Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:40 - 21.10.2018  
Mehriban Əliyeva Vatikanın nümayəndə heyəti ilə görüşüb
Tarix: 13-02-2018, 09:08 | Bölmə: Xəbərlər » Siyasət

Mehriban Əliyeva Vatikanın nümayəndə heyəti ilə görüşübAzərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Demokratik.Az" xəbər verir ki,dünən baş tutan görüşdə M. Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

M. Əliyeva Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən M. Əliyeva xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyini vurğulayıb və bildirib ki, bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir: "Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır. Belə münasibəti həm Azərbaycanda qoruyuruq, həm də dünyada təbliğ edirik”.

Son illər Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edən M. Əliyeva birgə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümləri münasibətilə 2011-2012-ci illərdə Vatikanda Pol Riçard Gallagerin dəstəyi ilə böyük tədbirlərin keçirildiyini, Mehriban Əliyeva Vatikanın nümayəndə heyəti ilə görüşübVatikan muzeylərindən birində Azərbaycanın tarixini, ənənələrini əks etdirən sərginin təşkil olunduğunu xatırladan I vitse-prezident bildirib ki, Azərbaycan Vatikan muzeyində sərgini keçirən ilk müsəlman ölkəsi olması ilə fəxr edir.

M. Əliyeva Azərbaycanın, eyni zamanda, məşhur xristian abidələrinin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri görülüb və 2016-cı ildə katakombalar ictimaiyyət üçün açılıb. "Çox şadam ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edib”, - deyən I vitse-prezident diqqətə çatdırıb ki, Fond Piyo-Klementino muzeyində Zevsin heykəlinin bərpasında, o cümlədən "Sistina” zalında yenidənqurma işlərinin aparılmasında iştirak edib.

M. Əliyeva tədqiqatçılarımıza Vatikanın məxfi arxivində çalışmaq imkanı yaradıldığına görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər təqdirəlayiqdir. O, gələcəkdə də belə layihələrin davam etdirilməsinə hazır olduğunu deyib və bildirib ki, hazırda müqəddəs Sebastyan katakombalarında sərdabaların bərpası davam edir və bu ilin sonunda bu layihənin başa çatacağı nəzərdə tutulur. Bu illər ərzində işbirliyinin dostluq səviyyəsinə yüksəldiyini deyən M. Əliyeva buna görə minnətdarlığını bildirib, gələcəkdə də bu dostluğun davam edəcəyinə əminliyini ifadə edib.

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallager isə ölkəmizdə üç gün ərzində olduğunu, səfərin ona gözəl təəssürat bağışladığını, səmərəli görüşlərin keçirildiyini deyib, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib. Qonaq ölkəmizə səfəri çərçivəsində katolik icması ilə görüşdüyünü diqqətə çatdırıb.

 

"Demokratik.Az"

Xəbər 900 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15391] initstartout [0.00017] initstartin [0.00094] calstart [0.01010] calend [0.00063] topnewsend [0.00455] rsssend [0.00000] ehgend [0.00795] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12884]