Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:52 - 16.09.2019  
Hansı siyasi məhbuslar azadlığa çıxacaq?
Tarix: 14-03-2018, 08:58 | Bölmə: Xəbərlər » Siyasət

Hansı siyasi məhbuslar azadlığa çıxacaq?Ölkə başçısının prezident seçkisi öncəsi, əsasən də Novruz bayramı ərəfəsində əfv  sərəncamının imzalaması ilə bağlı ümidlər böyükdür. Bu prosesin may ayında - yəni Cümhuriyyətin 100 illiyi ərəfəsinə baş tutacağını deyənlər də var. Əfvlə bağlı ən çox müzakirə olunan fikir isə ondan ibarətdir ki, ölkəmizdə 2018-ci ildə siyasi məhbus probleminin tamamən aradan qaldırılacaq və 2019-cu ilə siyası məhbuslarsız gediləcək. Bununla bağlı İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu da çox pozitiv açıqlamalar verib.

O, "Yeni Müsavat”a danışarkən Əli İnsanovun da, İlqar Məmmədovun da azadlığa  buraxılacağını deyib: "Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Bəs görəsən, digər hüquq müdafiəçiləri və Əfv Komissiyası üzvləri adıçəkilən şəxslərin azadlığa çıxması ilə bağlı nə düşünürlər?

"Yeni Müsavat”ın sualını cavablandıran  İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ümidlərinin böyük olduğunu, lakin konkret adlar səsləndirməyin mümkün olmadığını bildirdi: "Novella xanım, bu adları xoş məqsədlə çəkir ki, insanlarda narahatlıq olmasın. Siyahı artıq çoxdan verilib.  O adamların adlarını yazmışıq ki, onlar heç zaman əfv ərizəsi yazmayıblar  və yazmağı da qəbul etmirlər. Bunu düz edirlər, ya səhv edirlər, öz işləridir. Biz onların adını siyahıya salıb göndərmişik, hamısının orada adı var. Amma adın yazılması hələ o demək deyil ki, onlar əfv olunacaq. Novella xanım ümid edir, kaş ki elə də olsun. O, hər zaman pozitiv çıxış edir. Biz Əli İnsanovun da, İlqar Məmmədovun da azadlığa çıxması üçün müraciət etmişik. Heç onlardan soruşmamışıq da ki, yazaq yoxsa yox.

Hansı siyasi məhbuslar azadlığa çıxacaq?

Çünki onların adından yazmırıq ərizəni, öz adımızdan yazmışıq. Biz istəyirik ki, onlar azadlığa çıxsınlar. Ancaq bu prezidentin səlahiyyətində olan məsələdir. Bir də prezidentə bu siyahını təqdim edən şəxsin həmin adamlar haqqında nə cür təqdimat etməsindən asılıdır. Yəqin ki, siyasi məhbuslarla bağlı prezidentə bizim siyahımızı təqdim edən insandan da asılıdır. O, bu məsələdə nə qədər soyuqqanlı, nə qədər humanist olsa, adıçəkilən şəxslərin azadlığa çıxması bir o qədər real olar. Biz çox arzu edərdik ki, bu məsələ tamamilə həll olunsun. Çünki ölkə xaricində siyasi məhbus məsələsinə görə  ölkəmiz çox tənqid olunur. Siyasi məhbus məsələsinin həlli bu gün həm QHT sektorunun, həm də ictimaiyyətin arzusudur. Qarşıdan prezident seçkisi gəlir. Əhalidə bir inam olmalıdır ki, kimə səs versinlər".

Hansı siyasi məhbuslar azadlığa çıxacaq?

Əfv Komissiyasının  üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də komissiyanın bu istiqamətdə mütəmadı çalışdığını vurğuladı: "Cəmiyyətdə bu məsələ ətrafında müzakirə gedir, yuxarı səviyyədə də deyilib. Parlamentin spikeri də deyib ki, əfv gözlənilir. Əfv Komissiyası da mütəmadi  çalışır, saysız müraciətlər var. Xeyli iclaslar keçirmişik və yenə də davam edir. Amma müraciətlər çox olduğu üçün hesab edirəm ki, proses may ayına qədər çəkəcək. İctimaiyyətdə də gözlənildiyi kimi, may ayında böyük əfv ola bilər, xeyli sayda insan azadlığa çıxa bilər. Novella xanımın dediklərinə gəlincə, İşçi Qrup tərəfindən siyahı hazırlanaraq cənab prezidentə təqdim olunur. Son əfv üçün müraciət edənlər, eyni zamanda İşçi Qrupun siyahısı nəzərə alınacaq, nəticədə geniş tərkibli, xeyli insanı sevindirəcək bir əfv fərmanı imzalanacaq".

Siyasi məhbus məsələsinin 2019-cu ilə kimi tam həllini tapacağı ilə bağlı informasiyalara da münasibət bildirən R. Məcid bu cür müraciətlərin İşçi Qrup tərəfindən edildiyini vurğuladı: "Əfv Komissiyası olaraq biz edilən müraciətlərlə bağlı müzakirələr aparırıq. Digər məsələlər İşçi Qrupu tərəfindən müzakirə olunur və birbaşa prezidentə müraciət olunur. Kim Əfv Komissiyasına müraciət edirsə, biz yalnız onunla bağlı fikir bildirə bilərik. Komissiyada çox demokratik qaydada müzakirələr gedir. Yəqin ki, çox geniş bir əfv olacaq”.

Hansı siyasi məhbuslar azadlığa çıxacaq?

Əfvlə bağlı Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də AzNews.az-a açıqlamasında maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Novruz bayramında əfv sərəncamının verilməsi gözlənilmir: "Komissiyaya ünvanlanan müraciətlərin araşdırılması hələ başa çatmayıb. Əfv sərəncamı prezidentə məxsusdur. O siyahıya kimlərin düşəcəyini də dövlət başçısı özü müəyyənləşdirir. Mən inanmıram ki, kimsə birmənalı olaraq sabiq səhiyyə naziri Əli İnsanovla ”REAL" hərəkatının sədri İlqar Məmmədovun adlarının əfv sərəncamında olacağını desin".

Əliməmməd Nuriyev qeyd edib ki, hüquq müdafiəçiləri müxtəlif şəxslərin əfv olunması üçün komissiyaya vəsatətlər ünvanlayırlar: "Gözlənilən əfv siyahısında kimlərin adının olub-olmaması heç kimə məlum deyil. Kimlərsə, sadəcə, həmin şəxslərin əfv olunması üçün vəsatət qaldırıldığını deyə bilərlər. Siyahıda kimlərin yer alacağını əvvəlcədən deyə bilmərik. Çünki bu, bizim səlahiyyətimizdə olan məsələ deyil”.

Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat”

Xəbər 2980 dəfə oxunub






Oxşar xəbərlər

General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26327] initstartout [0.00023] initstartin [0.00083] calstart [0.00989] calend [0.00059] topnewsend [0.00438] rsssend [0.00000] ehgend [0.01779] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22878]