Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:24 - 25.06.2018  
Milli Qəhrəmanlar da İlham Əliyevi dəstəklədi
Tarix: 27-02-2018, 09:59 | Bölmə: Xəbərlər » Siyasət

Seçki prosesi ilə bağlı son xəbərlər; prezidentliyə namizədliyini verənlərin imza toplamaq üçün iki həftəsi qaldı

Milli Qəhrəmanlar da İlham Əliyevi dəstəklədiAprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisinə hazırlıqlar davam edir. Artıq prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb. Hazırda əksər iddiaçılar prosesin imzatoplama mərhələsindədirlər.

Onların bəziləri bir həftədən artıqdır imzatoplama kampaniyasına başlasalar da, çoxları cəmi iki gündür prosesə start veriblər. Məsələn, VİP-in namizədi Əli Əliyevin imzatoplama kampaniyası fevralın 25-dən başlayıb. Bu barədə "Yeni Müsavat”a açıqlamasında Əli Əliyev bildirdi ki, fevralın 25-də saat 12-də imza vərəqələri mərkəzi qərargaha gətirilib, saat 18.00-a qədər vərəqələrin yarısından çoxu yerlərə göndərilib. Fevralın 26-da isə bir qismi yerlərə göndərilib: "Son müddətin martın 12-si olduğunu nəzərə alsaq, zaman əlbəttə ki, məhduddur. Bununla belə, fikrimcə, çatdıracağıq. Çətin də olsa, bunu etməliyik. Hər halda, rayon və dairə təşkilat rəhbərləri öhdəlik götürüblər. Çatdırmalıyıq. Mart ayının 5-6-sına qədər vərəqlər mərkəzi qərargaha qayıtmalıdır”.

Milli Qəhrəmanlar da İlham Əliyevi dəstəklədi

Əli Əliyev qeyd etdi ki, imza toplama üçün əməkdaşlıq münasibətlərində olduqları siyasi təşkilatlara kömək üçün müraciət etməyib: "Özümüz imzalar toplamağı düşünürük. Öhdəsindən gələcəyik. Partiyadan kənar dostlarımız da köməklərini təklif ediblər. Çətinliyimiz olmamalıdır. Müşkülümüz çıxarsa, yaxınlardan dəstək istəməyi də eyib bilmirik. İnşallah, martın ilk günlərində ilkin mənzərə yaranacaq”.

Namizədlər sırasında seçkiyə ən gec qatılan isə ADP sədri Sərdar Cəlaloğludur. Bu səbəbdən onun da namizədliyi üçün tələb olunan imzaların toplanması işinə cəmi iki gündür start verilib. ADP Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, imzatoplama kampaniyasına böyük maraq müşahidə olunur. Partiyanın üzv və tərəfdarları, ADP-yə simpatiyası olan ziyalılar bu kampaniyada iştirak etmək üçün müraciət edirlər. İmzatoplama kampaniyasında həmçinin ADP ilə ənənəvi əməkdaşlıq edən partiyalar da iştirak edəcək.

Milli Qəhrəmanlar da İlham Əliyevi dəstəklədi

"Cəbhəçilər”  Təşəbbüs qrupunun namizədi Razi Nurullayevin imzatoplama kampaniyası isə bir həftədir davam edir. Seçki qərargahının rəhbəri Rafiq Daşdəmirli məlumat verib ki, bəzi bölgələrdə müdaxilələr və maneələr olsa da, kampaniya uğurla davam edir: "İmzatoplama kampaniyası 80 seçki dairəsini  əhatə edir. Seçki Məcəlləsinə əsasən, 60 dairədən minimum 50 imza olmaq şərti ilə keçirilməli olan imzatoplama kampaniyası uğurla davam edir. Çalışırıq ki, daha çox seçki  dairəsini  əhatə edək. Ona görə də 80 dairə əhatəsindən imzatoplama kampaniyamız davam edir. Yaxın günlər ərzində kampaniyanı yekunlaşdırmağı planlaşdırırıq. Əsasən əyalətlər üzrə  imza vərəqələrimiz qalır. Nümayəndələrimiz həmin imza vərəqələrini Razi Nurullayevin seçki qərargahına çatdırmalıdır ki, kampaniyanı yekunlaşdıraq. Bu da yaxın zamanda baş tutacaq. Bəzi bölgələrdə müdaxilələr və maneələr olsa da, kampaniya uğurla davam edir. Yaxın günlərdə 45 min imzanı yekunlaşdırıb MSK-ya təqdim edəcəyik. Ümidvaram ki, imzatoplama kampaniyası uğurla başa çatacaq və biz  növbəti mərhələyə qədəm qoyacağıq”.

Maşallah Abdullayev ile ilgili görsel sonucu

Növbədənkənar seçkiyə Azərbaycanın milli qəhrəmanları da münasibət bildirib. Modern.az-a açıqlamasında Milli Qəhrəman Maşallah Abdullayev deyib ki, aprelin 11-də keçiriləcək seçkilərin keçrilməsinin tərəfdarıdır və seçkidə İlham Əliyevi dəstəkləyir: "Yaşadığım  Goranboy rayonunun 110 min əhalisi var. Əminəm ki, bütün goranboylular İlham Əliyevə səs verəcəklər. Goranboyda müxalifət yoxdur. Biz İlham Əliyevdən başqa alternativ görmürük. Bizim Qarabağ kimi böyük problemimiz var. Onu da İlham Əliyev yoluna qoya bilər. Milli Qəhrəman kimi deyə bilərəm ki, qanı qanla yumağa hazırıq. Biz o hadisələrin içində olmuş adamlarıq. Ona görə də Qarabağ boyda problemi olan ölkənin müxalifəti əks qütbdə dayanmamalıdır. Şükürlər olsun ki, bu məsələnin həll olunmasına doğru iş gedir”.

Milli Qəhrəman Məhəmməd Həsənov isə milli qəhrəmanların bir araya gəlməsindən danışıb: "Xalqımız 11 apreldə baş tutacaq seçkiləri çox yüksək dəyərləndirir. Bu günlərdə milli qəhrəmanlar bir araya toplaşdı. Hamımız bir yerdə bəyanat verdik. Həmişə bir yerdə olmuşuq. Bundan sonra da olacağıq. Hətta martda yenə bir araya gəlib növbəti bəyanat verəcəyik. Tək əldən səs çıxmaz. Ona görə də bizim bir araya gəlməyimiz yaxşı təşəbbüsdür. Seçki öncəsi də bir yerdə olmağımız çox yaxşı haldır”.

Milli Qəhrəman Məhəmməd Həsənov ile ilgili görsel sonucu

Milli Qəhrəman Vahid Quliyevin isə seçkilərdən sonra gözləntiləri böyükdür: "11 apreldə keçiriləcək seçkilərdən Milli Qəhrəman olaraq gözləntilərimiz böyükdür. Ona görə ki, bizim ən böyük problemimiz Qarabağdır. Qarabağı biz təkbaşına da azad edə bilərik. Sadəcə, Ermənistanın arxasında Rusiya dayanıb, işğalçı dövlətə yardımlar edir. Seçkilərin apreldə keçirilməsi daha məqsədəuyğundur. Ümid edirik ki, hər şey xalqımızın və dövlətimizin xeyrinə olacaq”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Xəbər 1311 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı oğluna toy edir - Bakıda
Putin və Tramp iyulun 15-də Vyanada görüşəcək
Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: - Rus qızlara “padxod”, təcüvüz
İskəndər Həmidovun mərhum qardaşı: "Mənə dəli deyənlər özləri səydir!" - VİDEO
Elçibəy... - 80
Türkiyədə 11 PKK üzvü saxlanılıb - seçki təxribatı
Bu fotolar Rusiyada rezonans doğurub
BİABIRÇILIQ! - Xırdalanda Əfqan Şəhidliyi dağıdılıb (VİDEO)
Nazir Yavər Camalov vəfat etdi
Qüdsi Osmanov oğlunun həbsini təsdiqlədi
QHT Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi
Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI
“Günay Bank”ın keçmiş sədr müavininin saxlanmasının bəzi TƏFƏRRÜATLARI
Məmurların maaşını artırmaq TƏKLİF OLUNDU
“Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
Sirkdə fil və dəniz şirlərinin çıxışı qadağan edildi
Mağazadan oğurluğu - şübhəli şəxs saxlanılıb
“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı”–Əli Mirəliyev –VİDEO
77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqət
Tramp milli təhlükəsizlik üzrə müşavirini Moskvaya göndərir
AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiq - Bəyanat
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11295] initstartout [0.00016] initstartin [0.00073] calstart [0.00898] calend [0.00046] topnewsend [0.00316] rsssend [0.00000] ehgend [0.00576] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09316]