"Türkiyə Qarabağ məsələsində Rusiyaya təsir etməlidir"

  • 04 apr 2018, 23:49
Qərbin Rusiyaya qarşı sanksiyalarının Dağlıq Qarabağ məsələsinin həllinə müsbət ola bilərmi? Fikrimcə, bu günün ən aktual sullarından biridir. Son zamanlar dünya dövlətlərinin siyasəti getdikçə mürəkkəb xarakter almaqda dəvam edir. 
Mart ayının 4-də Rusiyanın keçmiş xəfiyyəsi Britaniya xüsusi xidmət orqanlarına cəsusluqda günahlandırılan Sergey Skripal və onun qızının Londonun Solsberi bölgəsində hərbi məqsədlər üçün istifadə edilən xüsusi maddən zəhərlənməsi Londonu birbaşa Rusiyani ittiham etməyə vadar etdi. Buna görə də hazırda həm Böyük Britaniya, həm də Qərb Rusiyanı kəskin təziqinə məruz qoymaqda davam edir. 
Rusiyanın durumu ağırdır. Çünki son qalmaqal onun Qərb dövlətləri ilə onsuz da mürəkkəb olan münasibətlərini bir az daha gərginləşdirib. Moskva bu vəziyyətdən çıxış yolları axtarır. Rusiya Qərbi boğaza yığdığından bu dövlətə qarşı hansı üsullardan mümkündürsə istifadə edirlər. Böyük Britaniya da daxil olmaqla ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqina üzv olan 15 ölkə Biritaniya Baş Kəşfiyyat İdarəsinin sabiq zabitinin zəhərlənməsi faktına görə "fürsət bu fürsətdi" deyib Britaniyanin yanında olmaq adı altında rus diplomatları ölkələrindən çıxartdı. Bu fürsətdən özü kimi ən böyük şəkildə istifadə edən həmişə olduğu kimi ABŞ oldu. 
Bu hadisənin Britaniyada baş verməsinə və bu ölkənin də 23 rus diplomatı ölkədən xaric etməsinə baxmayaraq ABŞ 60-a yaxın rus diplomatı agent adı altında sözün əsl mənasında ölkədən qovdu. Bu da ABŞ-ın Rusiyanın dünya arenasında siyasi hegemonluğunu və zəifləməkdə olan iqtisadiyyatını bir az da zəiflətmək istəyindən başqa bir şey deyildir. Düşünmürəm ki, bu qədər beyin mərkəzlərinin hiyləgərliyinə qarşı Rusiya nəsə edə bilsin.
Azərbaycanın Qərb və Rusiya qarşıdurmasında mövqeyi neçə olmalıdır? Biz bu qarşıdurmada rol almamayılıqmı? Bizi daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli maraqlandırır. Bizim hazırda Rusiyanın yanında olmağımız bizə hec də kömək olmaz əksinə, Dağlıq Qarabağ məsələsində beynəlxalq aləlin dəstəyi azala bilər. Bunula bərabər Qərb dövlətlərin yanında olmağımız da bizə yaxşı heç nə vəd etmir. 
Beləliklə, bizim bu münaqişədə bir seçim yolumuz, "balanslaşdırılmış siyasəti” davam etdirmək qalır. Bəs bu hadisələr bizə necə qazanc gətirə bilər? Bildiyimiz kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi sayılır. Əslində Moskva münaqişənin həllinə kifayət qədər maraq doğurmur, tam əksinə sözdə tərəfdaş adlandırdığı Azərbaycanın 20%-ni əlində saxlayan ölkəyə hec bir maddi qarşılıq gözləmədən hərbi texnilka, silah verməkdə davam edir. Bu yerdə onu da söyləmək lazımdır ki, Rusiya hər nə qədər bizə də silah satsada 2017-ci ildə satdığı bir cox silah növlərinin keyfiyyəti aşağı səviyyədə olması ilə bağlı müxtəlif xəbərlər var.
Hərbi sahədə Rusiya ilə əməkdaşlıq Azərbaycan üçün yalnız biznes Rusiya ücün isə biznes olmaqla yanaşı həmçinin siyasə təsir vasitəsidir. Bu prosesdə Türkiyənin roluna gəldikdə isə son günlərdə Suriyadan çıxmaq fikirlərini əsas tutaraq Türkiyə ilə razılaşmaq yolları axtarışında olan ABŞ-ın " Rusiyadan S-400-ləri alsanız biz də F-35-ləri satmarıq” fikiri belə Türkiyə-Rusiya əməkdaşlığını poza bilmədi. Rusiyada proseslərin mürəkkəbliyinin dərin olması Azərbaycan üçün şans ola bilər. 
Siyasi və zəifləyən iqtisadi bazasının daha da zəifləməsindən qorxan Rusiya ücün hal-hazırda bir ideal əməkdaş var, o da Türkiyədir. Buna görə də Rusiya martın 3-də şərtləri uzatmayaraq Türkiyədə ilk olacaq "Akkayu” nüvə stansiyasının inşasına razılıq verdi ki. Bu həm Rusiya, həm də Türkiyə üçün faydalı layihədir. 
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini ən çox istəyən tərəfdaş dövlətdir. Buna görə də biz Türkiyənin Rusiya ilə yaxınlığından istifadə edərək Moskvaya Qarabağ məsələsində təsirini artıracağını düşünürük. Ancaq hələ ki, Rusiyadan xoş addım görmürük. Məsələn Rusiyanın Xəzər donanmasını genişləndirib Azərbaycanla sərhəddə - Dağıstanda yerləşdirməsi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yarada bilər. Bir sözlə, siyasi proseslər öz dərinliyinin dinamikasını qorumaqda dəvam edir.
Vasif Hüseynov, 
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı
Oxşar xəbərlər