Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:25 - 19.08.2019  
Prezident Davosda mühüm görüşlər keçirdi
Tarix: 25-01-2018, 09:11 | Bölmə: Xəbərlər » Siyasət

Dövlət başçısı forum çərçivəsində İsrailin baş naziri və BP-nin baş icraçı direktoru ilə də bir araya gəldi; deputat: "Davos Forumu həm də siyasi meydandır”

Prezident Davosda mühüm görüşlər keçirdi

 

Yanvarın 24-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Davosda İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşü olub. AzərTAc xəbər verir ki, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Prezidenti İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşüb.

APA-nın məlumatına görə, görüşdə "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il "Şahdəniz-2" yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.

Azərbaycan prezidenti İlham Əliyev Davosda "Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə  də görüşüb...

Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib. Ekspo 2025 Bakı Əməliyyat katibliyindən APA-ya verilən məlumata görə, yanvarın 23-də keçirilmiş tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarışını çatdırmaq olub. Toplantıya dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri qatılıb. Rəsmi qəbulda çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov qeyd edib ki, Bakının təklif etdiyi "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu Dünya İqtisadi Forumunun builki mövzusu olan "Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” ilə geniş mənada üst-üstə düşür.

Əmirbəyov vurğulayıb ki, "Bakının Ekspo 2025 üçün təklif etdiyi ”İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusunu Dünya İqtisadi Forumunda müzakirə etməkdən şərəf duyurlar: "Dünya həmişəkindən daha sürətli templə dəyişir və Ekspo 2025 üçün Bakının təklif etdiyi alt-mövzularını təşkil edən insan ehtiyacları - səhiyyə, təhsil və məşğulluq - dünyanın hər bir ölkəsinin üzləşdiyi məsələlərdir. İqtisadiyyatlar və cəmiyyətlər transformasiyaya uğrasa da, bu mövzular insanları birləşdirir və onların həyat seçimlərinə təsir göstərir. Bu xüsusda öz baxışlarımızı Davosda təqdim etmək imkanından çox məmnun olduq və tədbir zamanı və sonra aldığımız müsbət reaksiya bizdə ruh yüksəkliyi yaradır”.


Prezident Davosda mühüm görüşlər keçirdi

 

Deputat Vahid Əhmədov "Yeni Müsavat”a açıqlamasında forumun əhəmiyyətindən bəhs etdi: "Davod İqtisadi Forumu 48-ci dəfədir keçirilir və çox əhəmiyyətli bir forumdur. Çünki burada həm müəyyən ölkələrin dövlət başçıları, baş nazirləri, eyni zamanda iri şirkətlərin rəhbərləri iştirak edir. Bu, həm iqtisadi forumdur, həm də orada danışıqlar aparmaq üçün meydan var. Fikir verin, İlham Əliyev bu bir neçə gün ərzində 30-a yaxın şirkət rəhbərləri ilə, həmçinin OPEK-in rəhbəri ilə görüşüb. Yəni bu forumun çox böyük əhəmiyyəti var. Bizim üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, hələ əvvəlki dövrdə Davosun hazırladığı reytinq cədvəlində, inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutmuşuq. Yəni Litva, Macarıstandan sonra Azərbaycan gəlir. Bu forumun əhəmiyyəti həm də bundan ibarətdir ki, cənab prezident Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verir. Çıxışında qeyd edib ki, artıq neft-qaz ehtiyatlarına ümid etmək lazım deyil, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bu istiqamətdə Azərbaycanda aparılan islahatlar barədə danışıb”.

Prezident Davosda mühüm görüşlər keçirdi

V.Əhmədov Davos Forumunun əslində bir meydan olduğunu vurğuladı: "Bu meydanda ölkəmizdə aparılan islahatları nəzərə çatdırmaq, iri şirkətləri bu barədə məlumatlandırmaq çox mühüm əhəmiyyət kəsb edir. İkincisi də orda müəyyən dövlət rəhbərləri ilə görüşlər keçirilir, məlumatlar verilir. Ola bilər ki, Azərbaycanla əlaqədar bəzi məlumatlar onlarda yoxdur, gedən iqtisadi islahatlardan xəbərsizdirlər. Məsələn, biz Milli Məclisin 3 komitəsində Ələt Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar qanun layihəsini müzakirə etdik və qəbulu üçün plenar iclasa təqdim etdik. Yəni belə bir zona ilk geniş azad iqtisadi zona olacaq. Bu kimi məsələlər barədə Davosda iri şirkətləri məlumatlandırmaq çox əhəmiyyətlidir. İnvestisiya yatırmaq istəyən şirkətlər, dövlətlər istəyirlər ki, orada stabillik olsun, bu da Azərbaycanda var. Cənab prezidentin bir fikri də çox xoşuma gəldi. Qeyd etdi ki, Azərbaycan müstəqil siyasət aparır. Düzdür, bu, bəzi dövlətlərin xoşuna gəlmir, bizi kiçik dövlət hesab edirlər, amma biz öz müstəqil siyasətimizi aparırıq, heç nədən də çəkinmirik. Yəni çox nümayişkaranə şəkildə bu sözləri dedi, bizimçün də bu, çox önəmlidir”. Deputat qeyd etdi ki, Davos Forumu təkcə iqtisadi forum deyil, həm də siyasi səhnədir: "Orada polemikalar üçün də meydan genişdir, həmçinin Qarabağ məsələsi ilə əlaqədar da məlumat verilir və s. Ümumilikdə, mən Dovos Forumunu həmişə yüksək əhəmiyyətli forum sayıram”.   

Cavid TURAN,
"Yeni Müsavat”

Xəbər 1706 dəfə oxunub






Oxşar xəbərlər

“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11825] initstartout [0.00014] initstartin [0.00066] calstart [0.00747] calend [0.00044] topnewsend [0.00281] rsssend [0.00000] ehgend [0.00495] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10128]