Ana Vətən Partiyasından seçki - Bəyanatı

  • 12 fev 2018, 13:09

Ana Vətən Partiyası Ali Məclisi qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı ilə bağlı iclas keçirib.

Demokratik.Az xəbər verir ki, iclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olunub.

Bəyanatda prezident seçkilərinin dövlətimizin və xalqımızın həyatında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb:

"Ana Vətən Partiyasının Ali Məclisi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının VI qurultayının İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi haqqında qərarını dəstəkləyir və qarşıdan gələn seçkilərdə onun qələbəsi uğrunda fəal mübarizə aparacağını bəyan edir”.

Oxşar xəbərlər