Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:32 - 28.01.2020  
Sarkisyan getdi, Sərkisyan gəldi – İrəvanda absurd andiçmə
Tarix: 10-04-2018, 09:09 | Bölmə: Xəbərlər » Siyasət

Ermənistan yeni idarəçilik sisteminə keçdi; erməni xalqının problemləri isə yerində qalır; narazı əhali hakim klana "ayaqları ilə” etiraz edərək ölkədən gedir...

Sarkisyan getdi, Sərkisyan gəldi – İrəvanda absurd andiçməDünən Ermənistanın 4-cü prezidenti Armen Sərkisyanın formal andiçmə mərasimi keçirilib. Ona görə "formal” ki, martın 2-də ilk dəfə parlament tərəfindən prezident seçilən A.Sərkisyan sələfləri kimi ölkədə böyük səlahiyyət yiyəsi olmayacaq. Heç Ali Baş Komandan da o olmayacaq. Əsas səlahiyyətlər yeni baş nazirdə olacaq. Armen Sərkisyanın seçkidə alternativsiz olması, sübhəsiz, həm də bununla bağlı idi.

Tezliklə Ermənistanın yeni baş naziri də bəlli olacaq. Konstitusiyaya görə, köhnə hökumət buraxılmalı, təzəsi formalaşmalıdır. Gözlənilir ki, yeni baş nazir postunu artıq keçmiş prezident sayılan Serj Sərkisyan tutacaq.

*****

Beləliklə, işğalçı ölkə dünəndən etibarən rəsmən parlamentli üsul-idarəyə keçid elədi. Ancaq bu keçid erməni xalqına nə verəcək? 30 ildir həlli uzanan Qarabağ məsələsi, nəhayət, yoluna qoyulacaqmı, blokada rejimi aradan qalxacaqmı? Ölkədə səfalətli həyat bitəcəkmi, ildən-ilə güclənən kütləvi köç necə, səngiyəcəkmi?

Bu sualların hamısının cavabı təbii ki, neqativdir. Ən azı, ona görə ki, Ermənistanda prezidentin adı dəyişsə də, hakim kriminal və talançı rejim, iqtidardakı "Qarabağ klanı” yerində qalır. Demək, erməni xalqının iztirabları da davam edəcək - bu dəfə parlamentli idarəçilik altında.

*****

Sonuncu qənaəti erməni nəşrləri və ekspertləri də bölüşür, bu haqda SOS siqnalları verirlər. Məsələn, "Yeni Müsavat”ın məlumatına görə, armenianreport.com saytı ölkədə yeni idarəçiliyə transformasiya ərəfəsində hökm sürən ağır sosial-iqtisadi duruma həsr elədiyi təhlili məqalədə hakim rejimi göydən yerə vurub, onun apardığı iqtisadi siyasəti faş edib.         

"Bu gün Rusiya Federasiyasında yaşayan ermənilərin sayı artıq Ermənistan Respublikasında yaşayanları üstələyir. Rusiyada ermənilərin sayı 3.5 milyona yaxındır. Özü də onların sayı təkcə ermənilərin ənənəvi kompakt yaşadığı Moskva, Şimali Qafqaz və ya Krasnodar diyarı hesabına deyil, həm də Ermənistan hesabına artır - insanlar öz ”ayaqları ilə" səs verməkdə davam edirlər. Ermənistanın özündə isə əmək qabiliyyətli və siyasi yetkin elektorat və qoca-uşaqlar da daxil olmaqla, çoxdan 3 milyondan da az əhali qalıb. Təhlükəli tendensiya ortadadır", - deyə məqalədə bildirilir.

Müəllifə görə, Ermənistan əhalisinin sayının azalmasına gətirən belə miqrasiya prosesinin əsas səbəbi ölkədə həyat səviyyəsinin aşağı düşməsi, işsizlikdir: "Hakimiyyət nümayəndələrinin verdiyi gümrahlaşdırıcı bəyanatlar reallıqla kəskin ziddiyyət təşkil edir. Vəziyyətin, nəhayət, yaxşıya dəyişməyəcəyinə əmin olan adamlar heç də yaxşı güzərandan yurd yerlərini tərk eləmirlər. Bugünkü Ermənistanda təsadüfi qazanc yeri yox, məhz ləyaqətli məvaciblə ləyaqətli iş tapmaq olduqca müşkül məsələdir! İnsanlara isə hansısa yolla sabaha sağ çıxmaq, öz ailəsini dolandırmaq, uşaqlarının təhsil haqqını qarşılamaq, həkimin xidmət haqqını ödəmək, ”qara günə" bir şey saxlamaq və s. lazımdır. Odur ki, ölkədən çıxıb gedirlər".

Məqalədə daha sonra deyilir: "Ermənistanın indiki rəhbərliyi tərəfindən seçilmiş dövlət idarəçiliyi sistemi əsla ölkənin sosial-iqtisadi inkişafına kömək etmir, əksinə, böhranlı halları önləməyi ciddi şəkildə qəlizləşdirir. Lənətə gəlmiş ”keçid dövrü" - hansı ki, postsovet ölkələrinin müasir bazar iqtisadiyyatına mərhələli transformasiyası belə adlandırılır -  həddən artıq uzandı. Buraxılan səhvlərin xoşagəlməz nəticələri indi göz deşir".

Müəllif ardınca Sərkisyanın prezidentliyi dövründə dövlət borcunun 4.5 dəfə artdığını xatırladaraq yazır: "Əgər o prezident olan ildə - 2008-də dövlət borcu 1.5 milyard dollar və ya ÜDM-in 13%-i həcmində idisə, 2017-ci ilin yekununa görə, artıq 7 milyarda yaxınlaşır ki, bu da ÜDM-in 55%-i deməkdir. Və borc getdikcə böyüyür. Bu fonda keçmiş prezident Robert Köçəryanın varidatı 5 milyard dollardan çoxdur. Serj Sərkisyanın isə hələlik 3 milyardı var. Demək, Köçəryana çatmaq lazımdır”.

*****

Sadalanan rəqəmlərə bəzi başqalarını da əlavə eləmək olar. Misal üçün, Serj Sərkisyanın 10 illik prezidentliyi dövründə ölkədə yoxsulluq və miqrasiya da xeyli artıb. Əgər 2008-ci ildə yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə, 27.6 faiz idisə, hazırda 30 faizdən çoxdur. Müstəqil ekspertlər isə bu səviyyənin 50 faizə çatdığını deyirlər. Rəsmi rəqəmlərə əsasən, ölkədə inflyasiya 2.7 faiz, müstəqil iqtisadçılara görə isə 21 faizdir.

10 ildə Ermənistanı ildə təxminən 38 min nəfər olmaqla 380 min nəfər tərk edib. Eks-prezident Robert Köçəryanın dövründə bu göstərici nisbətən aşağı olub - ildə 20-25 min nəfər. Həmçinin Ermənistandan miqrasiyanın səviyyəsi Sərkisyanın dövründə 2016-cı ildə ən yüksək həddə çatıb - 48 200 nəfər. Aydındır ki, səbəb həm də həmin ilin aprelində Ermənistan ordusunun ağır zərbə almasıdır.   

İndi belə göstəricilərə malik, hakimiyyəti korrupsiyalaşan, yetərli insan resursundan məhrum və ordusuna ciddi çağırışçı problemi yaşayan, ən əsası, regionun "izqoy ölkəsi”nə çevrilmiş Ermənistan Azərbaycanla silahlanma yarışında ayaqlaşa, böyük müharibə apara bilərmi?

Cavab özlüyündə aydındır. Məsələ bundadır ki, işğalçı ölkə bugünkü ağır siyasi-iqtisadi bataqlıqdan, sosial-siyasi böhrandan idarəçilik formasını dəyişməklə yox, yalnız yanlış Qarabağ siyasətini dəyişməklə çıxa bilər. Yoxsa Armen yox, Vartan da gəlsə, yaxud Serj də (Sərkisyan) getsə, vəziyyət düzələn deyil. Ermənistan batmaqda davam edəcək...         

Siyasət şöbəsi,

"Y.M"

Xəbər 3044 dəfə oxunub






Oxşar xəbərlər

Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29503] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00916] calend [0.00056] topnewsend [0.00384] rsssend [0.00000] ehgend [0.00586] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27407]