Demokratik TV
Xəbər lenti
YAP qurultay çağırdı -TƏCİLİ
- 06 fev 2018, 10:44
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub. APA-nın məlumatına görə, YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci ilin fevralın 8-nə təyin olunub.
Demokratik.Az-ın məlumatına görə, qurultayın vaxtının dəyişdirlməsinə səbəb növbədənkənar prezident seçkisinin elan edilməsidir.
Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.
Hakim partiyanın qurultayının bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.Xatırladaq ki, dünən prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident seçkiləri 11 aprelə təyin olundu
Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək
Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?
Ərdoğan AKP-nin başına döndü-seçki
İlham Əliyev növbədənkənar prezident seçkisinə gedəcəkmi?
Əli Həsənov prezidentin sərəncamını şərh edib
Prezident seçkisi 17 oktyabrda baş tutacaq
Yeni Seçki Məcəlləsi - nələr dəyişib...
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti