Qənirə Paşayevaya qarşı kampaniya aparanlar kimdir?

  • 01 mart 2018, 10:27

Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbirindən sonra dostlar mənə əleyhimə bəzi "mənbə”lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında yazılar göstərdi.

Demokratik.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva əleyhinə yazılan yazılara münasibətində qeyd edib. Millət vəkili bildirib ki, bu şəxslər heç normal anti-təbliğat da apara bilmir:

"Nə deyim... Allah sizə ağıl versin. O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz. Nə zaman işğalçı Ermənistanla, separatçılarla, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır”.

Q.Paşayeva həmin şəxsləri tanıdığına da eyham vurub:

"Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə, adınızı yazmama belə layiq deyilsiniz. Mən türk qızıyam. Allahdan qorxmadan şər-böhtan, yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə dövlətim, vətənim və millətim üçün mübarizə apara bilməzdim. Çünki illərlədir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı. Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının "sizinlə foto çəkdirəcəm” deyərək qəfil kənardan çəkdiyi bir selfi-fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm: Millətimiz hər şeyi yaxşı görür və bilir - hər hansı tədbirlərdə bizə yaxınlaşaraq, foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də, onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da...

Özünüzü bu qədər gülünc səviyyəyə salmayın”.

Oxşar xəbərlər