“QALİB İLHAM ƏLİYEVDİR, AMMA…” – SƏRDAR CƏLALoğludan ETİRAZ

  • 13 apr 2018, 10:42

"Səmimi şəkildə deyirəm ki, seçkinin qalibi, faktiki nəticələrə görə, İlham Əliyevdir. Onun qələbəsinə kölgə salmaq Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Mən uduzmuşam deyə, durum cığallıq edim?”

Bu sözləri prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu seçkinin nəticlərini Azadlıq radiosuna şərh edərkən deyib.

"Formal nəticələrlə faktiki nəticələr arasında çox böyük uyğunsuzluq var. Rəqəmlər şişirdilib, – ilkin nəticələrə görə, seçkidə təxminən 3 faiz səs aldığı bildirilən Sərdar Cəlaloğlu bildirib.

Seçkidən öncə 30-40 faiz səs alacağını proqnozlaşdıran Cəlaloğlu məğlubiyyətində müxalif qüvvələri suçlayır. O, seçkidən öncə efirdə bir sözlə narazı elektoratı öz tərəfinə çəkə biləcəyini də bildirmişdi. İndi isə deyir ki, müxalifətin onu dəstəksiz buraxacağını, hakimiyyəti buraxıb onu tənqid edəcəyini gözləmirmiş: «Seçicini çaşdırdılar, guya, mənimlə Qüdrət Həsənquliyev arasında fərq yoxuymuş… Həm revanşsız qüvvələrin, AXCP ilə Müsavatin mənim əleyhimə apardığı təbliğat, həm narazı elektorata yetərincə əlimin çata bilməməsi, həm də seçkilərdə istifadə etdiyim resurslar o qədər məhdud idi ki… Amma mən gözlədiyimdən artıq nəticə əldə etmişəm. Təsəvvür edin ki, Qüdrət Həsənquliyev seçkiyə 50 min manat xərcləyib, mən 2-3 min manat. Üstəlik, bunlar deputat kimi ilboyu xalqla təmasda olublar, boğazdan yuxarı da olsa, xalqın maraqlarının müdafiəçisi kimi çıxış ediblər. Mənsə 5 ildə üst-üstə cəmi bir saat televiziyada xalqın qarşısına çıxmışam. Yəni uduzmağımın obyektiv səbəbləri var”.

S.Cəlaloğlu iddia edir ki, bəzi məmurlar özlərini yaxşı göstərməkdən ötrü rəqəmləri şişirdərək seçkiyə müdaxilə ediblər: "Qalib İlham Əliyevdir. Amma digər namizədlər arasında səs bölgüsü siyasi konyunkturadır. Niyə bu rəqəmləri yazıblar namizədlərin qabağına? Özləri daha yaxşı bilir. Bu rəqəmləri siyasi dilə çevirəndə iqtidarın mesajı ortalığa çıxır. Mən dördüncü yerdəyəm. Mənə münasibət başqa cür olmamalıydı ki…”

Oxşar xəbərlər