü qüvvənin gəlməsi təkcə Rusiyaya yox, İrana da ciddi mənəvi zərbə olacaq. Yaddan çıxarmaq olmaz ki, İrəvanda sayca ikinci böyük səfirlik ABŞ-a məxsusdur və onun bu ölkədə təsiri çox böyükdür. Odur ki, mənə birinci ssenari daha real görünür, nəinki ikinci”.

*****

Demək, Ermənistanda Rusiyanın "quyruğu”nun tapdanması ehtimalı güclüdür. Nəzərə alsaq ki, işğalçı ölkədə iki Rusiya hərbi bazası, üst-üstə 5 minə yaxın rus hərbçisi var, Ermənistanın Türkiyə və İranla sərhədlərini ruslar qoruyur, bütövlükdə Ermənistan Moskva üçün bölgədə yeganə hərbi qaladır, o zaman Kremlin reaksiyasını çox gözləmək lazım gəlməyəcək. Bu reaksiya necə olacaq?

“Lavrov gedir, Qarabağ qayıdır" - Kremlin ssenarisi

 

 

Oleq Kuznetsov: "Tamamilə mümkün ehtimal kimi Rusiya təsirinin Ermənistandan vurulub çıxarılması obyektiv olaraq Kremlin Güney Qafqaz siyasəti üçün iki ciddi nəticə doğuracaq: birincisi, erməni lobbisinin Rusiyadakı daxili siyasi proseslərə təsiri kəskin şəkildə azalacaq. Bu isə Rusiya hakimiyyətində iki əsas erməni lobbistinin - Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və xarici işlər naziri Sergey Lavrovun vəzifədən getməsi ilə nəticələnə bilər.

İkincisi, Azərbaycan Cənubi Qafqaz məkanında Rusiyanın mehriban qonşuluq münasibətlərində olduğu yeganə ölkə kimi qalacaq və Kremlin Cənubi Qafqazda kiminlə dostluq eləməklə bağlı seçimi qalmayacaq. Bu halda ehtimal olduqca böyükdür ki, Moskva Azərbaycanı öz ərazilərini işğaldan azad eləməyə və "Arsax” terrorçu-qondarma dövləti məhv eləməyə stimullaşdıracaq. Bunun ardınca isə Moskva-Bakı-Ankara regional təhlükəsizlik üçbucağı qurulacaq və Güney Qafqaz, nəhayət ki, sabitliyə və təhlükəsizliyə qovuşacaq".

*****

Bunlar, əlbəttə ki, bir tanınmış rusiyalı tarixçi və analitikin proqnoz və gözləntisidir - hansıların ki, reallıqla əlaqəsi kifayət qədər güclü görünür. Onların nə dərəcədə gerçək olacağını isə, yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Hər halda Ermənistandakı proseslər öz finalına doğru gedir...      

Siyasət şöbəsi,
 /"Y.M”/

Xəbər 3300 dəfə oxunub






Oxşar xəbərlər

Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü
Bakıda Ermənistan konfetləri satılır - FOTO
153 “qəhrəman... - “BANK STANDARD”I müflis edənlərin ŞOK SİYAHISI
35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi
Suares dörd ay futbol oynamayacaq
Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər
Nərminin qatil hadisəni kameraya da çəkib
İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı - Sərt danışdı

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35631] initstartout [0.00023] initstartin [0.00103] calstart [0.01300] calend [0.00085] topnewsend [0.00566] rsssend [0.00000] ehgend [0.01021] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32436]