Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:57 - 27.05.2019  
Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?
Tarix: 17-01-2018, 08:40 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycanda prezident seçkisi 2018-ci il oktyabrın 17-də keçirilməlidir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən, Azərbaycan prezidentinin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan prezidentinin seçki günü kimi nəzərə alınır.

Azərbaycan seçki ilinə daxil olub. 2018-ci ilin oktyabrında prezident seçkisi keçirilməlidir.

Bu gün yanvarın 17-si olduğunu nəzərə aldıqda seçkiyə tam olaraq 9 qalıb.

Prezident seçkisində iştirakla bağlı artıq bəzi partiyalar namizədlərini elan ediblər. Prezidentliyə namizədini ilk irəli sürən Müsavat Partiyasıdır. Müsavat Partiyası 2014-cü ilin 27 sentyabrında keçirdiyi qurultayda lideri İsa Qəmbərin 2018-ci il prezident seçkisinə namizədliyini irəli sürmək qərarı verib.

Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?

 

Namizədini irəli sürən ikinci partiya Vətəndaş və İnkişaf Partiyasıdır. Bu partiya 2017-ci il mayın 28-də keçirdiyi qurultayında sədri Əli Əliyevin növbəti prezident seçkisində namizədliyini irəli sürəcəyini rəsmiləşdirib.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bir müddət əvvəl bildirib ki, prezident seçkisində namizədliyini irəli sürəcək. Partiyanın hələ ki rəsmi qərarı olmasa da Tural Abbaslı mövqeyində qəti olduğunu deyib və seçkilərə hazırlaşdıqlarını bəyan edib. 


Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?

 

Hakim Yeni Azərbaycan Partiyası da namizədini rəsmən elan etməyib. Digər partiyaların isə hələ ki, namizəd irəli sürməklə bağlı qərarları yoxdur. Ümid Partiyası, KXCP, AXCP, AMİP, ADP, VHP kimi tanınmış partiyalar yekun qərarlarını verməyiblər. Onların bir neçəsi bu il qurultay keçirməyi planlaşdırırlar və seçki ilə bağlı qərarı da qurultayda verəcəklərini bəyan ediblər. Partiyaların bir çoxu nəinki namizədlərini müəyyənləşdirməyiblər, hətta seçkidə iştirak edib-etməyəcəklərini dəqiqləşdirməyiblər.

Partiyalılığı olmayan, xaricdə yaşayan bir neçə şəxs (Rəsul Quliyev, Hüseyn Abdullayev) isə seçkidə iştirak edəcəklərini açıqlayıblar.

Seçkiyə qatılmaq istəyənlərin sırasının artacağı gözlənilir.


Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?

 

Seçki ilə bağlı yekun qərarını hələ ki verməyən KXCP-nin sədr müavini Xəzər Teyyublu "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyada prezident seçkiləri və namizəd məsələsi hələ müzakirə olunmayıb: "Müzakirələr olacaq. Seçkidə iştirakla bağlı qərar verməyə partiyanın qurultayının və Ali Məclisinin də səlahiyyəti var. Qərar qəbul ediləndə ictimaiyyətə açıqlanacaq”.

Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, rəhbərlik etdiyi partiyanın prezident seçkilərində iştirakını və namizədini müəyyənləşdirməyi qurultay həll edir. Nizamnaməyə görə, Ümid Partiyasının qurultayı bu il keçirilməlidir:"Ona görə də biz seçkiyə siyasi partiya kimi hazırlaşırıq. Amma iştirak və namizədlə bağlı qərarı qurultay verəcək. Qurultay nə qərar verəcəksə, ona uyğun hərəkət edəcəyik”.

Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?

 

 

 

 

 

 

 

 

ADP sədri Sərdar Cəlaloğlu isə namizədliyin indidən irəli sürülməsinin tərəfdarı deyil: "Prezidentliyə namizədliyi seçki kampaniyası başlayanda da vermək olar. Çünki o zaman situasiya aydın olacaq və bu situasiyaya uyğun da namizədliyi irəli sürmək və ya sürməmək olar. Ona görə də biz seçkidə namizədliyimizlə bağlı indidən qərar vermək istəmirik. Gözləyəcəyik, görək hadisələr necə inkişaf edir”.

S.Cəlaloğlu hesab edir ki, müxalifətin vahid namizədlə seçkiyə getməsi bugünkü vəziyyətdən yanaşdıqda mümkün görünmür. Bunun da bir sıra səbəbləri var. Kim ki, vahid namizəd olmaq istəyir, gərək vahid namizəd psixologiyasına malik olsun, hər kəsə eyni yanaşsın, öz partiyası ilə digərlərinin arasında fərq qoymasın".


Prezident seçkisinə 9 ay qaldı - namizədlər bəllidirmi?

 

 

AMİP-də də hələ ki prezidentliyə namizəd məsələsi müzakirə edilmir. Etibar Məmmədovun seçkidə namizədliyini irəli sürmək niyyətinin olmadığını açıqlaması bu partiyanın seçkilərlə bağlı hansı mövqe tutacağına təsir edəcəyi şübhəsizdir.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Xəbər 1854 dəfə oxunub






Oxşar xəbərlər

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
Bakıda yararsız estakadadan yıxılan balıqçı xilas edilib
“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17603] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00814] calend [0.00045] topnewsend [0.00346] rsssend [0.00000] ehgend [0.00549] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15718]