Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:54 - 21.06.2018  
REAL rəhbərliyi Milli Şura və Müsavata OD PÜSGÜRDÜ
Tarix: 8-03-2018, 11:47 | Bölmə: Xəbərlər » Siyasət

Erkin Qədirli: "Öncə söyürlər, sonra mitinqə çağırırlar”; Natiq Cəfərli: "Son 20 ildə xalqın ümidləri, istəkləri ilə oynaya-oynaya gəliblər”

REAL rəhbərliyi Milli Şura və Müsavata OD PÜSGÜRDÜ REAL hərəkatının Milli Şura və Müsavatın martın 10-da "Məhsul” stadionunda keçirəcəyi birgə mitinqdə iştirakdan imtina etməsi sosial şəbəkələri bir-birinə qatıb. REAL mitinqin təşkilatçısı olan hər iki siyasi qurumun tərəfdarları tərəfindən "məhşər ayağına” çəkilir, hərəkatın ünvanına ən sərt tənqidlər, təhqirlər səsləndirilir.

REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli öz facebook səhifəsində belə bir status paylaşıb: "Öncə söyürlər, sonra mitinqə çağırırlar, sonra mitinqə çağırışın altındakı şərhlərdə söyürlər, sonra cavabın yubandığına görə söyürlər, sonra ”yox" cavabımızı alandan sonra söyürlər. Söyüşdən başları açılandan sonra da deyirlər ki, REAL mövqeyini dəyişdi, satıldı və s. Bilin:

1. REAL-ın nə mitinqlərə, nə televiziyalara, nə apteklərə, nə tikinti şirkətlərinə, nə marketlərə, nə kafelərə, nə də adında "Real” sözü olan və bizdən qaynaqlanmayan başqa qurum və təşəbbüslərə aidiyyəti var.

2. REAL-ın harayasa çağırılması, REAL üçün çağırışa müsbət cavab vermək kimi bir öhdəlik yaratmır.

3. REAL-da bütün qərarlar kollegial verilir. REAL-ın sədri, lider olmasına baxmayaraq, çox sadə adamdır və onun çox sadə (yəni bir) səsi vardır. Həbsdə də ləyaqətlə, kiminsə boynuna minnət qoymadan oturub.

4. REAL-da "lider nə dedi, o da olur” kimi bir yanaşma yoxdur, heç zaman da olmayıb.

5. REAL-da heç kim hökumətdən nə pul, nə vəzifə alıb, nə də hökumətdə vurulandan sonra müxalifətə keçib (üstümüzə gələnlərin bəzilərindən fərqli olaraq). Hərçənd hökumətdən bizə dəfələrlə belə təkliflər olub. Ən çox da mənə olub. Yeri gəlmişkən, Natiq Cəfərlidən əl çəkin! Hər fürsətdə onu satqınlıqda günahlandırmağa girişənlər bilsin ki, REAL-da, onların (Natiqi satqın adlandıranların) diliylə desək, hökumətə ən yaxın adam mənəm. Məndə olan əlaqələrin bircə faizi REAL-ı satqınlıqda ittiham edənlərdə olsaydı, yanlarından keçib onlara salam vermək mümkün olmayacaqdı (ədalarından). Xarici əlaqələrimiz də öz yerində. Biz əlaqələrimizdən şəxsən özümüzə fayda götürmək, ya da başqalarına ziyan vurmaq üçün istifadə etmirik. Onu da unutmayaq ki, REAL-ı mitinqə çağıranlara stadion verilir, REAL-a isə heç 200 nəfərlik otaq verilmir ki, qurultayını keçirə bilsin.

6. REAL-ın davranışı, onun üzvlük siyasətindən və çevrəsinin keyfiyyətindən irəli gəlir. Biz yarandığımız gündən bu yana əsas hədəfi orta sinif adlandırıla biləcək çevrəni düşünmüşük. Əslində bu çevrə kiçik və orta sahibkarlardan ibarət olmalıydı. Lakin bizdəki siyasi sistemin mənfi yan təsirləri ucbatından, bu çevrə əsasən kiçik və orta məmurlardan ibarət oldu. "Məmur” sözü burada geniş anlamda istifadə olunur - dövlət büdcəsindən birbaşa və ya dolayı (layihələrdən və müqavilələrdən) maaş alanları, gəlir götürənləri bildirir. Bunun da üzərinə elm, təhsil və maliyyə sektorlarında kiçik və orta vəzifələrdə çalışanlar, beynəlxalq təşkilatlarda və xarici şirkətlərdə işləyənlər, çeşidli kiçik sahibkarlıqla məşğul olanlar gəlinə bilər. Bu adamların duyğu və düşüncələri REAL üçün önəmlidir.

7. REAL-ın rəhbərliyi hər zaman üzvlərimizin təhlükəsizliyini düşünür, onları güdaza verməməyə çalışır. Bu, belə də olmalıdır. Gözlənilən nəticəni verməyəcəyi öncədən aydın olduğu hallarda üzvləri, özəlliklə gəncləri zərbə altında qoymaq REAL-ın siyasət anlayışına uyğun deyil.

8. və s. (uzatmaq istəmirəm).

REAL kimsəyə düşmən gözüylə baxmır, kimsədən də umacağı yoxdur. REAL hər kəsə ölkəmizin yararına uğurlar diləyir".

Hərəkatın idarə heyətinin digər üzvü Xaliq Bağırov daha sərt reaksiya sərgiləyib: "Adamlar yenə 2013-də ”Milli Şura" təsis ediləndə REAL-ın verdiyi qərardan sonra yaratdıqları havaya girirlər. Hətta eyni arqumentlər, eyni ittihamlar (parlamentdə yer danışığı, İlqar Məmmədovu buraxmaq alveri və sairə) təkrar olunur. Nə oldu bəs? Hələ də parlamentdə yoxuq, hələ də İlqar Məmmədov içəridədir? Hətta o vaxt müxalifət liderlərindən biri bizi "REAL Milli Şuraya getməsə, ictimai rəy onu məhv edəcək”, deyə xəbərdarlıq etmişdi. Bəs niyə REAL dağılmadı? Əksinə, etiraf edə bilərsiniz ki, böyüməyə davam etdi. Bəs o zaman o nə "ictimai rəydir” ki, sizdə belə yanlış fikir formalaşdırır? Ola bilsin ki, həmin "ictimai rəy” digər müxalifətdə olan təşkilatlar üçün vacibdir. Digər tərəfdən də bu "ictimai rəy”in onlara qazandırdıqları da ortadadır. Axı bu qədər qısa yaddaşlı olmaq olmaz. Hiss edirsinizmi eyni qapalı çevrənin içində dövr edirsiniz. Əminliklə bildirirəm ki, "ümumxalq” adlanan mitinqin belə olmayacağına elə mitinqə qərar verənlərin özləri də bilirlər. Çünki şəxsən mən onları bu qədər sadəlövh hesab etmirəm. Bilmirlərsə, o zaman 10 martdan sonra, yəqin izah etməli olacaqlar ki, niyə bunu bilmirdilər. Mənafelərinə uyğun da hərəkət etmək də haqlarıdır. Lakin bu səbəblər heç bir halda bu gün, məhz bu gün REAL-ı bağlamır. Amma bu xalq heç vaxt nəyinsə əleyhinə yox, nəyinsə uğrunda mütəşəkkilləşir".

Müsavatçılar və cəbhəçilərin əsas hədəfinə çevrilən REAL-ın icraçı katibi Natiq Cəfərli fərqli fikrə dözümsüzlük hallarının durmadan artdığından gileyləndi: "Fərqli fikirlərə həm hakimiyyət, həm də ənənəvi müxalifət düşərgəsində dözümsüz münasibət var. Çox zaman səslənən fikirləri başa düşmədən bu hücumları edirlər. İqtidar belə fikirləri daha çox xarici qüvvələrə işləmək, yaxud düşmən dəyirmanına su tökmək kimi ”arqumentlərlə" qələmə verməyə çalışır, ənənəvi müxalifət isə, hakimiyyətə işləmək kimi sırımaq istəyir. REAL artıq bu cür hallara öyrəşib. Hər zaman REAL-ı vaxtsız dəfn etməyə çalışırlar. Amma əksi olur, REAL durmadan güclənir. Bu baxımdan hücumların olması normaldır, amma təhqirlərin olması insanı xəyal qırıqlığına uğradır ki, cəmiyyət deklarasiya yuvarlanır. Bu günə qədər necə bir siyasət aparmışıqsa, eyni siyasəti də davam etdirəcəyik. Onun da az şahidi olmamışıq ki, REAL-ın verdiyi qərarları söyüşlə, təhqirlə qarşılayanlar bir müddət sonra özləri bir-birilərini təhqir etməyə başlayıblar. 2013-cü ildə Milli Şuraya getməməklə bağlı REAL qərar verəndə hətta o zaman bəzi siyasi liderlər belə dedi ki, REAL bununla özünün ölüm hökmünə imza atdı. Əksinə, bu günə qədər daha çox böyüyən təşkilat biz olduq. Bu gün də eyni situasiya yaranıb, bizi söyənlər bir müddət sonra bir-birilərinin üzərinə gedəcəklər. Təəssüf edirəm ki, tarix çox dar bir çərçivədə yenidən təkrarlanacaq. Əhalinin  böyük bir hissəsi bunları kənardan izləyib, nəticə çıxarır. Xalqımız hər şeyi yaxşı dərk edir. Hər hansı bir prosesə xalq qoşulmursa, demək inanmır. Bu da onun haqqıdır. Çünki son 20 ildə xalqın ümidləri, istəkləri ilə oynaya-oynaya gəliblər. Ünvanımıza səsləndirilən ittihamlar həddindən artıq primitivdir. Köhnə müxalifətin ittihamlarından biri də odur ki, REAL gələcəkdə parlamentdə hər hansı bir mandat qazanmaq istəyir. Halbuki bu ittihamı səsləndirənlər indiyə qədər bu hakimiyyətdən bir və ya iki, hətta üç dəfə mandat alıblar. Ağıllı insanlar bir müddətdən sonra bizim haqlı olduğumuzu görəcəklər, üzr istəyəcəklər".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 3308 dəfə oxunub






Oxşar xəbərlər

Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19399] initstartout [0.00016] initstartin [0.00078] calstart [0.01164] calend [0.00065] topnewsend [0.00611] rsssend [0.00000] ehgend [0.07384] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10027]