Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:14 - 21.02.2019  
İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
Tarix: 24-04-2018, 12:31 | Bölmə: Xəbərlər » Siyasət

2005-ci ildə ölkəmizdə hər hansı "rəngli” və ya "rəngsiz inqilablar” dövrü başa çatdı, ölkə siyasi sabitlik yoluna kurs götürdü; prezident Azərbaycanı Avropa Birliyi və Qərbdə "Putinin SSRİ”si adlandırılan Avrasiya İttifaqına ona görə üzv etmədi ki...

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunəAzərbaycanda və Ermənistanda eyni ayda seçkinin keçirilməsi, eləcədə iki ölkədə seçkisonrası yaranmış bir-birindən ciddi fərqli situasiyanı təhlil etmək üçün tarixi fürsət yaranıb. Adətən Azərbaycanın peşəkar  mediası heç bir halda ölkəmizi Ermənistanla müqayisə etməməyə çalışır ki, bu ənənə illərdir bu cür davam edir. Amma indi sanki bir tarixi fürsət ələ düşüb ki, bunu həm iqtidar telekanalları, həm mediası, həm də politoloqlar lazımınca dəyərləndirir. Məsələn, "Azərbaycan” qəzeti bu günlərdə səhifələrində bir tərəfdə siyasi sabitliyin hökm sürdüyü Azərbaycandan, digər tərəfdə isə xaosa sürüklənən Ermənistandan iki-üç effektli şəkil dərc etmişdi. Buna şərh yazmamaq da olardı, şəkli, dilindən və irqindən asılı olmayaraq, hamı müqayisə edə bilər...

Bakı və İrəvan küçələrində seçkisonrası yaranmış situasiyada, əlbəttə ki, fərqli cəhətlər var. Əvvəla, Ermənistanda xalq nə yeni prezident Armen Sərkisyanı, nə də köhnə prezident Serj Sərkisyanı seçki məntəqəsinə gedərək ölkə rəhbərliyinə  seçməyib. Etirazçı kütlə parlamentdən görəv almış Sərkisyanları qəbul etmir və Ermənistanda siyasi hakimiyyət böhranı yaranıb. Böhran artıq o dərəcədə inkişaf etdi ki, özünün pik həddinə çatdı və Sərkisyan istefa verməyə məcbur qaldı. Lakin bu cür yekun da Ermənistandakı qarşıdurma və gərginliyi azaltmayacaq.

Azərbaycanda isə seçkinin nəticələri elan olunduqdan sonra narazılıq yaranmayıb, prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edib, yeni hökuməti də əsas etibarilə formalaşdırıb.  Sərkisyanın istefasından sonra Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki iqtidardan yalnız bir adam getməyib - "Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub. Bu da o deməkdir ki, Ermənistanda klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma "DQR” ilə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək.  ..        

Azərbaycanda seçkinin vaxtının önə çəkilməsinə verilən siyasi şərhlərin, o cümlədən də rəsmilərin açıqlamalarının ana xəttini "xarici qüvvələrin məkrli planlarını önləmək” təşkil edirdi. Seçkinin oktyabrda olacağı təqdirdə Azərbaycanda da indi İrəvan küçələrini xatırladan mənzərə yaranacağını demək olmazdı. Çünki İlham Əliyev hakimiyyəti 2003-cü ildən bəri ölkənin siyasi sabitliyinə qarant kimi çıxış edir və 2005-ci il parlament seçkiləri ərəfəsi  planlaşdırılan "narıncı inqilab” iki nazirin və daha bir neçə məmurun həbsi ilə nöqtələnmişdi.

İlham Əliyev hakimiyyət üzərində eksperimentləri heç vaxt yaxına buraxmayıb, baxmayaraq ki, xüsusilə 2005-ci il parlament seçkilərində Qərb müxalifətə 25 deputat "yeri almaq” üçün ciddi təzyiqlərə başlamışdı. Amma nəticə etibarilə 2005-ci ildə Azərbaycanda hər hansı "rəngli” və ya "rəngsiz inqilablar” dövrü başa çatdı və ölkə siyasi sabitlik yoluna kurs götürdü.

Bundan sonrakı illərdə də Azərbaycanda siyasi proseslərə kənardan müdaxilə cəhdləri oldu. Xüsusilə bəzi hallarda siyasi məhbus və demokratiya adı altında pərdələnmiş beynəlxalq institutlar ölkəyə kənardan "demokratiya ixracı”na həvəsləndilər. Amma bu dəfə də İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutu kimi təşkilatların Azərbaycanda fəaliyyətləri dayandırıldı.

Avropa Birliyinin (AB) keçmiş sovet respublikaları üçün hazırladığı "Şərq Tərəfdaşlığı” proqramı da Rusiyanın qonşularına cəlbedici plan kimi düşünülmüşdü. Ukrayna bu saziş səbəbindən cəhənnəmə döndü və hələ də Avromeydanın ağrılarını sarıyır. Moldovada da assosiativ saziş imzalandıqdan sonra ciddi parlament-prezident böhranı yaşanmaqdadır. Bu günlərdə Ermənistan parlamentində ratifikasiya olunan assosiativ saziş də erməni hakimiyyəti üçün düşərli olmadı.            

İlham Əliyev isə AB ilə münasibətlərdə həm ölkədaxili müxalifətin, həm Avropa Parlamentinin iradlarına baxmayaraq, fərqli siyasətə üstünlük verdi. Azərbaycan assosiativ saziş deyil, AB ilə ikitərəfli əlaqələri ehtiva edən sənədlə bağlı  danışıqlara başladı. Bu danışıqlar hələ də davam edir və həm rəsmi Bakı, həm Brüssel bu əməkdaşlıq formatından   məmnundur.

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

İlham Əliyev bəzi hallarda Avropa paytaxtlarında hətta "antidemokratik idarəçilik” ittihamları ilə qarşılaşsa da, Azərbaycanı dünyada baş verən həm iqtisadi böhrandan, həm "ixrac olunan demokratiya” bəlasından böyük siyasi bacarıqla keçirə bildi, ölkənin siyasi-iqtisadi sahədən müstəqil qərarlar vermək hüququnu kimsəyə güzəştə getmədi.

Prezidentin, Rusiya ilə strateji müttəfiqlik siyasətinə baxmayaraq, Azərbaycanı Qərbdə "Putinin SSRİ” si adlandırılan Avrasiya İttifaqına da üzv olmadığına isti baxmadığını xüsusi qeyd etmək lazım gəlir. Rusiya Avropadan fərqli olaraq bu cür məsələlərdə "pəncə” göstərməyi sevir, bəzi hallarda buna həm açıq, həm diplomatik cəbhələrdən cəhdlər olur. İlham Əliyev isə Azərbaycanı kimsəyə "yedirtmədi”, siyasi sabitliyin təminatı üçün iqtisadi bazalar yaratdı və bunu həyata keçirdi. İndi Ermənistan demokratları təkcə demokratiya istəmirlər, həm də çörək davası edirlər. Hər iki Sərkisyan getsə belə, ölkəni düzəltmək çox çətin olacaq...    

Prezident İlham Əliyevin həm seçki dövründə, həm də ondan sonrakı açıqlamalarına diqqət etsək, yaxın 7 ildə də siyasi və iqtisadi müstəqilliyin qırmızı xətlə keçdiyini görmək olar. Həm Ukraynada bitib-tükənməyən siyasi qarmaqarışıqlıq, həm Ermənistan olayları İlham Əliyevin ölkədə də bəzi kiçik qruplar tərəfindən qəbul edilməyən siyasi kursunun doğru istiqamətdə irəlilədiyini göstərir.

Son seçkidə Azərbaycan siyasi sabitlik kursuna səs verdi və xalq bunu qiymətləndirir. Azərbaycan hakimiyyətindən hamı razı deyil, problemlər var və olacaq. Amma xalq siyasi sabitliyi sosial problemlərdən daha üstün görür və bu siyasəti dəstəkləyir. İlham Əliyevun uğur formulunun qısa izahı budur...

"Yeni Müsavat”

Xəbər 1928 dəfə oxunub






Oxşar xəbərlər

Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17377] initstartout [0.00015] initstartin [0.00084] calstart [0.01310] calend [0.00060] topnewsend [0.00462] rsssend [0.00000] ehgend [0.00869] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14504]