Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:11 - 20.01.2020  
Hamını düşündürən sual: 11 apreldən sonra nə olacaq?
Tarix: 30-03-2018, 09:29 | Bölmə: Xəbərlər » Siyasət

Ölkə kadr dəyişiklikləri və islahatlar astanasında...

Hamını düşündürən sual: 11 apreldən sonra nə olacaq?Prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyevin yenidən növbəti müddətə prezident seçiləcəyinə əksər siyasətçilər və siyasi ekspertlər şübhə etmir.  Ona görə də bir çox siyasətçilər və politoloqlar diqqəti seçkidən çox, seçkidən sonraya yönəltməyi doğru sayırlar.

Seçkidən sonra proseslər necə olacaq, siyasi, iqtisadi, idarəetmə islahatlarına gediləcəyi gözlənilirmi?

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a öncə bildirdi ki, Azərbaycan bölgənin açar dövlətidir. Bundan başqa, "Azərbaycanı Avropanın Şərqə açılan qapısı” adlandırırlar. Bu baxımdan, Qərb ölkələrinin Azərbaycandakı siyasi proseslərə və prezident seçkisinə marağı böyükdür. Azərbaycanda siyasi sabitliyin davamı tərəfdaş ölkələr üçün də, xalqımız üçün də vacibdir. Azərbaycanda budəfəki prezident seçkisi keçmişdəki seçkilərdən fərqlənir: "Növbəti prezident ölkəyə 5 deyil, konstitusiya dəyişikliyinə görə, 7 il başçılıq edəcək. Yəni növbəti prezidentin müddəti 2025-ci ildə bitəcək. Bu 7 il Azərbaycan üçün vacib dövrdür, bu dövrdə cəmiyyətin əsas gözləntiləri bunlardır: siyasi sabitliyin davamı; Dağlıq Qarabağ münaqişəsinin həlli; iqtisadi islahatların sürətləndirilməsi; sosial təminatların və maaşların artırılması, insanların alıcılıq qabiliyyətlərinin yüksəldilməsi.

Hamını düşündürən sual: 11 apreldən sonra nə olacaq?

Azərbaycanda formalaşan siyasi sabitliyin önəmi böyükdür. Bu sabitlik iqtisadi inkişafın sürətində əhəmiyyətli rol oynayır. Məhz bu siyasi sabitliyin varlığıdır ki, Azərbaycan böyük regional layihələri reallaşdıra bilir. Bunun əksi olsaydı, yəni məsələn, Ukraynadakına bənzər siyasi xaos Azərbaycanda olsaydı, iqtisadiyyat arxa planda olacaq, regional layihələrin reallaşdırılması risk altında olardı. Ona görə də Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum layihələrinə TAP, TANAP və Bakı-Tiflis-Qars layihələri də əlavə olundu. Növbəti 7 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli də vacib olacaq. Cəmiyyətin ən böyük gözləntisi iqtisadi islahatların sürətləndirilməsi ilə və sosial problemlərin həlli ilə bağlıdır. Digər tərəfdən, seçkidən sonra islahatların genişlənəcəyinə və hakimiyyətdə islahata meylli gənc kadrların sayının artacağına da ümidlər böyükdür".

Politoloq qeyd etdi ki, prezident seçkisindən sonra bəzi nazirlərin dəyişdiriləcəyinə dair xəbərlərin sayı artır. Bu belə də olmalıdır, hakimiyyətə yeni nəfəs lazımdır, bunu dövlət başçısı da anlayır, təsadüfi deyil ki, elə son illərdə postlarında şişən nazirlər gənc kadrlarla əvəzləndi: "Seçkidən sonra bu prosesin bir az daha sürətlənəcəyini düşünürəm. Dəyişməli olan nazirlər sırasında xarici işlər naziri Elmar Məmmədyarov da olmalıdır. Elmar Məmmədyarovun verdiyi açıqlamalar siyasi ekspertlər və cəmiyyətdə birmənalı qarşılanmır. Məsələn, Elmar Məmmədyarov uzun illərdir deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı substansiv danışıqlar aparılmalıdır. Aparılmır, indi nə edək? Elə ”substansiv danışıqlar aparılmalıdır" deməklə deyil ki. Ermənistan istəmir və böyük dövlətlər İrəvanın işğalçı siyasətinə təsir etmirlər. 2016-cı ilin aprel savaşından sonra belə bir inam var idi ki, beynəlxalq aləm, o cümlədən həmsədr dövlətlər Azərbaycanın gücünü gördülər və əgər müharibənin bir daha təkrarlanmasını istəmirlərsə Ermənistan hakimiyyətinə təsir edəcəklər. Etmədilər, İrəvanın xətrinə dəymədilər və Azərbaycan Xarici İşlər Nazirliyi bu durumu xeyrimizə dəyişmək üçün gücsüz qaldı. Daha sonra Elmar Məmmədyarov həmsədrlə Krakov görüşündən sonda dedi ki, "kreativ təkliflər var”. Ancaq üstündən aylar keçib, nə ortada Məmmədyarovun dediyi "kreativ təkliflər” var, nə də danışıqlarda irəliləyiş qeydə alınıb. Bizim vəziyyətdə, yəni  torpaqlarımızın işğal olunduğu dövrdə yumşaq, başımızın altına yastıq qoyan əsaslandırılmamış açıqlamalar yox, kəskin bəyanatlar lazımdır ki, mesajlar həm bizi, həm də işğalçını silkələsin. Ermənistan bizim qırımımızı görməlidir və bu, yalnız Müdafiə Nazirliyinin işi deyil, həm də XİN fəal olmalıdır".

Bir sıra digər ekspertlər də seçkidən sonrakı proseslərlə bağlı çox ciddi gözləntilərin olduğunu bildirirlər. Ekspertlərin fikrincə, prezident Əliyev seçkidən sonra komandasını ciddi şəkildə yeniləyəcək, tamamilə yeni komanda, yeni düşüncə tərzi iş başına gələcək.

Bəzi ekspertlər, hətta hakimiyyət təmsilçiləri seçkilərin təxminən 7 ay irəli çəkilməsini həm də hakim komandada hər kəsin gözlədiyi ciddi kadr dəyişikliklərini sürətləndirmək niyyəti ilə bağlayırlar.

Bir çox ekspertlər, deputatlar və siyasətçilər isə Azərbaycanda hökumətin struktur və tərkibinin çox geniş olduğunu bəyan edirlər. Prezidentin Dövlət Dəniz Administrasiyasını və Dövlət Mülki Aviasiya Administrasiyasını Nəqliyyat və Rabitə Nazirliyinə birləşdirməsinə dair sərəncamından sonra üzvlərinin sayı 40-a düşən Nazirlər Kabinetimiz nəinki regionda liderdir, hətta dünyanın ən geniş tərkibli hökumətlərindən biridir. Düzdür, son illər Nazirlər Kabineti üzvlərinin sayı bir qədər azaldılıb - 2015-ci ildə Nazirlər Kabinetinin 45 üzvü vardı. Ancaq yenə də hökumətin tərkibini ciddi şəkildə ixtisar etməyə ehtiyac var. Müqayisə üçün qeyd edək ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə 27, Gürcüstanda 20, Ermənistanda 25 nəfər hökumət üzvü var.

Buna görə də hökumətdə aparılacaq islahatlar nəticəsində bəzi qurumların birləşdirilməsi, bəzi vəzifələrin ləğv olunması gözləniləndir. Dövlət başçısı da ötən il çıxışında bildirmişdi ki, idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək: "Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda, daha böyük səmərə ilə işləməliyik”.

Kimlərin vəzifədən çıxarılacağı, hansı qurumların birləşdirilərək və ya ləğv edilərək, bu yolla kimlərin hakim komandadan kənarda saxlanacağı prezidentin səlahiyyətində olduğundan, əvvəlcədən qəti fikir söyləmək çətindir.

Xəbər 2682 dəfə oxunub






Oxşar xəbərlər

Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30737] initstartout [0.00020] initstartin [0.00069] calstart [0.00980] calend [0.00053] topnewsend [0.00412] rsssend [0.00000] ehgend [0.02196] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26936]