Azərbaycan Prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək

  • 19 apr 2018, 19:12

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

"Report” xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

Səfərin aprelin 25-də baş tutacağı bildirilir. Azərbaycan Prezidentinin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırmla görüşü nəzərdə tutulub.

Oxşar xəbərlər