Yeni Baş nazirimiz danışdı: “Söz verirəm ki...”

  • 21 apr 2018, 13:33

Milli Məclisdə Prezident İlham Əliyevin təqdimatı ilə Baş nazir postuna namizədliyi təsdiqlənən Novruz Məmmədov çıxış edib.

Yeni Baş nazir əvvəlcə ona göstərilən etimada görə prezidentə xüsusi təşəkkür edib və eyni zamanda o, Milli Məclisə minnətdarlığını bildirib.  

N.Məmmədov deyib ki, Azərbaycan bu illər ərzində dünyada ən iri layihələri həyata keçirib. Bütün sahələrdə böyük uğurlara imza atıb.

"Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində dünyaya çox böyük töhfələr verib” - deyən N.Məmmədov beynəlxalq sahədə qazanılan uğurları sadalayıb.

Yeni Baş nazir sonda bildirib: "Hörmətli deputatlar, sizə, ilk öncə Azərbaycan prezidentinə söz verirəm ki, qarşımda qoyulan vəzifələrin məsuliyyətini dərk edib, əlimdən gələni edəcəyəm. Siz hamınız mənim dostumsunuz. Xoş sözlərininizə görə təşəkkür edirəm. Bir daha başda Oqtay müəllim olmaqla, sizə öz minnətdarlığımı bildirirəm. Azərbaycan prezidentinə bir daha bu şərəfli vəzifəyə layiq bildiyi üçün təşəkkür edirəm”.

Spiker O.Əsədov sonda bir daha yeni Baş nazirə uğurlar arzuladı: "Ümid edirəm ki, işlərimizi uğurla quracağıq. Bir daha təşəkkür edirəm, sizə uğurlar arzulayıram”.

Bundan sonra parlamentin iclası öz işini yekunlaşdırıb.

Demokratik.Az

Oxşar xəbərlər