Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:54 - 18.06.2019  
Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir
Tarix: 7-03-2018, 12:14 | Bölmə: Xəbərlər » Siyasət

İrəvanın "iki stul”da oturmaq siyasəti dəngəni dəyişir; Ermənistanda prezident dəyişikliyinə şimaldan ilginc reaksiyalar; rusiyalı tanınmış politoloq: "Ermənilər növbəti dəfə Rusiyanı satdılar, nəticəsi o olacaq ki...” 

Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirirİşğalçı Ermənistanda martın 2-də, parlamentdə baş tutmuş növbəti prezident seçkisi ətrafında müzakirələr davam edir. Bəllidir ki, səsvermə nəticəsində Böyük Britaniyada səfir işləmiş və imkanlı iş adamı, hakim Respublikaçılar Partiyasının namizədi Armen Sərkisyan 10 səsə qarşı 90 səslə, alternativsiz prezident seçilib.

Ən maraqlı məqamlardan biri isə onun ikili vətəndaşlıq daşımasıdır. Daha doğrusu, namizədliyi verilən ərəfədə Ermənistan vətəndaşlığını qəbul eləməsidir. Çünki Ermənistan konstitusiyası ikili vətəndaşlığa icazə vermir. Bundan başqa, yeni prezidenti Qərbə bağlı şəxs kimi təqdim edənlər az deyil.

Yəni belə qənaət hasil olur ki, Ermənistandakı hakim rejim əslində bununla Qərbə növbəti reverans edib. "Yeni Müsavat” xatırladır ki, az öncə - keçən ilin noyabrında Ermənistan Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalamaqla Rusiyada qıcıq yaratmışdı.

Bundan qabaq isə İrəvanda faşist əlaltısı Qaregin Njdeyə abidə ucaltmaqla işğalçı ölkə Rusiyanın qınağına tuş gəlmişdi. Hətta məsələyə Rusiya XİN-i etiraz bildirərək, hadisəni qəbuledilməz adlandırmışdı. "Rusiya nasizm təzahürlərinin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşıdır. Biz ermənilərin Böyük Vətən müharibəsindəki şücaəti haqda bilirik, ona görə belə bir heykəlin İrəvanda niyə qoyulmasını anlamırıq”. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova belə demişdi. Lakin Njdenin abidəsi bu gün də yerində durur.            

*****

Qayıdaq İrəvanın Qərbə seçki reveransına.

İşğalçı ölkədə son prezident seçki formal xarakter daşısa da, - yeni prezidentin səlahiyyətləri sələflərindən fərqli olaraq, məhdud olacaq, - prosesin özü və onun mümkün nəticələri indi ən müxtəlif rakurslardan, o cümlədən Qərb-Rusiya qarşıdurması və Qarabağ kontekstində təhlil edilməkdədir. Məsələn, parlamentin müxalifət yönlü "Yelk” ("Çıxış”) blokunun üzvü Nikol Paşinyana görə, Armen Sərkisyan ölkənin prezidenti yox, hakim mafiyanın üzvü seçilib.

Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim partiyaya müqavimət göstərməyəcək. "Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir. Əgər Armen Sərkisyan 2002-ci ildə Britaniya vətəndaşlığı alıbsa, o zaman Ermənistan vətəndaşlığından imtina etmiş sayılır. Bəs bu adam necə prezident seçilib? O, sadəcə, hakim rejimə bağlıdır və ondan asılıdır”, - deyə erməni deputat vurğulayıb.

*****

Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

Öz növbəsində rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov İngiltərədəki səfirin Ermənistan prezidenti təyin edilməsinin Rusiyanın təhlülkəsizliyi baxımından Moskvaya əlavə problemlər yaradacağını söyləyib. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, "İnterfaks-Azerbaydjan” agentliyinə müsahibəsində deyib.

"Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişi imzalayanda Rusiya siyasi elitası real olaraq şok keçirdi. Böyük Britaniyadakı sabiq səfirin Ermənistan prezidenti seçilməsi isə Rusiya üçün ”ikinci şillə" oldu", - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, qəfildən Ermənistan vətəndaşlığını qəbul eləmiş şəxsin, ola bilsin hətta xarici vətəndaşın prezident seçilməsi onu göstərir ki, Rusiya buna hazır olmayıb və böyük ehtimalla, İrəvanın Rusiya əleyhinə apardığı Avrointeqrasiya siyasətinin davamıdır: "Yumşaq desək, Rusiyanın Qafqaza yönəlik xarici siyasəti tam fiaskoya uğrayıb və Ermənilər növbəti dəfə Rusiyanı satıblar. Mən əminəm ki, Ermənistanın xarici siyasət kursunu Rusiyadan Qərbə dəyişməsi Kreml üçün təhlükəsizlik planında böyük problem yaradır. Məsələ ondadır ki, bizim Ermənistanla kollektiv hərbi qruplaşma barədə anlaşmamız var. Buradan çıxış edərək söyləmək olar ki, Rusiya üçün ciddi təhlükə yaranır. Yəni hansısa gizli şeyləri Ermənistan Qərbə ötürəcək. Heç bir zəmanət yoxdur ki, Rusiya Silahlı Qüvvələri ilə Ermənistan qüvvələri arasında mövcud olan ”özününkü-yad" kodları (Radiolokasiya tanıtma sistemi - red.) Qərbin əlinə keçməyəcək və bu kodlar altında Rusiya Federasiyası üzərində icazəsiz uçuşlar həyata keçirilməyəcək".

Ekspert mövcud vəziyyətdə hadisələrin üç mümkün inkişaf variantını ehtimal edir: "Birinci variant Rusiyanın Cənubi Qafqaz siyasətinin iflas olmasıdır. Bundan sonra Moskva hansısa sanksiyalar tətbiq edir və hansısa formada reaksiya veririk. İkinci variant: etiraf edirik ki, bu, bizim regionda xarici siyasət uğursuzluğumuzdur və heç bir reaksiya vermirik. Üçüncü variant: baş verənlər Rusiyanın Ermənistana münasibətdə məqsədli şəkildə yürütdüyü siyasətin nəticəsidir. Əgər birinci variantdan çıxış eləsək, o zaman biz Azərbaycanın işğal altındakı ərazilərlə bağlı atacağı istənilən addımı bəyənməliyik. İkinci variantdırsa, o zaman Qarabağ nizamlanmasına dair danışıqlar davam etməlidir. Üçüncü variantda isə Azərbaycan üçün Dağlıq Qarabağ konflikti kontekstində heç nə vəd olunmur”.


Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

 

Öz növbəsində digər tanınmış rusiyalı politoloq Sergey Markov bu qənaətdədir ki, Armen Sərkisyan kimi bir adamın Ermənistanda prezident postuna gətirilməsi erməni lobbisinin rəsmi İrəvana təsirini gücləndirə bilər. "Yeni Müsavat”ın məlumatına görə politoloq deyib: "Dağlıq Qarabağ məsələsində diaspora bir qayda olaraq, Ermənistan əhalisindən daha radikal mövqe tutur. Bu da perspektivdə Ermənistanın Qarabağla bağlı kursunun  daha sərtləşməsinə gətirə bilər. Ancaq bu, ehtimaldır”, - deyə Sergey Markov əlavə edib.

*****

Göründüyü kimi, İrəvanın "iki stul”da oturmaq siyasəti getdikcə daha qabarıq çalar almaqdadır. Daha dəqiqi, bu siyasət Qərbin xeyrinə reveranslarla zənginləşməkdədir. Rəsmi Kremlin buna reaksiyasını yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Ən azı ona görə ki, Ermənistan Güney Qafqazda Rusiyanın əsas hərbi qalası və bölgədəki "gözüdür”...

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 2508 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40317] initstartout [0.00019] initstartin [0.00093] calstart [0.02514] calend [0.00071] topnewsend [0.00741] rsssend [0.00000] ehgend [0.08392] tagsstart [0.00682] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27800]