Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:56 - 20.09.2018  
"Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?" - “The Washington Times” yazır
Tarix: 10-04-2018, 17:52 | Bölmə: Xəbərlər » Siyasət

"The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu "Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc olunub.

"Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?"APA-nın xəbərinə görə, yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək:

"Mayın 28-də Rusiya İmperiyasının süqutundan sonra yaranmış, lakin 2 il sonra sovet ordusu tərəfindən işğal edilmiş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi keçiriləcək. Müasir Azərbaycan ilk müstəqil ölkənin varisidir və onun suverenliyinin qorunması Cənubi Qafqaz və ətraf regionlarda təhlükəsizliyin açarıdır. 1991-ci ilin oktyabrında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan müxtəlif regionlar arasında körpüyə, həmçinin Avropa, Rusiya, Mərkəzi Asiya, Orta Şərq və ABŞ üçün vacib olan enerji və nəqliyyat mərkəzinə çevrildi. Azərbaycan Avropanın Mərkəzi Asiyaya çıxışının mərkəzində yerləşir və NATO-nun Əfqanıstandakı hərbi əməliyyatları üçün vacib nəqliyyat və uçuş zonasıdır. Yeni inkişaf etdirilmiş nəqliyyat dəhlizləri ilə Azərbaycan Çinlə Avropa arasında yerləşən İpək yolunda mərkəzi mövqeyə malik olacaq”.

Yazıda xatırladılır ki, 1994-cü ildə "Əsrin Müqaviləsi” imzalandı və BP-nin rəhbərliyi ilə xarici neft şirkətləri konsorsiumu Azərbaycanın Xəzər dənizindəki neft yataqlarını inkişaf etdirmək üçün hasilatın pay bölgüsü razılaşmasına daxil oldu, bununla da ölkə neft ixracını qərb istiqamətinə yönəltdi: "Bu, xarici güclərin ölkəyə təsirinin balanslaşdırılması və bununla da təhlükəsizliyin təmin edilməsi istiqamətində müttəfiqlərin axtarılması və Qərbdə önəmli bir mövqe qazanmaq baxımından strateji seçim idi. Azərbaycan Amerika biznesi üçün cəzbedici yer olub. "Exxon”, "Unocal”, "Amoco”, "Chevron”, "McDermott”, "Halliburton” və "Boeing” kimi Amerika şirkətləri müstəqillik dövründə əlverişli iqtisadi mühitdən yaralanaraq burada milyardlarla dollar qazanıblar. "AmCham” (American Chamber of Commerce in Azerbaijan) bu şirkətlərin nümayəndələrinin Azərbaycana bir neçə dəfə səfərlərini təşkil edib və yerli bizneslə əməkdaşlığı dəstəkləyib. Gələn il Azərbaycan Gürcüstan, Türkiyə, Balkan yarımadasından keçməklə Xəzər dənizindən İtaliyaya kimi uzanan Cənub Qaz Dəhlizini istifadəyə verərək ilk təbii qazının Avropaya daşınmasına başlayacaq. Bununla da Avropanın qaz təminatçılarının diversifiklasiiyasına mühüm töhfə verəcək. Cənub Qaz Dəhlizini formalaşdıran 3 nəhəng boru xəttinə 40 milyard investisiya Azərbaycan hökumətinin strateji görüşü və ilk növbədə BP olmaqla, biznes tərəfdaşlarının sadiqliyi sayəsində mümkün olub. Cənubi Qafqazda Azərbaycanın qaz təminatı Gürcüstanın enerji müstəqilliyini təmin etmək və ümumilikdə birbaşa regional təhlükəsizliyə töhfə vermək üçün son dərəcə vacibdir”.

Məqalədə diqqətə çatdırılır ki, 1990-cı ildən bu yana Azərbaycanın Dağlıq Qarabağ regionu ilə bağlı Ermənistanla gedən müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altında qalmaqda davam edir: "Azərbaycanın qaçqın və məcburi köçkünlərinin sayı bir milyondan çoxdur. 25 ildir münaqişənin həll edilməsi və ərazilərin Bakı yurisdiksiyasına qaytarılması ilə bağlı beynəlxalq vasitəçilik uğursuzluqla nəticələnib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını təsdiq edən 822, 853, 874 və 884 saylı 4 qətnamə hələ də həyata keçirilməyib. Cənubi Qafqazın Avropa üçün strateji mərkəzə çevrildiyi bir vaxtda yaxınlıqda yerləşən və Orta Şərqdən Mərkəzi Asiyaya kimi uzanan dəyişkən regionun təhlükəsizliyi üçün Dağlıq Qarabağ münaqişəsində beynəlxalq vasitəçilik daha vacib olmağa başlayır. Azərbaycan torpaqlarının geri qaytarılması, məcburi köçkünlərin evlərinə qaytarılması, hər il baş verən toqquşmalar zamanı hər iki tərəfdən çox sayda əsgər və dinc vətəndaşların öldüyü regionun demiltiarizasiyası prosesinin başladılması ilə beynəlxalq aktorların, xüsusilə ABŞ və Aİ-nin həll üçün təzyiq etməsinin vaxtı çatıb. Azərbaycan heç bir həbi təşkilata qoşulmayıb. Bu siyasət xarici aktorlar arasında nüfuz mübarizəsindən qorunmaq üçün qəbul olunub. Azərbaycan heç bir regional hərbi strukturlara qoşulmadan Rusiya ilə səmimi münasibət saxlayır.

Azərbaycan həmçinin Xəzər və Qara dəniz hövzələrində stabilləşmə üçün Aİ və NATO ilə əməkdaşlığı formalaşdırıb. Azərbaycan hökuməti demokratik cəmiyyət qurmaq tələbi ilə ölkənin təhlükəsizliyi, suverenliyi və iqtisadi inkişafında balans yaratmağa çalışır. İnsan haqları təşkilatları demokratiyanın məhdudlaşdırılması və jurnalistlərin sıxışdırılması ilə bağlı ölkə rəsmilərini tənqid edib. Daha vacib Qərb dəstəyi almaqla, Azərbaycan söz azadlığı və plüralizmin demokratik inkişafın təməl daşı olacağını nümayiş etdirə biləcək. Və əksinə olaraq, Azərbaycan öz daxili nailiyyətlərini qeyd edə bilər. İlk dövləti qadınlara ilk dəfə səsvermə hüququ verməklə Azərbaycan bu sahədə ilkə imza atıb və qadınlara və kişilərə bərabər siyasi hüququ verən ilk müsəlman ölkəsi olub. Qadınlar müasir Azərbaycanın həyatının hər bir mərhələsində vacib rol oynayır. Dünyəvilik bünövrə kimi bu ölkədə qorunub saxlanılır və müsəlmanların əksəriyyət təşkil etdiyi digər ölkələr üçün bir modeldir. Ərazisində uzun müddət həll olunmamış münaqişənin olduğu və regional terrorizm və islam radikalizmi təhlükəsi ilə qonşu ölkələr arasında böhranın davam etdiyi bir regional mühitdə Bakının ilkin məqsədi milli müstəqilliyi və regional stabilliyi qorumaq olmalıdır. Prezident seçkiləri Azərbaycan vətəndaşlarına hökumətin nailiyyətləri ilə bağlı mövqe bildirmək imkanı verəcək”.

Xəbər 2068 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11955] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00709] calend [0.00039] topnewsend [0.00347] rsssend [0.00000] ehgend [0.02114] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08628]