Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:41 - 09.12.2019  
Söyüş söyənləri və onları müdafiə edənləri hansı cəza gözləyir?
Tarix: 27-03-2018, 12:42 | Bölmə: Xəbərlər » Siyasət

Fazil Mustafa: "Bu, müəyyən problemlər yarada bilər”; Adəm Məmmədov: "Təhqir səsləndirən şəxslər xüsusi ittiham qaydasında məsuliyyət daşıyırlar”

Söyüş söyənləri və onları müdafiə edənləri hansı cəza gözləyir?Avropadada özünü cəzasızlıq mühitində hiss edərək, söyüş söymək missiyasını daşıyan bir qrup adamı çox təəssüf ki, ölkə daxilində olan müəyyən insanlar da havaya girərək müdafiə edir. Onlar özləri də artıq təhqirlərdən istifadə edir və bu tendensiyanı ölkədə yaymağa çalışırlar.

Sosial şəbəkələrdə Avropadakı söyüş söyənlərə qoşulanlar və onların küyünə düşüb özləri də təhqirlər yağdıranların profillərini incələdikdə bəlli olur ki, bir çoxu Azərbaycanda yaşayırlar. Ekspertlər hesab edir ki, Avropadan idarə olunan "söyüşlü proses”in əsas məqsədi də elə Azərbaycandakı insanları analoji şəkildə qeyri-etik, qeyri-əxlaqi davranışlar sərgiləməyə sövq etməkdir.

Bu günlərdə Azərbaycan dövlətinin imicinə zərbə vuran, ona rəhbərlik edən şəxsləri təhqir edən bəzi azərbaycanlı mühacirlərə hüquqşünas İlqar Altayın da dəstək verdiyi üzə çıxıb.

O, sosial şəbəkələrdə "söyüş müxalifəti”nə verdiyi dəstək azmış kimi, Siyasi Mühacirlərin Hüquqlarını Müdafiə Komitəsi adlanan təşkilat da yaradıb. Bütün günü bu təşkilatın adından guya həmin mühacirlərin həyatlarının təhlükədə olması barədə cəmiyyəti çaşdıran açıqlamalar, bəyanatlar verir. Onun son günlərdəki radikal mövqeyi ilə yanaşı, Avropa ölkələrinin birinə mühacirətə yollandığı barədə xəbərlər də yayılıb. Bu xəbərlərin nə dərəcədə real olub-olmaması ilə bağlı onun özü ilə əlaqə saxladıq. İ.Altay hazırda xaricdə səfərdə olduğunu söylədi.

Hüquqşünasın "söyüş müxalifəti”nin müdafiəsi ilə bağlı yaratdığı komitəyə görə qanunvericiliklə məsuliyyət daşıyıb-daşımadığı barədə müzakirələr açılıb.

Ümumiyyətlə, söyüş söyənləri və onları müdafiə edənləri qanunla hansı cəza gözləyir?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında bunları dedi: "Bunu edən adam başqa bir ölkədədirsə, o ölkə ilə bizim ölkə arasında daxili işlərə qarışmama istiqamətində hansısa bir müqavilə varsa, belə bir addımın atılması anlaşılan ola bilər. Amma indiki vəziyyətdə Almaniya ilə Azərbaycan arasında belə bir müqavilə yoxdur. Bu komitə bir vətəndaş təşəbbüsü ilə də yaradıla bilər. Əgər Azərbaycan konstitusiyasına zidd çağırışlar edilirsə, dövlət çevrilişi yaxud başqa məsələlərlə bağlı addımlar atılırsa, həqiqətən bu müəyyən problemlər yarada bilər. İndiki vəziyyətdə belə bir çağırış yoxdursa, o zaman hər hansı bir irad bildirmək açığı çox çətindir”.

Söyüş söyənləri və onları müdafiə edənləri hansı cəza gözləyir?

Vəkil Adəm Məmmədov bildirdi ki, etik normaları aşıb təhqir səsləndirən şəxslər xüsusi ittiham qaydasında məsuliyyət daşıyırlar: "Azərbaycan qanunları ilə şərəf və ləyaqəti təhqir olunan şəxs məhkəməyə müraciət edib, məsələni hüquqi yolla həll edə bilər. Bu, ağır cinayət də deyil, sırf əxlaq və mənəvi məsələdir. Söz azadlığı deyilən anlayışdan sui-istifadə heç bir halda etmək olmaz. Təhqir səsləndirən şəxslərin hüquqlarını müdafiə edənlər məsuliyyət daşımır. Niyə də daşımalıdır ki? Məsələn, mən vəkiləm, ən ağır cinayətkarın hüquqlarını belə müdafiə edirəm. Sadəcə qeyd etdiyiniz hallar insanın şəxsiyyətinə, nüfuzuna xələl gətirə bilər. Heç bir halda insan bu cür təhqirlər səsləndirməməlidir. Əgər şəxs özü də hüquqları müdafiə adı altında digərlərini təhqir edirsə, bu tamam ayrı bir məsələdir”.

Qeyd edək ki, böhtan, təhqir, şərəf və ləyaqətin alçaldılmasına görə qanunda 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Ekspertlər hesab edir ki, sosial şəbəkələrdə söyüş, təhqirdən istifadə edən şəxsləri hüquq-mühafizə orqanları cəzalandırmalı, bunun tendensiya halına keçməsinin qarşısını almalıdır.

"Yeni Müsavat”

Xəbər 3354 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32293] initstartout [0.00026] initstartin [0.00105] calstart [0.01283] calend [0.00054] topnewsend [0.00625] rsssend [0.00000] ehgend [0.00716] tagsstart [0.00099] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29382]