Namizədlərə mitinq və seçicilərlə görüş üçün yerlər ayrıldı

  • 13 mart 2018, 18:22

Siyahıda 4 mərasim zalı var

Prezident seçkiləri ilə əlaqədar seçicilərlə görüş üçün müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı açıqlanıb. "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq respublikanın şəhər və rayon mərkəzlərində müəyyən edilmiş açıq və qapalı yerlər barədə məlumat yayılıb. Siyahı 76 rayon və şəhər üzrə müəyyən edilmiş yerləri əhatə edir.

Bakı şəhərinin rayonları üzrə siyahını təqdim edirik.

Binəqədi rayonu-Xocəsən qəsəbəsi stadionu, 9-cu mkr. Adil Məmmədov küçəsi qarşısındakı mərasim evi.

Xətai rayonu-Zığ yolyna "Nargilə” dairəsinin yanındadkı meydan, H.Z.Tağıyev adına toxuculuq- tikiş kombinatının klubu.

Xəzər rayonu-Şüvəlan qəsəbəsi Lev Starçuk küçəsi 14-də yerləşən "AZAL-Arena” stadionu, Şüvəlan qəsəbəsi Lev Starçuk küçəsi 13-də yerləşən mədəniyyət evi.

Qaradağ rayonu-Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən "Neftçi” İdman Klubu Birliyinin Qaradağ təlim-idman bazasının stadionu, Lökbatan qəsəbəsi S.Orucov küçəsi 23-də yerləşən Ə.Əmirov adına mədəniyyət sarayı.

Nərimanov rayonu-Koroğlu Rəhimov və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində yerləşən parkın girişindəki meydan. Həsənoğlu küçəsi 2-də yerləşən mərasim evi.

Nizami rayonu-8 km.yaşayış sahəsi B.Nuriyev küçəsi 69-da yerləşən idman meydançası, Keşlə qəsəbəsi Sabir küçəsi 1 ünvanda yerləşən mərasim evi.

Nəsimi rayonu-1-ci mkr. A.Məhərrəmov küçəsi 27A ünvanında yerləşən parkın yaxınlığındakı meydan, D.Əliyeva küçəsi 230-da yerləşən "Azərbaycan Dəmir Yolları” QSC-nin akt zalı.

Sabunçu rayonu-Sabunçu qəsəbəsi İsmət Qayıbov adına stadion, Maştağa qəsəbəsi Hacıağa Abbasov adına mədəniyyət evi.
Səbael rayonu-20-ci yaşayış sahəsi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Peşə Təhsil Mərkəzinin meydançası, Badamdar qəsəbəsi Neftçilər döngəsi 2-də yerləşən mərasim evi.

Suraxanı rayonu - Hövsan qəsəbə Mədəniyyət Sarayının qarşısı, Qaraçuxur qəsəbəsi Qurban Abbasov adına Mədəniyyət Sarayı.
Yasamal rayonu - Mirəli Seyidov küçəsi 3155-ci məhəllədə yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu, A.M.Şərifzadə küçəsi 108, 110, 112, 114 və 116 saylı yaşayış binalarının həyətində yerləşən mərasim evi.

Pirallahı rayonu - Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 56a saylı binanın qarşısındakı meydan, Pirallahı qəsəbə idman kompleksi.

Oxşar xəbərlər