Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:42 - 19.01.2020  
SABİQ 3 NAZİR HAKİMİYYƏTƏ QARŞI BİRLƏŞİB? - detallar
Tarix: 3-04-2018, 09:09 | Bölmə: Xəbərlər » Siyasət

Üç sabiq nazirin xaricdəki narazı mühacirlərlə əlaqələri olduğu haqda iddialar var

SABİQ 3 NAZİR HAKİMİYYƏTƏ QARŞI BİRLƏŞİB? - detallarAzərbaycan hakimiyyəti xaricdən yönələn hücumların kimlər tərəfindən aparılması istiqamətində araşdırmalara başlayıb. Belə bir vaxtda hücumlara yön verənlərdən biri kimi baş nazirin sabiq birinci müavini, hazırda xaricdə yaşayan Abbas Abbasovun adı hallanmağa başlayıb. Onun adı rəsmi şəxslərin dilindən də neqativ planda hallanıb, müxtəlif tədbirlərdə hücumların Abbas Abbasov tərəfindən yönləndirilməsinə eyham vurulub.

Abbas Abbasovun adı ötən prezident seçkisi öncəsi hakimiyyətə qarşı planlarda mərkəzi fiqurlardan biri kimi hallanır. Məsələn, prezidentin köməkçisi Əli Həsənov bu günlərdə bildirmişdi ki, 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana qarşı təzyiqlər olub. O, xüsusi olaraq vurğulayıb ki, həmin qüvvələr yenidən aktivləşib.

Abbas Abbasovun həmin çevrənin öncüllərindən olması kimsəyə sirr deyil. İndiyə qədər bu haqda kifayət qədər yazılar dərc olunub. Onun 2013-cü ildə prezident seçkiləri öncəsi "Milyarderlər ittifaqı”nda hakimiyyətə qarşı fəaliyyətin yada salmaq kifayətdir. Baxmayaraq ki, Abbas Abbasov bu haqda yazılanların həqiqət olmadığını cidd-cəhdlə sübut etməyə çalışır. Bu məsələlərdə onun yaxın silahdaşı, keçmiş nəqliyyat naziri Ziya Məmmədov da yada düşür. Birgə biznes fəaliyyətləri, siyasi maraqları üst-üstə düşən fiqurlar olaraq Abbasovla Məmmədovun iqtidar komandasından dışlanması səbəblərindən biri də onların xariclə əlaqələrindən qaynaqlanırdı.

Yada salaq ki, Azərbaycanda vəzifələrini itirəndən sonra əvvəl Abbas Abbasov özü, ardınca isə oğlu Aydın Abbasov  ölkədən getdilər. Nəqliyyat naziri postundan uzaqlaşdırılan Abbasovun silahdaşı Ziya Məmmədovun oğlu Anar Məmmədov da ölkədən gedib. Aydın Abbasov Türkiyədə məskunlaşsa da, Rusiya ilə sıx əlaqələri haqda bilgilər var. Anar Məmmədovun isə İngiltərədə məskunlaşdığı deyilir. 2015-ci ildən onun ailəsi ilə birgə ölkədən getməsi xəbərləri dolaşır. Onun Azərbaycanda olarkən rəhbərlik etdiyi ailə şirkəti "Garant Holdinq”i   ərəblərə satması haqda da məlumatlar var.

Əllərində böyük maliyyə olan "vurulmuş” 2 məmurun övladlarının atalarına istənilən işdə dəstək vermələri  şübhə doğurmur. Müxtəlif mənbələr də bu iddiaların yaşamaq hüququnun olduğunu qeyd edirlər. Abbas Abbasovun oğlu Aydın Abbasovun Avropadakı mühacirlərin narazı kəsimi ilə əlaqələrinin olduğu deyilir. O cümlədən  Ziya Məmmədovun oğlu Anar Məmmədovun da hazırkı hakimiyyətdən çox ciddi narazılığının olması  barədə iddialar var. Bildirilir ki, Ziya Məmmədovun hakimiyyət komandasından uzaqlaşdırılması Məmmədov klanını çox qəzəbləndirib. Onlar hər fürsətdən istifadə edib Azərbaycan hakimiyyətinə badalaq vurmağa hazırdırlar.

İllər öncə Anar Məmmədov "Azərbaycan Amerika Alyans”ı yaradaraq Azərbaycan hakimiyyətinə lobbiçilik fəaliyyəti ilə dəstək verməsi görüntüsü yaratmağa nail olmuşdu. O dövrdə də hər kəsə bəlli idi ki, əslində Anar Məmmədov daha çox mənsub olduğu klanın lobbiçiliyini edir. Hazırda həmin fəaliyyət dövründə qazanılan təcrübədən Azərbaycan hakimiyyətinə qarşı istifadə edilməsi haqda bilgilər var.  Ümumilikdə Anar Məmmədov emosional, siyasi hesablamaları olmayan bir gənc kimi xarakterizə olunur. Erkən cavanlığı dövründə bir restoranda ayını kəsdirib kabab çəkdirməsi ilə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə gələn Anar Məmmədovun sonrakı addımları da diqqətdən kənar qalmadı. Donald Tramp ABŞ prezidentliyinə namizəd olarkən Anar Məmmədov tələm-tələsik özünün nəzarətindəki saytlarda yazılar dərc etdirməyə başladı. Həmin yazıların əsas qayəsi Məmmədovlarla Trampın, onun ailə üzvlərinin yaxınlığını ortaya qoymaq idi. Donald Tramp ABŞ prezidenti seçilər-seçilməz Anar Məmmədovun sifarişi ilə yayınlanan "şıltaq” məqaləsi atası, o dövrdə nazir olan Ziya Məmmədova böyük zərbə oldu. Oğul Məmmədovun emosional, tələskən davranışı atasının kreslosunun ixtisara salınması ilə nəticələndi.

Hazırda dünyanı idarə edən, xüsusilə Qafqaz regionunda toqquşan güc mərkəzləri ilə sıx əlaqələri olan Abbasovla Məmmədovun övladları hakimiyyətə qarşı addım ata bilərlərmi? 

Azərbaycan mühacirətinin narazı kəsimi ilə əlaqə qurub məlumat axınını təmin edə bilərlərmi? Əlbəttə ki, onlar hakimiyyətin mübhəmlərinə Eldar Mahmudov qədər bələd deyillər. Eldar Mahmudov 11 ilə yaxın hakimiyyətin içində olaraq elə bir struktura rəhbərlik edib ki, istəməsəydi belə, əlinin altına qalaq-qalaq informasiya toplanacaqdı.

Onu da Abbas Abbasov, Ziya Məmmədov kimi vurub hakimiyyət "gəmisi”nin göyərtəsindən kənar qoyublar. Mümkündür ki, Eldar Mahmudov da hazırda xaricdən səslənən, dilə gətirilən informasiyaların narazı mühacir kəsiminə axınını təmin edib. Onun özü kimi hakimiyyətdən narazı məmurlar Abbasov və Məmmədovla maraqlarının indiki mərhələ üçün birləşdirməsi də istisna deyil. 10 gün sonra prezident seçkiləri keçiriləcək və nəticədən asılı olmayaraq həqiqətlər də üzə çıxacaq.

"Yeni Müsavat”

Xəbər 3117 dəfə oxunub






Oxşar xəbərlər

Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü
Bakıda Ermənistan konfetləri satılır - FOTO
153 “qəhrəman... - “BANK STANDARD”I müflis edənlərin ŞOK SİYAHISI
35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi
Suares dörd ay futbol oynamayacaq
Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər
Nərminin qatil hadisəni kameraya da çəkib
İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı - Sərt danışdı

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30133] initstartout [0.00018] initstartin [0.00081] calstart [0.00952] calend [0.00050] topnewsend [0.00400] rsssend [0.00000] ehgend [0.00641] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27924]