Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:37 - 18.11.2018  
İki nüfuzlu beynəlxalq təşkilatdan prezidentə məktub gəldi
Tarix: 16-04-2018, 08:18 | Bölmə: Xəbərlər » Siyasət

MSK seçkilərə yekun vurdu; Əli Həsənov: "Yalnız bir təşkilatın qərəzli rəyi heç nəyi dəyişmir...”

İki nüfuzlu beynəlxalq təşkilatdan prezidentə məktub gəldiAprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edilib. Protokol MSK üzvlərinin hamısı tərəfindən imzalanıb. MSK səsvermənin ümumi yekunlarına dair protokolun seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir. Bu isə o deməkdir ki, ən geci aprelin 25-dək Konstitusiya Məhkəməsi seçkinin yekunları ilə bağlı qərar verəcək. 

İclasdakı çıxışında MSK sədri Məzahir Pənahov deyib ki, MSK prezident seçkiləri ilə əlaqədar seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədin statusunu dəyişdirəcək qərarlar verilməyib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.
Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev isə 0,74 faiz və səs toplayıb. MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs isə etibarsız sayılıb.

İki nüfuzlu beynəlxalq təşkilatdan prezidentə məktub gəldi

MSK-nın iclasında məlumat verilib ki, prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib. 
M.Pənahov bildirib ki, seçkilərdə namizədlərə bərabər şərait yaradılıb. Namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər. Burada hər hansı çətinlik olmayıb.

O, həmçinin deyib ki, prezident seçkilərini dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri də izləyib: "Prezident seçkilərini 61 təşkilat və 59 dövlətdən 894 beynəlxalq müşahidəçi, 58 min 175 yerli müşahidəçi izləyib. Bu, seçkilərə yüksək marağın olmasını təsdiqləyib. Müşahidəçilər MSK-nın seçkiləri hazırlayıb keçirilməsini yüksək dəyərləndirib. Seçkilərdə ikisi beynəlxalq təşkilatlarla birgə olmaqla, 4 təşkilat tərəfindən ”exit-poll" keçirildi. Həm şəhərlərdə, həm də kəndlərdə tək səhər deyil, hətta günortadan sonra seçicilər növbədə dayanmışdı. Bunu müşahidəçilər də xüsusi qeyd edirdilər. Nəticədə seçkilərdə 74 faizdən artıq seçici fəallığı qeydə alındı".

MSK sədri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının prezident seçkilərində pozuntuların olduğu barədə açıqladığı ilkin rəyin də münasibət bildirib. Qeyd edib ki, MSK buna münasibətini həm yazılı şəkildə, həm də görüşlərdə kəskin şəkildə bildirib: "Demişik ki, Azərbaycan Avropanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Azərbaycanda insanlar gördüklərini vizual şəkildə yerləşdirirlər. Bu, bizə xoş gəlməsə də, dünyaya nümunə olacaq bir haldır. Onların bizi təqdim etdiyi səviyyəni dünya qəbul etmir, sivil dünya bizi yüksək səviyyədə qəbul edir. Seçkilərdə xoşagəlməz addımlar atmaq istəyən insanlar da ola bilər. Azərbaycanda seçkinin səviyyəsi ən inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğundur. Onlar bizi məcbur edirlər ki, fikir bildirək. Azərbaycan xalqı onların fikirləşdiyi xalq deyil, biz Azərbaycan xalqına hörmət tələb edirik. Bu seçki onların xoşuna gələn ölkələrdə keçirilsəydi, axşama qədər təbliğ edərdilər. Bizə təsir edən odur ki, niyə bizə layiq olmadığımız standartlar tətbiq olunur? Ortaya qoyduqları sənədə baxanda görürük ki, missiyanın özü seçki müşahidə missiyasından daha çox başqa missiyaya xidmət edən qurum kimi görünür”.

MSK sədri seçkilərdə təxribatların qarşısının alınmasında roluna görə hüquq-mühafizə orqanlarına və veb-kameraların fasiləsiz məntəqələrdən görüntü ötürməsini təmin etdiyi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkür edib. 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə Xəzər Televiziyasına müsahibəsində deyib ki, seçkilərdə müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın qərəzi rəyi heç nəyi dəyişmir. Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önündə demokratik və şəffaf şəkildə keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir. Bu prezident seçkiləri demokratikliyi və təkmilliyi baxımından indiyədək ölkədə keçirilmiş ən yaxşı seçkidir: "Bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri, həm də seçkidən sonra Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi sübut edir. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilərin və media nümayəndələrinin rəyləri də bu yönümdədir. Yalnız bir təşkilatın mənfi rəydə olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir. Həmin təşkilatda fəaliyyət göstərən ekspertin hazırlanan rəyin reallığı əks etdirməməsini bəyan etməsi də hesabatın qərəzli olduğunun sübutdur. Bu, bir daha göstərir ki, onların məqsədi heç də seçkini müşahidə edib, ona obyektiv münasibət bildirmək olmayıb”.

Əli Həsənov bildirib ki, seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün həm MSK, həm də qanuni öhdəliyi olan dövlət qurumları vəzifəsinin öhdəsindən layiqincə gəlib. Avropa Şurasının Baş katibi Torbyorn Yaqland isə srağagün Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində Avropa Şurasının baş katibi Azərbaycan prezidenti ilə işləməyə hazır olduğunu qeyd edib. 

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Təbrik məktubunda Tusk bildirib: "Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm. Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək. Mən, həmçinin regionda sabitlik və rifah kimi ümumi məqsədlərimizə nail olmaq, Avropa İttifaqının iştirakını və dəstəyini daha da gücləndirmək məqsədilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək naminə Sizinlə fəaliyyətimizin davam etməsini səmimiyyətlə arzulayıram”.

"Yeni Müsavat”

Xəbər 1570 dəfə oxunub






Oxşar xəbərlər

Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
Sarkisyan Qarabağdan danışdı
Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetindədir
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!
Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində olub
Ötən ay Ukraynadan Azərbaycana 13 min tona yaxın şəkər ixrac edilib
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13788] initstartout [0.00013] initstartin [0.00066] calstart [0.00774] calend [0.00039] topnewsend [0.00347] rsssend [0.00000] ehgend [0.02656] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09841]