Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı

  • 18 yan 2018, 20:28

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində keçirilən görüşü başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"də yazıb.

Hikmət Hacıyev  qeyd edib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv və məntiqli danışıqların tərəfdarıdır.

 

17:07

 

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb.

 

Xatırladaq ki, bundan qabaq isə ATƏT-in Misnk qrupunun üzvləri ilə görüş keçirilib.

Krakov görüşü də Minsk qrupunun dəstəyi ilə keçirilir.

 

Demokratik.Az

 

Oxşar xəbərlər