Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:52 - 16.09.2019  
Azərbaycan qabağa, Ermənistana ağa (gəlişmə)
Tarix: 6-03-2018, 09:47 | Bölmə: Xəbərlər » Siyasət

Ermənistan Rusiya və Qərb üçün "dəstəyi olmayan çamadan”a çevrilir; işğalçı ölkə öz tarixində ən kritik zolağa girib; erməni portalından acı etiraf: "Bu, erməni xalqını ölümə aparmaqdır...”

Azərbaycan qabağa, Ermənistana ağa (gəlişmə)Rusiyanın ucqar əyaləti və satelliti olan Ermənistan keçən həftə formal olaraq özünə 4-cü prezidenti seçdi -  bu dəfə parlamentdə. Alternativsiz "seçki” nəticəsində Böyük Britaniyadakı səfir və imkanlı iş adamı Armen Sərkisyan prezident edildi.

Vəziyyətin tragikomikliyi də ən əvvəl budur: növbəti prezident xaricdən - Böyük Britaniyadan gətirildi. Bu da ona görə baş verdi ki, hakim rejimin başında duran Serj Sərkisyana belə lazım idi. Ki, bununla bir növ, həm hakimiyyətdə Qərbin adamının olması görüntüsü yaratsın, həm də prezidentin Qarabağ klanına məxsus olmadığı haqda Ermənistan toplumunda rəy formalaşsın (Armen Sərkisyan qarabağlı deyil).

Lakin dünyaya, cəmiyyətə bu kimi mesajların, siyasi gedişlərin daha elə bir önəmi qalmayıb. Çünki işğalçı ölkə Qarabağ məsələsinə görə elə dərin iqtisadi-siyasi bataqlığın içərisindədir ki, onu oradan prezident səlahiyyətləri məhdud olan Armen Sərkisyan çıxarmaq gücündə deyil. Həmçinin də o səbəbə ki, ölkədə əsas söz sahibi yenə "Qarabağ klanı” və onun başında duran Xocalı canisi - Serj Sərkisyan olaraq qalacaq. Hər nə olmasa, aprelin 9-da sonuncunun bu dəfə baş nazir postunu ələ keçirəcəyinə çox az adam şəkk edir.

*****

Demək, Qərblə Rusiya arasında "vurnuxan” işğalçı Ermənistan fəlakət zolağında, blokada rejimində və "izqoy” ("tullantı”) ölkə statusunda məntiqi yekuna doğru yoluna davam edəcək. Bunu erməni nəşrləri və ekspert ictimaiyyəti son prezident "seçkisi”ndən sonra açıq etiraf eləməyə başlayıb.

"Ermənistan daxilindəki situasiya ilə bağlı Qərblə Rusiya arasında konsensus əldə edilib. Hakim klan hamını - Moskvanı da, Vaşinqtonu da qane edir. Bəli, Qərbdə bizim ölkənin sükanı arxasında əsl demokratın və islahatçının durmasını arzu edərdilər. Ancaq bütün məsələ də yalnız elə arzulamaqdadır. Bu yöndə real səyləri isə Qərb göstərməyə hazırlaşmır. Həm də o səbəbə ki, artıq Ukraynada əli ”yanıb"".

"Yeni Müsavat”ın məlumatına görə, bu sitat "Armenian Report" nəşrindəki baş məqalədəndir. Məqalədə daha sonra deyilir: "Prezident Poroşenkonun dövründə ölkədə korrupsiya dəfələrlə böyüyüb, Ukrayna xalqı da dəfələrlə kasıb yaşamağa başlayıb. Bu ölkənin böyük sayda vətəndaşları Polşaya, Çexiyaya, hara gəldi qaçırlar. Çünki dəyişiklik olacağına inanmırlar. Poroşenko isə gözlərin içinə baxa-baxa yalan danışmaqda davam edir. O cümlədən iddia edir ki, prezidentliyi dövründə kasıblayıb.

”Forbes" isə deyir ki, o, bu müddətdə daha 1.7 milyard dollar varlanıb. Bəs Qərb onu əvəzləyə bilərmi? Qərb onu nəinki əvəzləyə bilməz, bunu heç istəmir də. Qərb onun üçün "dəstəyi olmayan çamadan”a çevrilmiş Ukraynadan dəhşətli dərəcədə yorulub. Ermənistanın timsalında ikinci belə bir "çamadan” ona lazım deyil. Qərb başa düşüb ki, elə vəziyyətlər var, onları olduğu kimi saxlamaq daha yaxşıdır. Necə deyərlər, özünə də ucuz başa gələr. Bütün bunları isə Ermənistanın real perspektivlərini yaxşı başa düşən bizim xalq da yaxşı görür".

Erməni nəşri yazının sonunda acı etirafda bulunub: "Biz bundan sonra da yarımçıq müstəqil dövlət statusu daşımağa məhkumuq - hansı dövlətin mühüm qərarlarını  ki, Kreml qəbul edir və edəcək. Sivil dünya üçün artıq ”izqoy"a çevrilən həmin o Rusiyadakı Kreml. O Rusiya ki, özəl hərbi şirkət olan "Vaqnerin” 600 üzvündən imtina edir (Suriyada ABŞ bombardmanı zamanı öldürülüb - red.). O Rusiya ki, diplomatik kanallarla kokain transportyoru kimi bütün dünyada məşhurlaşıb. Üstəlik, Rusiya dünyanı nüvə silahı ilə hədələyir. Bu - onun axırıncı blefi, sonuncu "kozır”ıdır. Biz isə bu paranoidal dövlətin məcburi müttəfiqiyik! Heç kim də heç nəyi dəyişməyə hazırlaşmır. Elə Armen Sərkisyan da Serj Sərkisyanla görüşdə açıq şəkildə və ucadan vəd elədi ki, hər şey olduğu kimi öz yerində qalacaq. Hər şeyi olduğu kimi saxlamaq  isə, erməni xalqına xidmət deyil, onu ölümə aparmaqdır".

*****

Azərbaycan qabağa, Ermənistana ağa (gəlişmə)Erməni də olsa, düz deyir. Gerçəkdən, erməni xalqı onun başında duranların avantürist siyasəti nəticəsində ölümə, fəlakətə doğru yol gedir. Azərbaycan isə müharibə şəraitində olsa da qabağa gedir ki, dala getmir. Bu da yenə bizdən öncə özlərinin etirafıdır. 

"Sərhədlərin açılmasının Türkiyə üçün hansısa əhəmiyyəti belə yoxdur. Ermənistan blokadadan qurtulmaq istəyir. Lakin nə Türkiyə, nə də Azərbaycanın bundan ötrü ürəyi getmir və hansısa stimulları da yoxdur. Gerçək budur ki, Azərbaycanın inkişafına maneə törətmədi. Ermənistanın siyasi elitası isə bunu dərk etmək istəmir”. "Yeni Müsavat” xatırladır ki, bunu erməni tanınmış politoloq Manvel Sərkisyan "Sürix protokolu” və işğalçı ölkənin gələcəyi barədə yerli mətbuata danışarkən söyləyib.

Beləcə, öz ağasını dəyişmək istəyən Ermənistan Rusiya və Qərb üçün yerdən qaldırılması çətin olan ağır bir yükə - "dəstəksiz çamadan”a çevrilməklə öz tarixində ən kritik bir zolağa daxil olub...

Demokratik.Az

Xəbər 1871 dəfə oxunub






Oxşar xəbərlər

General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.24790] initstartout [0.00017] initstartin [0.00071] calstart [0.00967] calend [0.00052] topnewsend [0.00470] rsssend [0.00000] ehgend [0.00612] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22533]